Məhkəmə qərarları › İş №e-2(039)-24/2025

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-24/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-24/2025 16.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı BOKT QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Səhliyar qızına qarşı «kredit borcunun cavabdehlərdən tutulması» tələbinə dair işə 16 yanvar 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Səhliyar qızına qarşı «kredit borcunun cavabdehlərdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc 1813 manat, faiz borcu 1028.46 manat olmaqla, cəmi 2841.46 manat borc məbləğinin və ödənilmiş 48.41 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT QSC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Bərdə filialı ilə Cavabdeh2 arasında 15 dekabr 2014-cü il tarixli 348/14 mk saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 3000 manat kredit borcunu müqavilə imzalandığı tarixdən illik 27 faiz hesablanmaqla ödəniş qrafikiəsasında 2 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Bərdə filialı ilə Cavabdeh3 və Cavabdeh1 arasında 15 dekabr 2014-cü il tarixli 1-348/14 mk və 2-348/14 mk saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh2 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməletməmişdir. Bununla da Cavabdeh2 kredit müqaviləsinin şərtləriniəhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqıçatanlardan məhrum etmişdir. Cavabdeh2 İddiaçı QSC-yə olan əsas borcu 1813 manat, faiz borcu 1028.46 manat olmaqla, cəmi borc 2841.46 manat məbləğində təşkiledir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh2 və onun zaminləri Cavabdeh3 və Cavabdeh1 dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İddiaçı BOKT QSC-nin nümayəndəsi iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Səhliyar qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Səhliyar qızının məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Cavabdeh3 03 dekabr 2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Belə ki, təqdim olunmuş mülki işin materialları məhkəmə tərəfindən tədqiq olunarkən müəyyən edildi ki, Cavabdeh3 kreidt müqaviləsi imzalayaraq bank qarşısında öhdəlik götürmüşdür. Lakin iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnaməsindən görünür ki, Cavabdeh3 03 dekabr 2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iş üzrə zamin Cavabdeh3 ölməsi və onun ölümündən sonra şikayətin dəlillərində qeyd olunduğu kimi hüquq varisliyinə yol verilib-verilməməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi hallarından biri də məhz iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməməsidir. Həmin Məcəllənin 263-cü maddəsinə əsasən, iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Həmin Məcəllənin 267-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın biləvasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, iş üzrə tərəf olan Cavabdeh3 03 dekabr 2023-cü il tarixdə vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh3 dair hissəsində icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-269cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Səhliyar qızına qarşı «kredit borcunun cavabdehlərdən tutulması» tələbinə dair 2(039)- 24/2024 saylı mülki işin Cavabdeh3 münasibətdə icraatına xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar