Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2452/2022 14.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdehla bağlanmış xx.xx.2019-cu il tarixli, 187NFPK kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə 4,330.78 AZN əsas, 112.99 AZN faiz borcu, 0.06 AZN cərimə, dövlət rüsumu olaraq ödənilmiş 65 AZN ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 187NFPK saylı kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-ci il tarixli, 4227NF saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 05 il müddətinə 01 il güzəşt müddəti olmaqla, illik 01 faiz dərəcəsi ilə 4,330.78 manat, məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin ilə Bank arasında 26 noyabr 2019-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli, **********1961 saylı pretenziya göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 4,443.83 manat təşkil edir. Bundan 4,330.78 manat əsas, 112.99 manat faiz, 0.06 manat cərimə borcu təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh və Zamin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, cavabdehlər iddiaçının tələbinə etiraz etməmişlər. Məhkəmə iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiа təmin еdilməlidir. Sübutlar: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 187 NFPK saylı kredit müqaviləsinin surəti ilə müəyyən edilir ki, sonuncuya illik 01 % ödəmək şərti ilə, 05 il müddətinə 4,330.78 manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə Zamin arasında bağlanmış 21 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsi ilə müəyyən olunur ki, sonuncu, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat vermişdir. Maliyyə arayışından müəyyən olunur ki, qeyd edilən müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 4,330.78 manat əsas, 112.99 manat faiz borcu var, 0,06 manat cərimə hesablanmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlarla cavabdehlər Cavabdeh və Zamin tərəfindən kredit müqaviləsi üzrə üzərilərinə götürdükləri öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması təsdiq olunur və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehlər yaranmış borca görə birgə məsuliyyət daşıyırlar, iddiaçının tələbi əsaslıdır. Əsas və faiz borcunun düzgün hesablanmadığına dair sübutlar, habelə cərimənin tənasübsüzlüyü müəyyən edilməmiş, cavabdehlər buna etiraz etməmişlər. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, yaranmış borc, cərimə, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2019-cu il tarixli 187 NFPK saylı kredit müqaviləsi üzrə 4,330.78 manat əsas, 112.99 manat faiz borcu, 0.06 manat cərimə, habelə 65 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 4,508 (dörd min beş yüz səkkiz) manat 83 (səksən üç) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 187 NFPK saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-2452/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2452/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver