Məhkəmə qərarları › İş №e-2(039)-2480/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2480/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2480/2023 16.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0104075AZN32555 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1089.33 manat əsas borc, 207.59 manat faiz borcu, 2,886.92 manat cərimə borcu olmaqla, cəmi 4183.84 manat məbləğində borcu, AVNS900 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 400 manat əsas borc, 16.48 manat faiz borcu, 212.2 manat cərimə borcu olmaqla, cəmi 628.68 manat məbləğində borcun, 41010AZNFK********** saylı kartda aparılmış əməliyyatlar nəticəsində texniki overdraft əməliyyatına əsasən cəmi 74.47 manat məbləğində borcun, 41010AZNFK********** saylı kartda aparılmış əməliyyatlar nəticəsində texniki overdraft əməliyyatına əsasən cəmi 17 manat borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə Bank arasında bağlanmış xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC- 13656İB/2019 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Həmin ümumi şərtlər toplusu çərçivəsində 01040075AZN32555 saylı xx.xx.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizəyə (bundan sonra “ərizə”) əsasən borcalana xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 26%, illik cərimə faizi 180% olmaqla 2000 manat məbləğində işçi krediti verilmi, AVNS900 saylı xx.xx.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizəyə (bundan sonra “ərizə”) əsasən borcalana xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 20%, illik cərimə faizi 24% olmaqla 400 manat məbləğində kredit xətti ayrılmışdır. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəliyi aşağıdakı kimidir, 01040075AZN32555 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1089.33 manat əsas borc, 207.59 manat faiz borcu, 2,886.92 manat cərimə borcu olmaqla, cəmi 4183.84 manat, gecikmə günlərinin gün, AVNS900 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 400 manat əsas borc, 16.48 manat faiz borcu, 212.2 manat cərimə borcu olmaqla, cəmi 628.68 manat təşkil edir, 41010AZNFK********** saylı kartda aparılmış əməliyyatlar nəticəsində texniki overdraft əməliyyatına əsasən 74.47 manat təşkil edir, 41010AZNFK********** saylı kartda aparılmış əməliyyatlar nəticəsində texniki overdraft əməliyyatına əsasən 17 manat əsas borc olmaqla, cəmi 17 manat təşkil edir, Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 01040075AZN32555 saylı maliyyələşdirmə görünür ki, sonuncuya illik 26% olmaqla 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış AVNS900 saylı maliyyələşdirmə görünür ki, sonuncuya illik 20% olmaqla 400 manat məbləğində kredit xətti ayılmışdır. İş materiallarında olan İddiaçı ASC-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01040075AZN32555 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1089.33 manat əsas borc, 207.59 manat faiz borcu, 2,886.92 manat cərimə borcu olmaqla, cəmi 4183.84 manat məbləğində borcu, AVNS900 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 400 manat əsas borc, 16.48 manat faiz borcu, 212.2 manat cərimə borcu olmaqla, cəmi 628.68 manat məbləğində borcun, 41010AZNFK********** saylı kartda aparılmış əməliyyatlar nəticəsində texniki overdraft əməliyyatına əsasən cəmi 74.47 manat məbləğində borcun, 41010AZNFK********** saylı kartda aparılmış əməliyyatlar nəticəsində texniki overdraft əməliyyatına əsasən cəmi 17 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən hər iki müqavilə üzrə 3099.12 manat (Bank 01040075AZN32555 saylı maliyyələşdirmə üçün 2,886.92 manat, AVNS900 saylı maliyyələşdirmə üçün isə 212.20 manat cərimə borcu tələb edir) dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsinə əsasən nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin sonuncu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin banka 0104075AZN32555 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1089.33 manat əsas borc, 207.59 manat faiz borcu, 286,92 manat cərimə borcu olmaqla, cəmi 1583.84 manat məbləğində borcu və AVNS900 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 400 manat əsas borc, 16.48 manat faiz borcu, 12,20 manat cərimə borcu olmaqla, cəmi 428.68 manat, 41010AZNFK********** saylı kartda aparılmış əməliyyatlar nəticəsində texniki overdraft əməliyyatına əsasən cəmi 74.47 manat məbləğində borc, 41010AZNFK********** saylı kartda aparılmış əməliyyatlar nəticəsində texniki overdraft əməliyyatına əsasən cəmi 17 manat borcu yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 41.04 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 0104075AZN32555 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1089.33 manat əsas borc, 207.59 manat faiz borcu, 286,92 manat cərimə borcu olmaqla, cəmi 1583.84 (bir min beş yüz səksən üç manat səksən dörd qəpik) manat məbləğində borcu, AVNS900 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 400 manat əsas borc, 16.48 manat faiz borcu, 12,20 manat cərimə borcu olmaqla, cəmi 428.68 (dörd yüz iyirmi səkkiz manat altmış səkkiz qəpik) manat borcu, 41010AZNFK********** saylı kartda aparılmış əməliyyatlar nəticəsində texniki overdraft əməliyyatına əsasən cəmi 74.47 manat (yetmiş dörd manat qırx yeddi qəpik) məbləğində borcun, 41010AZNFK********** saylı kartda aparılmış əməliyyatlar nəticəsində texniki overdraft əməliyyatına əsasən cəmi 17 manat (on yeddi manat) borcun və 41.04 (qırx bir manat dörd qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar