Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2491/2021 17.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Məmməd oğluna qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh Məmməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********* saylı, 24.08.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 17.09.2021-ci il tarixə yaranmış 16 manat əsas borc, 2,40 manat cərimə, cəmi 18,40 manat, 24.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 20 manat əsas borc, 3 manat cərimə, cəmi 23 manat, 15.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 13,90 manat əsas borc, 2 manat cərimə, cəmi 15,90 manat, 15.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 147 manat əsas borc, 22 manat cərimə, cəmi 169 manat, 15.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 200 manat əsas borc, 30 manat cərimə, cəmi 230 manat, ümumilikdə 456,30 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh Məmməd oğlundan tutularaq "xxxx" MMC-nin hesabına tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış 24.08.2020-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Hi-Fi” aksessuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 7 manat olmaqla cəmi 79 manat, 24.08.2020-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, aldığı “SAMSUNG" markalı aksessuara 12 ay ödəniş cədvəli üzrə hər ay 5 manat olmaqla cəmi 65 manat, 15.08.2020-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, aldığı “Redmi” markalı aksessuara 12 ay ödəniş cədvəli üzrə hər ay 6 manat olmaqla cəmi 67,80 manat, 15.08.2020-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, aldığı “Panasonic" markalı mikrodalğalı sobaya görə 12 ay ödəniş cədvəli üzrə hər ay 21 manat olmaqla cəmi 249 manat, 15.08.2020-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, aldığı “Xiaomi Mi " markalı mobil telefona 12 ay ödəniş cədvəli üzrə hər ay 72 manat olmaqla cəmi 860,80 manat, ümumilikdə hər beş müqavilə üzrə 1321,60 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 24.08.2020-ci il tarixli müqavilə üzrə 20.05.2021-ci il tarixdə 12 manat, 15.08.2020-ci il tarixli müqavilə üzrə isə 20.05.2021-ci il tarixdə 233 manat ödəniş etmiş və hər beş müqavilə üzrə qalıq qalmış 396,90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu hər beş müqavilə üzrə 594 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər beş müqavilə üzrə 594 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 59,40 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə cavabdeh 17.09.2021-ci il tarixədək "xxxx" MMC-yə olan borcu- 24.08.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 16 manat əsas borc, 2,40 manat cərimə, cəmi 18,40 manat, 24.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 20 manat əsas borc, 3 manat cərimə, cəmi 23 manat, 15.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 13,90 manat əsas borc, 2 manat cərimə, cəmi 15,90 manat, 15.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 147 manat əsas borc, 22 manat cərimə, cəmi 169 manat, 15.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 200 manat əsas borc, 30 manat cərimə, cəmi 230 manat təşkil etmişdir. İş materiallarında olan 24.08.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında hissə-hissə ödəniş etmək şərti ilə 79 manat dəyərində “Hi-Fi” markalı aksesuarun alqısatqısı barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan 24.08.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında hissə-hissə ödəniş etmək şərti ilə 65 manat dəyərində “SAMSUNG” markalı aksesuarun alqı-satqısı barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan 15.08.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında hissə-hissə ödəniş etmək şərti ilə 67,85 manat dəyərində “Redmi” markalı aksesuarun alqı-satqısı barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan 15.08.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında hissə-hissə ödəniş etmək şərti ilə 249 manat dəyərində “Panasonic” markalı mikrodalğalı sobanın alqı-satqısı barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan 15.08.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında hissə-hissə ödəniş etmək şərti ilə 860,78 manat dəyərində “Xiaomi Mi” markalı telefonun alqı-satqısı barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 24.08.2020-ci il tarixdə bağlanmış müqavilə üzrə ödənilməmiş 16 manat əsas, 24 manat, 24.08.2020-ci il tarixdə bağlanmış müqavilə üzrə ödənilməmiş 20 manat əsas, 30 manat cərimə, 15.08.2020ci il tarixdə bağlanmış müqavilə üzrə ödənilməmiş 13,90 manat əsas, 20 manat cərimə, 15.08.2020-ci il tarixdə bağlanmış müqavilə üzrə ödənilməmiş 147 manat əsas, 220 manat cərimə, 15.08.2020-ci il tarixdə bağlanmış müqavilə üzrə ödənilməmiş 200 manat əsas, 300 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci bəndinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış alqısatqı müqavilələrinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulmuş əşyaları Cavabdeh vermiş, lakin sonuncu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçıya cəmi 456,30 manat borcu yaranmışdır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 456 (dörd yüz əlli altı) manat 30 (qəpik) məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №e-2(039)-2491/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2491/2021
17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver