Məhkəmə qərarları › İş №e-2(039)-2588/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-2588/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-2588/2024 10.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu İddiaçı MMQBKT-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM : İddiaçı MMQBKT cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. İddia ərizəsindən məlum olur ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Ağayev X1 rayon ərazisində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı MMQBKT-nin hazırki iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etməsi yol verilən deyil. Azərbaycan Respublikasının MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının MPM-nin 114.2-ci maddəsinə əsasən Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.3-cü maddələrinin tələblərinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı MMQBKT-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı MMQBKT-nə qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əməl etdikdən sonra, təkrar ərazi aidiyyətı üzrə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.3, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı MMQBKT-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. 06 avqust 2024-cü il tarixli **********15 saylı qəbzlə ödənilmiş 46.68 manat məbləğində dövlət rüsumu İddiaçı MMQBKT-nə qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əməl etdikdən sonra, təkrar ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar