Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2710/2024 16.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin yenidən müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün alimentin məbləğinin yenidən müəyyən edilərək, Cavabdeh hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə Yevlax Rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan övladları xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pozulduğundan və həyat baxışları müxtəlif olduğundan ailə münasibətlərini davam etdirmək mümkün olmamışdır. Buna görə də, İddiaçı “nikahın pozulması, aliment tələbinə dair” iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(039)-1574/2018 saylı qətnaməsi ilə qət edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Yevlax Rayon Qeydiyyat Şöbəsində bağlanmış, 262 nömrə ilə qeydə alınmış rəsmi nikah qeydi pozulmuş, tərəflərin birgə nikahdan olan övladları xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X7 anaları yanında qalmış, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 80 manat pul məbləğində alimentin iddiaçının xeyrinə tutulmuş,” Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli, AZ-İ № 323043 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Həmin qətnamənin aliment tələbinə münasibətdə icrası Bakı şəhər Xəzər rayon İcra və Probasiya şöbəsinin icraatında olmuşdur. İddiaçı 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariusa xx.xx.2019cu il tarixli, reyestrdə 8İ-19491 nömrə ilə qeyd edilmiş, ərizə ilə müraciət etmiş, həmin ərizə ilə alimentin alınmasından imtina etdiyini və cavabdeh övladlarını narahat etmədiyi müddətdə heç bir halda aliment tələb etməyəcəyini bildirmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(039)-1574/2018 saylı qətnaməsi “İcra haqqında” AR Qanunun Bakı şəhər Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru Yaqub Qafarovun xx.xx.2019-cu il tarixli qərarı ilə icra olunmadan geri qaytarılmışdır. Lakin, daha sonra, iddiaçı xx.xx.2024-cü il tarixli, reyestrdə 8İ-37143 nömrə ilə qeyd edilmiş Ərizə ilə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariusda verdiyi xx.xx.2019-cu il tarixli, reyestrdə 8İ-19491 nömrə ilə qeyd edilmiş, ərizəsindən imtina etmişdir. Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(039)- 1574/2018 saylı qətnaməsinin yenidən icraya yönəldilməsi xahiş edilmişdir. Hazırda xx.xx.2006-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X7 böyümüş və buna uyğun olaraq da, maddi xərcləri (geyim, təhsil, sağlamlıq və s.) artmışdır. İddiaçının həmin xərcləri qarşılamağa maddi imkanıçatmır, buna görə də, olduqca çətinlik çəkir. Beləliklə, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün alimentin artırılması zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, İddiaçı Nabatlı qızının Cavabdeh qarşı alimentin məbləğinin yenidən müəyyən edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə, saat 12:00-a təyin edilmişdir. Bildirir ki, Bakı Apellyasiya Məhkəməsində həmin tarixdə saat 12:30-da daha əvvəl təyin edilmiş məhkəmə iclası olduğundan, məhkəmə prosesində iştirak edə bilmir, məhkəmə baxış iclasını onun iştirakı olmadan keçirib iddia tələbini tam şəkildə təmin edilməsini xahiş etmişdir. Cavabdeh Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, o, səhhəti ilə bağlı Yevlax rayon Məhkəməsinə gələ bilməyəcəyini, mülki işin baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; AZ-İİ seriyalı 120327 nömrəli, AZ-İİ seriyalı 120311 nömrəli və AZ-İİ seriyalı 479429 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü Çingiz, xx.xx.2008-ci il təvəllüdlü Elgiz və xx.xx.2010cu il təvəllüdlü Pərviz adlı uşaqları var. xx.xx.2024-cü il tarixli, MŞY/MT034/2024-00500 saylı arayışdan məlum olur ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı mediatora müraciət etmişdir. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 323043 №li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında bağlanmış nikah qeydi xx.xx.2019-cu il tarixdə pozulmuşdur. Yevlax Rayon Məhkəməsinin 2(039)-1574/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Yevlax Rayon Qeydiyyat Şöbəsində bağlanmış, 262 nömrə ilə qeydə alınmış rəsmi nikah qeydi pozulmuş, tərəflərin birgə nikahdan olan övladları xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X7 anaları yanında qalmış, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 80 manat pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət etmişdir. Yevlax Rayon Məhkəməsinin e-2(039)-2710/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin yenidən müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsində baxılması qərara alınmışdır. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh 3-qrup xəstəliyə görə 150 manat pensiya alır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yaşlarını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər bir valideyinin uşağı saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qismən təmin edilməklə, xx.xx.2006-cı il təvəllüdlü Çingiz adlı uşağın yetkinlik yaşına çatdığını nəzərə alır və hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1574/2018 saylı saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində müəyyən edilməli, iddia qalan hissədə rədd olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla, iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 235 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-1574/2018 saylı saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Ödənilməli olan dövlət rüsumunun əvəzi – 30 (otuz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-2710/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2710/2024
16.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver