Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-2824/2023 20.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlu, İddiaçı “Azərbaycan Mikro-Kredit” BOKT” MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı “Azərbaycan Mikro-Kredit” BOKT” MMC Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş müvafiq sənədlərdə cavabdehin ünvan 1 ünvanında faktiki olması qeyd olmuş, habelə “Elektron Məhkəmə İnformasiya” sistemindən əldə olunmuş məlumatda da Cavabdeh (FİN xxxxxxx, şəxs.vəsq AZE ********, xx.xx.1981ci il təvəllüdlü) Ağdam rayonu, Başqərvənd kəndində qeydiyyatda olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçının hazırkı tələbi ilə bağlı Yevlax Rayon Məhkəməsinə müraciət etməsi qanunda nəzərdə tutulmamışdır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalı, habelə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılmalıdır. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 35 manat dövlət rüsumu iddiaçı “Azərbaycan Mikro-Kredit” BOKT” MMC-yə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü, 151-152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Azərbaycan Mikro-Kredit” BOKT” MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 35 manat dövlət rüsumu iddiaçı “Azərbaycan Mikro-Kredit” BOKT” MMC-yə qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-2824/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-2824/2023
20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver