Məhkəmə qərarları › İş №e-2(039)-2866/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-2866/2023

29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-2866/2023 29.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin sədri Əli Toğrul Məhəmməd oğlu, Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə özü özünə etiraz ərizəsini nəzərdən keçirib, müəyyən etdim: İddiaçı Zaminbank” ASC cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işi Yevlax Rayon Məhkəməsinin icraatına 23 oktyabr 2023-cü il tarixdə daxil olmuş və hakim Ruslan Əlizadənin icraatına verilmişdir. Hakim Ruslan Əlizadə özü özünə etiraz ərizəsi təqdim edərək ərizəni belə əsaslandırmışdır ki, mülki iş üzrə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə etiraz etmişdir. Cavabdeh3 məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, zaminlik müqaviləsinə xitam verilməsini və onlara qarşı iddianın rədd edilməsini xahiş etmişlər. İş materiallarından görünür ki, Cavabdeh1 Yevlax Rayon Məhkəməsində hakim köməkçisi, Cavabdeh2 isə operator vəzifəsində çalışmışdır. Sözügedən mülki işə hərtərəfli, tam və obyektiv baxılmasını təmin etmək üçün özü-özünə etirazının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki işinin materiallarını və etiraz ərizəsini nəzərdən keçirib belə hesab edirəm ki, həmin etiraz əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 19.1.7. hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa onun işə baxılmasına yol verilmir. Maddə 21.1. Bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Maddə 22.2. İşə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir. Hakimin mülki işdə maraqlı olmasına dair konkret və mötəbər sübutlar olmasa da, hesab edirəm ki, gələcəkdə iş üzrə obyektiv və şübhələrdən kənar qərar qəbul edilməsini təmin etmək məqsədi ilə etiraz təmin edilməli, Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair şikayət üzrə mülki işi icraatıma qəbul edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.3-cü maddəsini rəhbər tutub, qərara aldım: Hakim Ruslan Əlizadə tərəfindən verilmiş özü özünə etiraz təmin edilsin. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş icraatıma qəbul edilsin. Sədrlik edən Toğrul Əli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar