Məhkəmə qərarları › İş №e-2(039)-2884/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2884/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2884/2023 28.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xeyirlərinə 10,000 manat kredit borcu, 1,258.17 manat faiz borcu və 288 manat məbləğində cərimə, habelə ödənilmiş 124.64 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC-nin internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh 007A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667% оlmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10,000 (on min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan ödəniş etməmiş və оnun iddiaçıya 10,000 manat məbləğində kredit bоrcu qalmışdır. Cavabdeh kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 144 gün üçün hesablanmış faiz borcu 1,258.17 manat təşkil edir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Lakin, iddiaçı təşkilatın nümayəndəsi Nicat Ələkbərov məhkəməyə ərizə göndərərək, iclasda üzürlü səbəbdən edə bilməyəcəyini və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 007A********** saylı kredit müqaviləsindən müəyyən olunur ki, cavabdeh, aylıq faiz dərəcəsi 2.166 % olmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 10,000 manat məbləğində kredit götürmüşdür. Maliyyə arayışlarından müəyyən olunur ki, 25 sentyabr 2023-cü il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə 10000 manat əsas kredit borcu, 1258.17 manat faiz borcu var, 288 manat cərimə hesablanmışdır. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı QSC, Cavabdehla bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra edərək sonuncuya kredit müqaviləsində qeyd edilən məbləğdə pulu versə də, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və bunun nəticəsində iddia tələbində qeyd edilən məbləğdə borc yaranmışdır. İddia ərizəsində qeyd edilən kredit müqavilələri üzrə yaranmış əsas və faiz borcunun əsassızlığına, habelə hesablanmış cərimənin tənasübsüzlüyünə dəlalət edən hər hansı sübut müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, yaranmış borc, qeyd edilən məbləğdə cərimə, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 27 mart 2023-cü il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 10,000 manat əsas, 1,258.17 manat faiz borcu, 288 manat cərimə, habelə 124.64 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 11,670 (on bir min altı yüz yetmiş) manat 81 (səksən bir) qəpik İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar