Məhkəmə qərarları › İş №e-2(039)-3088/2025

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-3088/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-3088/2025 21.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdehdən 7786.03 manat əsas, 383.56 manat faiz, 15.27 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 340.20 manat faiz olmaqla, cəmi 8525.06 manat kredit borcunun, iş üzrə ödənilmiş 106 manat dövlət rüsumunun və 0,53 qəpik məbləğində bank xidmət haqqının tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesi: Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak etməmiş, səbəbi barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxmağı xahiş etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 114.1, 114.1.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmənin mövqeyi: İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016cı il tarixli qərarından görünür ki, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan respublikası Mülki Məcəlləsinin 60.3-cü maddəsinin tələbidir ki,hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir.Lakin hazırki iddia ərizəsinin mətnində iddiaçının adı kimi İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qeyd edilsə də, “Elektron Məhkəmə” informasiya sistemində iddia ərizəsi elektron formada hazırlanıb, qeydə alınıb məhkəmə göndərilərkən iddiaçı kimi İddiaçı ASC (ləğv prosesindədir) göstərilmiş, həmçinin iddia ərizəsi ləğvedici Əmanətlərin Sığortalanması Fondu adından deyil, İddiaçı ASC-nin adından qaldırılmış və onun tərəfindən imzalanmışdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından iddia ərizəsi baxılmamış saxlanılmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Nəticə: Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 106 manat dövlət rüsumu (təyinatı: Yevlax Rayon Məhkəməsi, ödəyicinin adı: İddiaçı ASC-nin (ləğv prosesindədir), mədaxil qəbzinin nömrəsi: **********, Ödəniş Tarixi: xx.xx.2025, Büdcə təsnifat kodu: 14221301, Büdcə təsnifatı səviyyə kodu: 1, Xəzinə hesabı: AZ69CTRE********************:) iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar