Məhkəmə qərarları › İş №e-2(039)-340/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-340/2023

24.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-340/2023 24.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, iddiaçı "xxxx" X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bakı Şəhər İşığı” X4 Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" X2 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 364.89 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi “İsuzu NPR xüsusi təyinatlı” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Novxanı yolunda nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X2 məxsus 1 ədəd “H-10 M”işıq dirəyinin dayaq və onun özül hissəsini sıradan çıxararaq müəssisəyə 860 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə yerinə gəlmiş Bakı şəhər, Binəqədi DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2022-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “İsuzu NPR xüsusi təyinatlı” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “İsuzu NPR xüsusi təyinatlı” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası “Dövlət sığotra kommersiya” şirkətində sığortalanmışdır. Bu səbəbdən “Dövlət sığotra kommersiya” şirkəti tərəfindən Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 bank hesabına 459.11 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddialarını qanuni və əsaslı sayaraq xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 860 manat məbləğində maddi ziyandan ödənilməmiş 364.89 manatını cavabdehdən tutularaq "xxxx" X5 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün Müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. İddiaçı Bakı Şəhər İşığı” X1 nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə prosesinin iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına göndərilən məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Yevlax şəhəri 2 saylı Mənzil- Təmir-İstismar sahəsinə göndərilmiş, lakin sonuncunun məhkəməyə ünvanladığı arayışda cavabdeh Əsədov X6 şəhəri Pişəvəri küçəsi ev 2/3 saylı mənzilində yaşayış yoxdur. Cavabdeh həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq orada yaşamır və hal-hazırda onun harda yaşaması haqqında heç bir məlumat yoxdur. Ona görə məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Binəqədi Rayon Dövlət X8 TP seriyalı ******* saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Bakı şəhəri İşığı Elektirik şəbəkə müəssisəsi tərəfindən verilmiş smetasından görünür ki, Bakı istehsalı H-10 m işıq dəyərinin dayaq hissəsi 1 ədəd qiyməti 576 manat, işıq dəyərinin özül hissəsi 1 ədəd qiyməti 284 manat olmaqla cəmi 860 manat təşkil edir. Cavabdeh tərəfindən idarə edilən “İsuzu NPR xüsusi təyinatlı” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası “Dövlət sığotra kommersiya” şirkətində sığortalanmışdır. Bu səbəbdən “Dövlət sığotra kommersiya” şirkəti tərəfindən Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 bank hesabına 459.11 manat məbləğində sığorta ödənişi ödənilmişdir (40820 saylı xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı). Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından və iddiaçının izahatından müəyyən olunmuşdur ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəlləsinin 21.2-ci maddəsinə əsasən, “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Həmin məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya vurulmuş maddi zərərin əvəzini ödəməyə borcludur. Məcəllənin 1108.1-ci maddəsinə əsasən, “Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və i.a. istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən, “Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər” Həmin məcəlləsinin 1108.3–cü maddəsinə əsasən, Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Həmin məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Qeyd olunanları nəzərər alaraq məhkəmə hesab edir ki, vurulmuş maddi ziyandan qalıq olaraq qalan kimi 364.89 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Maddi ziyandan qalıq olaraq qalan 364 (üç yüz atmış dörd) manat 89 (səksən doqquz) qəpik pulun Cavabdeh alınaraq iddiaçı Bakı Şəhər İşığı” X2 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar