Məhkəmə qərarları › İş №e-2(039)-35/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-35/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-35/2021 04.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: Kreditor İddiaçı MMC borclu Cavabdeh qarşı ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 1,176 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1,196 manat pul vəsaitinin tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş və ərizə təmin edilmişdir. Borclu Cavabdeh etirazı əsasında əmr ləğv edilərək iddia icraatına keçilmişdir. Ərizə belə əsaslandırılmışdır ki, borclu Cavabdeh xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı MMC-dən dəyəri 798 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 296 manat borcu qalmaqdadır. İş üzrə borclu Cavabdeh xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi ilə İddiaçı MMC-dən dəyəri 1,405 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 880 manat borcu qalıb. Odur ki, borcludan 1,176 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1,196 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. İddiaçı MMC-nin nümayəndəi Nümayəndə məhkəməyə ərizə göndərərək mülki işə iştirakı olmadan baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddianı etiraf edərək bildirmişdir ki, həqiqətən qeyd edilən müqavilələr üzrə İddiaçı MMC-dən məişət avadanlığı almışdır. Lakin, pandemiya ilə əlaqədar tətbi edilmiş karantin dövründə maddi çətinliklərlə üzləşmiş və bu səbəbdən borcu ödəyə bilməmişdir. Tələbdə qeyd edilən borc düzgün hesablanmış, buna dair hər hansı etirazı yoxdur. Həmin borcu gələcəkdə hissə-hissə ödəyəcəkdir. Təqdim olunan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqaviləsi”-nin surəti ilə müəyyən olunur ki, bu müqavilə ilə əsasında Cavabdeh İddiaçı MMC-dən 798 manat olan məişət avadanlığı əldə edib, onun 30 manatını müqavilə üzrə ödənişlər etdikdən sonra 768 manat borcu 12 ay müddətinə aylıq 64 manat olmaqla ödəniş etməsini Cavabdeh öz üzərinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli müqaviləsi”-nin surəti ilə müəyyən olunur ki, bu müqavilə ilə əsasında Cavabdeh İddiaçı MMC-dən 1,405 manat olan məişət avadanlığı əldə edib, onun 85 manatını müqavilə üzrə ödənişlər etdikdən sonra 1,320 manat borcu 24 ay müddətinə aylıq 55 manat olmaqla ödəniş etməsini Cavabdeh öz üzərinə götürmüşdür. Maliyyə arayışında qeyd olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixli YVK 494158 saylı müqavilə üzrə ödənilməmiş 296.00 AZN manat, xx.xx.2019-cu il tarixdə bağlanmış YVK494348 saylı müqavilə üzrə ödənilməmiş 880 AZN olmaqla ümumilikdə 1,176 AZN əsas borc vardır. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtmda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilə əsasında Cavabdeh İddiaçı MMCdən dəyəri 798 manat, xx xxxxxx 2019-cu il tarixli müqaviləsi əsasında isə dəyəri 1,405 manat olan məişət avadanlığı əldə edib, həmin məbləğləri hissə-hissə ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, öhdəliyi lazımınca icra etməmiş və bunun nəticəsində borc yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən iddiaçının həmin müqavilə üzrə yaranmış borcu tələb etmək hüququ yaranmışdır. Cavabdeh borcun düzgün hesablanmadığına dair hər hansı sübut təqdim etməmişdir, əksinə borcu etiraf etmişdir. Bu səbəbdən iddia təmin edilməli, yaranmış borc, məhkəmə xərci 20 manat Cavabdeh iddiaçının, ödənilməli olan daha 10 manat isə dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli 494158 nömrəli və xx xxxxxx 2019-cu il tarixli 494348 nömrəli müqavilələr üzrə 1,176 manat əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 1,196 (bir min bir yüz doxsan altı) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Ödənilməli olan daha 10 (on) manat dövlət rüsumu Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar