Məhkəmə qərarları › İş №e-2(039)-47/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-47/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-47/2023 26.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması, tutulmanın ipoteka predimetinə yönəldilməsi iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) cavabdehlər Cavabdeh qarşı kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması, tutulmanın ipoteka predimetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş, daha sonra iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə əlavə iddia ərizəsi verərək Cavabdeh İP 511 saylı kredit müqaviləsinə əsasən 118,365.96 manat əsas borc, 30,183.33 manat faiz borcu, 5,580.69 manat cərimə borcu olmaqla, cəmi 154,129.98 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 170,000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, Daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 445 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, sonradan ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini dəqiqləşdirərək borcun cavabdehdən tutularaq iddiaçı xeyrinə ödənilməsi xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin götürülməsi ilə bağlı 16 sentyabr 2019-cu il tarixli İP 511 nömrəli kredit müqaviləsi imzalanmış və Bank tərəfindən borcalana illik faiz dərəcəsi 8% olmaqla 300 ay müddətinə 119,000 manat məbləğində ipoteka krediti verilmişdir. Eyni zamanda tərəflər arasında xx.xx.2019-cu il tarixli İP 511 saylı ipoteka krediti ilə bağlı razılaşma imzalanmışdır. Razılaşmanın şərtlərinə əsasən ipoteka krediti ilə bağlı müqavilə əsasında borcalanın öhdəliyi Fond tərəfindən maliyyləşmədiyi və ya tələb hüququnun geri alınması tələb edildiyi halda razılaşma qüvvəyə minir, əsas kredit müqaviləsinin predmeti üzrə müəyyən olunan şərtlərin bu razılaşmada göstərilən şərtlərə dəyişdirilməsi barədə münasibətləri tənzimləyir. Bununla yanaşı, qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə Borcalan arasında 18 sentyabr 2019-cu il tarixli İP 511 nömrəli alqısatqı və ipoteka müqaviləsi imzalanmış və Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İP 511 saylı alqı-satqı və ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********71-10301 qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi, xx.xx.2019) dövlət reyestrindən çıxarış və PŞB-İP seriyalı, 00529 nömrəli ipoteka kağızı verilmişdir. Lakin Kredit alan həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanın Banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə təqdim olunmuş və qeydiyyata alınmışdır. İddiaçı ASC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 445 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, Cavabdeh 08 avqust 2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir. İP 511 saylı kredit müqaviləsinə əsasən 118,365.96 manat əsas borc, 30,183.33 manat faiz borcu, 5,580.69 manat cərimə borcu olmaqla, cəmi 154,129.98 manat təşkil edir, gecikmə günü sayı-914 gündür. İddiaçının nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək, nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, iddiaçının nümayəndəsi isə ərizə ilə məhkəməyə müraciət edib mülki işə onların iştirakı olmadan baxılıb qətnamə qət edilməsini xahiş etdiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları hərtərəfli tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş İP 511 №-li, 16 sentyabr 2019-cu tarixli ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh illik 8 faizlə 300 ay müddətinə 119000 məbləğində kredit verilmiş və həmin kredit borcalana Abşeron rayonu, Novxanı kəndi, M.S.Ordubadi küçəsində olan 0.0728 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş 7 saylı fərdi yaşayış evinin alınmasına ayrılmış və 0.0728 ha torpaq sahəsi, 147.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi "xxxx" ASC-ə ipoteka qoyulmuş, onun qeydiyyatı ********** nömrəli çıxarışla təsdiqlənmişdir. İşə əlavə edilmiş İP 511 №-li, 18 sentyabr 2019-cu tarixli alqı-satqı və ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı X1 rayonu, Novxanı kəndi M.S.ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** reyestr nömrəi **********71-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı ( bundan sonra-daşınmaz əmlakı) alıcı Cavabdeh ipoteka qoyanın mülkiyyətinə verir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 118,365.96 manat əsas, 30,183.33 manat faiz borcu, 5,580.69 manat cərimə borcu olmaqla, cəmi 154,129.98 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8524 saylı rəyindən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli İP 511 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixədək banka 118.755,52 manat əsas və 30.035,89 faiz borcu olmaqla, cəmi 148.791,41 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, Bank kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun müqavilə müddətinin sonuna, yəni xx.xx.2022-ci il tarixə Banka 118,365.96 manat əsas, 30,183.33 manat faiz borcu, 5,580.69 manat cərimə borcu olmaqla, cəmi 154,129.98 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb cavabdehdən əsas kredit borcunun, faiz borcunun və müqavilə müddəti bitdikdən sonra hesablanmış borcun tutulması hissəsində qismən əsaslıdır, lakin dəbbə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 5,580.69 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 1580.69 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borcun tutulması barədə iddia tələbi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli İP 511 saylı kredit müqaviləsinə Cavabdeh "xxxx" ASC-nin xeyrinə 118,365.96 manat əsas, 30,035.89 manat faiz, 1580.69 manat cərimə borcu olmaqla, cəmi 149.982,54 manat məbləğində borc tutulmalıdır, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdehn üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əlaqədar borcun ipoteka ilə yüklü edilmiş əmlak hesabına ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xx.xx.2019-cu il tarixli **********71-10301 saylı bildiriş göndərilmiş və qeyd olunan bildiriş xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həçmdə təmin edir. Bu tələbə həmcinin faizlər, dəbbə pulu, icranın geçikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərçləri daxildir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi ücün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında mübahisə olmadığı üçün qiymətləndiricinin rəyi alınmamışdır. İş materiallarında olan Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbli, 4 otaqlı, ümumi sahəsi 146,6 m2 olan 7 saylı fərdi yaşayış evinin real bazar dəyəri iddiaçının təklif etdiyi ilkin satış qiyməti 170.000 (yüz yetmiş min) manat təşkil edir. Məhkəmə sözügedən məbləğini ipoteka predmetinin ilkin satış qiyməti hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli İP 511 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 118,365.96 (yüz on səkkiz min üç yüz altmış beş manat 96 qəpik) manat əsas, 30,035.89 (otuz min otuz beş manat 89 qəpik) manat faiz, 1580.69 (min beş yüz səksən manat 69 qəpik)manat cərimə borcu olmaqla, cəmi 149.982,54 (yüz qırx doqquz min doqquz yüz səksən iki manat 54 qəpik) manat məbləğində borc tutulmalı, tutma Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə yönəldilməli, Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evi açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsatinin İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsinə yöndəldilməli; Daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməli, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutulması ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu hissədə olan tələb məhkəmə qətnaməsinin icrası qaydasında müvafiq qanunvericiliyin tələblərinə uyğun həll edilməli məsələ olduğundan bunun qətnamədə qeyd edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının və ödənilmiş 439 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul isə Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, İP 511 saylı kredit müqaviləsinə əsasən 118,365.96 (yüz on səkkiz min üç yüz altmış beş manat 96 qəpik) manat əsas, 30,035.89 (otuz min otuz beş manat 89 qəpik) manat faiz, 1580.69 (min beş yüz səksən manat 69 qəpik) manat cərimə borcu olmaqla, cəmi 149.982,54 (yüz qırx doqquz min doqquz yüz səksən iki manat 54 qəpik) manat məbləğində borc iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh məxsus Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə yönəldilsin. Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 170000 (yüz yetmiş min) manat müəyyən edilsin. Ev açıq hərracdan satılsın və evin satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 149.982,54 (yüz qırx doqquz min doqquz yüz səksən iki manat 54 qəpik) manat iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, qalan vəsait isə Cavabdeh qaytarılsın. Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evi satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılsın və ev onlar tərəfindən boşaldılsın. İddia qalan hissədə rədd olunsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 439 (dörd yüz otuz doqquz) manat məbləğində pul və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat, dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar