Məhkəmə qərarları › İş №e-2(039)-49/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-49/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-49/2024 18.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" MMQBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMQBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 2,632.89 AZN, faiz borcu üzrə 10.57 AZN və 46.44 AZN məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0725 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 3,103.76 AZN qalıq məbləği illik 1 % faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 2.67 AZN, dörd il müddətində isə hər ay 66.01 AZN olmaqla ərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0725-532074 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1; **********0725 -531229 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh3 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh3 kredit müqaviləsi üzrə borcun məbləği 2,632.89 AZN əsas, faiz borcu üzrə 10.57 AZN, olmaqla cəmi 2,643.46 AZN təşkil edir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək iclasda üzrlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd edib iclasın iştirakı olmadan keçirib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı ilə bağlanmış kredit müqaviləsi əsasında restrukturizasiya aparılmış və borc 3103.76 manat müəyyən edilmişdir. Bu zaman Cavabdeh2 və Cavabdeh1 zamin olaraq birgə öhdəlik daşımağı üzərinə götürmüşlər. Bir müddət aylıq ödəməli olduğu ödənişləri vaxtında ödəsə də, sonradan maddi çətinliklərlə üzləşmiş və buna görə borc yaranmışdır. Bu səbəbdən Bank tərəfindən iki dəfə yaranmış borc restrukturizasiya edilmişdir. Buna baxmayaraq yenə də ödənişlər edə bilməmiş, borc yaranmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Sübutlar: 29 oktyabr 2019-cu il tarixli **********0725 saylı kredit və zaminlik müqaviləsinə əsasən Cavabdeh3 illik 1 % olmaqla, 5 il müddətinə 3103.76 AZN məbləğində, həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 2.67 AZN, dörd il müddətində isə hər ay 66.01 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0725 -532074 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1; **********0725 -531229 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 isə kredit üzrə birgə məsuliyyət barədə üzərinə öhdəlik götürmüşlər. 23 may 2023-cü il tarixli Maliyyə arayışına əsasən 29 oktyabr 2019-cu il tarixli **********0725 saylı kredit və zaminlik müqaviləsi üzrə əsas borc 2,632.89 AZN, faiz borcu 10.57 AZN təşkil edir. Məhkəmə mühasibatlıq ekspertizasının 27 noyabr 2023-cü il tarixli, 9/7786 nömrəli rəyində qeyd edilir ki, 29 oktyabr 2019-cu il tarixində bağlanmış **********0725 saylı kredit müqavilə üzrə Cavabdeh3 27 noyabr 2023-cü il tarixə borcu 2,544.12 manat, faiz borcu 2.12 manat təşkil edir. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" MMQBKT tərəfindən 29 oktyabr 2019-cu il tarixli **********0725 saylı kredit müqaviləsi əsasında Cavabdeh3 borcu 3,103.76 AZN müəyyən edilməklə, illik 1 % olmaqla, 5 il müddətinə ödəniş edilməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0725-532074 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1, **********0725-531229 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 kredit üzrə birgə məsuliyyət barədə üzərilərinə öhdəlik götürmüşlər. Kredit müqavilələrin şərtləri Cavabdeh3 tərəfindən lazımınca icra edilməmiş, bunun əsasında borc yaranmışdır. İş üzrə cavabdehlər həmin borca görə birgə məsuliyyət daşıyırlar. Ekspert rəyi əsasında müəyyən edilmişdir ki, Cavabdeh3 27 noyabr 2023-cü il tarixə borcu 2,544.12 manat, faiz borcu 2.12 manat təşkil edir. Həmin rəyin əsassızlığına dair iş üzrə tərəflər hər hansı sübut təqdim etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, həmin müqavilə üzrə yaranmış 2,544.12 manat əsas borc, 2.12 manat faiz borcu, habelə ödənilmiş dövlət rüsumunun tutulacaq məbləğə mütənasib əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri tərəflər arasında bərabər müəyyən edilməklə Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 29 oktyabr 2019-cu il tarixli **********0725 saylı kredit müqaviləsi üzrə 2,544.12 manat əsas borc, 2.12 manat faiz borcu, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45.46 manat, cəmi 2,591 (iki min beş yüz doxsan bir) manat 70 (yetmiş) qəpik "xxxx" MMQBKT-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı "xxxx" MMQBKT-dən, 50 (əlli) manat cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar