Məhkəmə qərarları › İş №e-2(039)-597/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-597/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-597/2022 13.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh2 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1, Zamin3, Zamin2 və Zamin1 qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh1, Zamin3, Zamin2 və Zamin1 qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 11769 ABŞ dolları bundan 5342 ABŞ dolları əsas, 1207 ABŞ dolları faiz, 4579 ABŞ dolları cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 641 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 150.42 manat dövlət rüsumunun Cavabdeh2 tutulması; tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Yevlax rayonu, Dəlləklər kəndində yerləşən fərdi yaşayış evinə və 0.1832 ha torpaq sahəsinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borcun məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin əmlakdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə ərizə ünvanlayaraq, 115.LN.2102.061015.00002 saylı, 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 11769 ABŞ dolları - bundan 5342 ABŞ dolları əsas, 1207 ABŞ dolları faiz, 4579 ABŞ dolları cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 641 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 150.42 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Zamin3, Zamin2 və Zamin1 müştərək qaydada tutulması; tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Yevlax rayonu, Dəlləklər kəndində yerləşən fərdi yaşayış evinə və 0.1832 ha torpaq sahəsinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borcun məbləğinin cavabdehlər Cavabdeh2, Zamin3, Zamin2 və Zamin1müştərək qaydada tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin əmlakdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 06 oktyabr 2015-ci il tarixli, 115.LN.2102.061015.00002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 30 (otuz) ay müddətinə illik 23 (iyirmi üç) faiz ödənilmək şərti ilə 8500 (səkkiz min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış 07 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07 oktyabr 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Yevlax rayonu, Dəlləklər kəndində yerləşən fərdi yaşayış evi 0.1832 ha torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulmuşdur. Cavabdeh2 kredit verilərkən Zamin3, Zamin2 və Zamin1 ilə Bank arasında 115.CL.061015.00002/c/d/e saylı, 06 oktyabr 2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 115.LN.2102.061015.00002 nömrəli kredit müqaviləsinə 07 aprel 2016-cı il tarixli, 1 saylı əlavə razılığa əsasən, kreditor tərəfindən borcalana 775,64 (yeddi yüz yetmiş beş tam yüzdə altmış dörd) ABŞ dolları məbləğində krediti restrukturizasiya edir və 468,38 (dörd yüz altmış səkkiz tam yüzdə otuz səkkiz) ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunur, bununla da kreditin ümumi məbləği 8407,78 (səkkiz min dörd yüz yeddi tam yüzdə yetmiş səkkiz) ABŞ dolları təşkil etmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh2 müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 8-ci bəndinə əsasən borcalan Cavabdeh2 bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehlər Cavabdeh2, Zamin3, Zamin2 və Zamin1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********929 və **********938 saylı, 09 avqust 2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmişlər və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh2 həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh2 tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 02 sentyabr 2020-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 11769 (on bir min yeddi yüz altmış doqquz) ABŞ dolları təşkil edir. Bundan 5342 (beş min üç yüz qırx iki) ABŞ dolları əsas borc, 1207 (bir min iki yüz yeddi) ABŞ dolları faiz, 4579 (dörd min beş yüz yetmiş doqquz) ABŞ dolları cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 641 (altı yüz qırx bir) ABŞ dolları hesablanmış faiz borcu təşkil edir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəməyə teleqram ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək izah etdi ki, borcu var. Cərimə borcunda ona köməklik edilməsini xahiş edir. Qalan borcu ödəyəcək. İddianın qismən təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Zamin3, Zamin2 və Zamin1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Zamin3, Zamin2 və Zamin1 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə Cavabdeh2 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 oktyabr 2015-ci il tarixli, 115.LN.2102.061015.00002 saylı kredit müqaviləsindən məlum olur ki, Cavabdeh2 30 ay müddətinə 8500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 07 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsindən məlum olur ki, Cavabdeh2 məxsus Yevlax rayonu, Dəlləklər kəndində yerləşən fərdi yaşayış evi 0.1832 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 07 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsindən məlum olur ki, ipotekanın ilkin satış qiyməti 14000 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 07 aprel 2016-cı il tarixli razılıqdan məlum olur ki, kreditor tərəfindən borcalana 775,64 (yeddi yüz yetmiş beş tam yüzdə altmış dörd) ABŞ dolları məbləğində krediti restrukturizasiya edir və 468,38 (dörd yüz altmış səkkiz tam yüzdə otuz səkkiz) ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunur, bununla da kreditin ümumi məbləği 8407,78 (səkkiz min dörd yüz yeddi tam yüzdə yetmiş səkkiz) ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 oktyabr 2015-ci il tarixli, 115.CL.061015.00002/c saylı zaminlik müqaviləsindən məlum olur ki, bank tərəfindən Cavabdeh2 verilən kreditin təminatı kimi Zamin3 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 oktyabr 2015-ci il tarixli, 115.CL.061015.00002/d saylı zaminlik müqaviləsindən məlum olur ki, bank tərəfindən Cavabdeh2 verilən kreditin təminatı kimi Zamin2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 oktyabr 2015-ci il tarixli, 115.CL.061015.00002/e saylı zaminlik müqaviləsindən məlum olur ki, bank tərəfindən Cavabdeh2 verilən kreditin təminatı kimi Zamin1 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xəbərdarlıq məktublarından məlum olur ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Zamin3, Zamin2 və Zamin1 borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, Cavabdeh2 məxsus Yevlax rayonu, Dəlləklər kəndində yerləşən fərdi yaşayış evi 0.1832 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzindən məlum olur ki, İddiaçı ASC 125.30 manat dövlət rüsumu ödəmişdir. İş materialları ilə müəyyən edilir ki, Yevlax Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli e-2(039)-597/2022 saylı qərardadı ilə iş üzrə Yevlax rayonu, Dəlləklər kəndində yerləşən fərdi yaşayış evinin və 0.1832 ha torpaq sahəsinin hazırki bazar və likvid qiyməti müəyyən edilməsi qərara alınmış və qərardadın icrası «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-yə həvalə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nin 15 may 2022-ci il tarixli M/17 saylı rəyindən məlum olur ki, Cavabdeh2 məxsus Yevlax rayonu, Dəlləklər kəndində yerləşən fərdi yaşayış evinin və 0.1832 ha torpaq sahəsinin real bazar dəyəri 30000 (otuz min) manat, likvid dəyəri 24000 (iyirmi dörd min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 4579 ABŞ dolları dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26.1.3-cü maddəsinin tələbinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 59.3-cü maddəsinin tələbinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd edilir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadının 20-ci bəndinə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mübahisəli məsələ ilə bağlı təqdimat vermiş məhkəmə tərkibi ilə razılaşaraq hesab edir ki, “İpoteka haqqında” Qanunun tələbi baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh2, Zamin3, Zamin2 və Zamin1 müştərək qaydada 06 oktyabr 2015-ci il tarixli, 115.LN.2102.061015.00002 saylı kredit müqaviləsi üzrə 5342 ABŞ dolları əsas borc, 1207 ABŞ dolları faiz, gecikdirməyə görə cərimə 100 ABŞ dolları, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 641 ABŞ dolları hesablanmış faiz borcu olmaqla, cəmi 7290 ABŞ dolları məbləğində borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və 125.30 manat ödənilmiş dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli; Tutma Cavabdeh2 məxsus olan Yevlax rayonu, Dəlləklər kəndində yerləşən fərdi yaşayış evinə və 0.1832 ha torpaq sahəsinə yönləndirilməli; ipoteka predmeti açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilməli; Cavabdeh2 məxsus olan Yevlax rayonu, Dəlləklər kəndində yerləşən fərdi yaşayış evinə və 0.1832 ha torpaq sahəsinə tutma yönəldildikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılması və həmin evin iddiaçıya təhvil verilməsi tələbi evə tutma yönəldikdikdən və o satıldıqdan sonra mümkün olduğundan təmin edilməməli; İpoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2, Zamin3, Zamin2 və Zamin1 müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsi təmin edilməməli; ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 24000 (iyirmi dörd min) manat məbləğində müəyyən edilməlidir. Cavabdehlər Cavabdeh2, Zamin3, Zamin2 və Zamin1 müştərək qaydada 300 manat ekspertiza xərci tutularaq «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Zamin3, Zamin2 və Zamin1 müştərək qaydada 06 oktyabr 2015-ci il tarixli, 115.LN.2102.061015.00002 saylı kredit müqaviləsi üzrə 5342 ABŞ dolları əsas borc, 1207 ABŞ dolları faiz, gecikdirməyə görə cərimə 100 ABŞ dolları, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 641 ABŞ dolları hesablanmış faiz borcu olmaqla, cəmi 7290 ABŞ dolları məbləğində borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və 125.30 manat ödənilmiş dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh2 məxsus olan Yevlax rayonu, Dəlləklər kəndində yerləşən fərdi yaşayış evinə və 0.1832 ha torpaq sahəsinə yönləndirilsin. İpoteka predmeti açıq hərracda satılsın və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilsin. İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 24000 (iyirmi dörd min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh2, Zamin3, Zamin2 və Zamin1 müştərək qaydada 300 manat ekspertiza xərci tutularaq «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar