Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-597/2023 12.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X10 Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, X8 ilə Cavabdeh birgə nikahından olan 17 iyul 2012-ci il təvəllüdlü X12 və 10 mart 2016-cı il təvəllüdlü X4 18 yaşınadək saxlanılması üçün Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(039)-2829/2021 saylı qətnaməsində nəzərdə tutulan alimentin məbləği artırılaraq hər uşaq üçün 600 manat olmaqla, ümumilikdə, 1200 manat alimentin Cavabdeh tutularaq X5 verilməsi, mediasiya üçün ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X8 ilə Cavabdeh 07 iyul 2011-ci il tarixində birgə nikaha daxil olmuşlar. Birgə nikahdan 17 iyul 2012-ci il təvəllüdlü X12 və 10 mart 2016-cı il təvəllüdlü X11 adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh estetik cərrahdır. Modern Hospitalda işləyir. Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X8 arasında Yevlax rayon Qeydiyyat şöbəsində qeydə alınmış 07 iyul 2011-ci il tarixli nikah qeydi pozulması, nikah pozularkən tərəflərin birgə nikahlarından anadan olmuş 17 iyul 2012-ci il təvəllüdlü X12 və 10 mart 2016-cı il təvəllüdlü X11 adlı uşaqları X2 himayəsində saxlanılması, Cavabdeh 06 may 2021-ci il tarixdən başlayaraq, 17 iyul 2012-ci il təvəllüdlü X6 və 10 mart 2016-cı il təvəllüdlü X4 18 yaşlarına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 175 manat məbləğində alimentin cavabdeh X2 xeyrinə tutulması qət edilmişdir. Uşaqlar hal-hazırda 11 və 7 yaşındadırlar. Onlar məktəbə, hazırlıqlara gedirlər. 175 manat aliment isə uşaqların saxlanması üçün kifayət deyildir. Ölkə ərazisində hazırki inflyasiyanı və bazar qiymətlərini də nəzərə alsaq 175 manat uşaqlar üçün bir aylıq yaşayış minimumdan da az məbləğdir, bu olduqca azdır. İddiaçının uşaqların 18 yaşına çatana kimi ehtiyaclarının qarşılanmağı (məktəb ləvazimatlarının alınması, əlavə kurslara göndərməklə bağlı xərclər və s.) ilə bağlı aylıq hər uşaq üçün ayrılıqda 600 manat alimentin müəyyən edilməsinə ehtiyacı var. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehın nümayəndəsi-vəkili Vəkil2 iddianı qismən qəbul edərək, izahatında cavabdehin "xxxx" MMC-də həkim ümumi-cərrah vəzifəsində işlədiyini, aylıq 350 manat əmək haqqı aldığını bildirərək hər ay hər uşaq üçün 220 aliment ödəyə biləcəyini bildirmiş və məhkəmədən qeyd olunanları nəzərə almaqla iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; AZE seriyalı 11428570 №li və AZE seriyalı 11428547 №li şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflərin birgə nikahdan 17 iyul 2012-ci il təvəllüdlü Ayhan və 10 mart 2016-cı il təvəllüdlü Safiya adlı uşaqları var. xx.xx.2022-ci il tarixli, 02036 saylı arayışdan məlum olur ki, X10 alimentin artırılması tələbi ilə bağlı mediatora müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(039)-2829/2021 saylı qətnaməsindən məlum olur ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Yevlax rayon Qeydiyyat şöbəsində qeydə alınmış 07 iyul 2011-ci il tarixli nikah qeydi pozulmuş; nikah pozularkən tərəflərin birgə nikahlarından anadan olmuş 17 iyul 2012-ci il təvəllüdlü X12 və 10 mart 2016-cı il təvəllüdlü X11 adlı uşaqlar cavabdeh İddiaçı himayəsində saxlanılmış; iddiaçı Cavabdeh 06 may 2021-ci il tarixdən başlayaraq, 17 iyul 2012-ci il təvəllüdlü X6 və 10 mart 2016-cı il təvəllüdlü X4 18 yaşlarına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 175 manat məbləğində aliment cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(039)-25/2022 saylı qətnaməsindən məlum olur ki, tərəflərin birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 56 ünvanında inşa edilmiş “Panorama Park” yaşayış kompleksində yerləşən “C”, saylı binanın 196 saylı mənzildə üçdə bir hissəsində Cavabdeh və üçdə iki hissədə İddiaçı payı müəyyən edilməsi qət edilmişdir (Şəki Apellyasiya Məhkəməsi xx.xx.2022-ci, Ali Məhkəmə isə xx.xx.2023-cü il tarixli qərarları ilə bu nəticə ilə razılaşmışdır). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 005 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən də xx.xx.2021-ci il tarixdən etibarən 0.5 ştat vahidi üzrə həkim ümumi cərrah vəzifəsində çalışır. Aylıq vəzifə maaşı 350 manat təşkil edir. Məhkəmənin sorğusuna əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 040 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Əmək Müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər "xxxx" MMC-də əvəzçilik üzrə 0.5 ştat vahidi həkim ümumi-cərrah vəzifəsində, xx.xx.2022-ci il tarixdən isə əsas iş yeri üzrə 0.5 ştat həkim ümumi cərrah vəzifəsində çalışır. Hal-hazırda onun aylı vəzifə maaşı bütün vergilər və digər xərclər nəzərə alınmaqla 350 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 76. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (76.3.). Maddə 77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.).İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.). Maddə 82.3 Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 233.4 cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.6-cı bəndində qeyd olunmuşdur ki, Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə Cavabdeh həkimlik fəaliyyəti zamanı bahalı (dəyəri 700 manat, 2500-3500 manat, 3500-5000 manat olan) cərrahi əməliyyatları icra etməsi və nəticədə kifayət qədər yüksək qazanc əldə etməsi ilə bağlı iddiaçının təqdim etdiyi sübutlarla bağlı qeyd edir ki, həmin yazışmalar cavabdehlə iddiaçı arasında deyil, digər şəxlərlə cavabdehin adı qeyd olunmuş instagram səhifəsi arasında yazıldığından, həmçinin birbaşa əlaqədar tərəflər arasında olan yazışmalar olmadığından həmin yazışmalar sübut qismində nəzərə alına bilməz. Məhkəmə qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 040 saylı xx.xx.2023-cü il tarixli arayışda Cavabdeh xx.xx.2021-ci il tarixdən hazıradək həmin xəstəxanada 0,5 ştat həkim ümumi cərrah vəzifəsində çalışmaqla aylıq əmək haqqınin bütün vergilər və digər xərclər nəzərə almaqla 350 manat təşkil etdiyi, habelə sonuncuya 2021-ci il ərzində 2330,68 manat, 2022-ci il ərzində 834,52 manat, 2023-cü ilin ilk 3 ayında isə 567 manat vəsait ödənildiyini qeyd etsə də, Yevlax Rayon Məhkəməsində 13 aprel 2022-ci il tarixli 2(039)-25/2022 saylı mülki işə baxılarkən Cavabdeh birgə nikah dövrlərində əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2910-cu məhəllə “Panorama Park” yaşayış kompleksi bina “C”, 19-cu mərtəbə, C-19-6 nömrəli mənzilin əldə edilməsi üçün Azərbaycan Beynəlxalq Bankı ASC-dən alınmış kreditin cavabdeh evi tərk etdikdən sonra birgə ailə təsərrüfatlarına xitam verildiyi vaxtdan, yəni 2021-ci ilin aprel ayının 5-dən sonra onun tərəfindən ödənilmiş 5095.32 manat borc məbləğinin yarısının 2547.66 manat hissəsi cavabdeh İddiaçı xeyrinə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Burdan da görünür ki, Cavabdeh 2021-ci il ərzində cəmi 2330,68 manat əmək haqqı alsa da, məhz həmin ilin aprel ayından sonrakı dövürdə müvafiq kreditin ödənilməsinə 5095,32 manat vəsait xərcləmişdir. Həmçinin məhkəmə qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 040 saylı xx.xx.2023-cü il tarixli arayışda Cavabdeh 2022-ci ilin aprel ayında hər hansı bir pul vəsaitinin ödənilmədiyi göstərilsə də, lakin iş materiallarında olan iddiaçı tərəfindən sübut kimi təqdim edilmiş fotoşəklin surətindən görünür ki, o ödənişsiz məzuniyyətdə olduğu halda "xxxx"-ın instagram səhifəsində cavabdehin xx.xx.2022-ci il tarixdə saat 17:00-dan 18:00-a dək Xəzər 103 FM-in “Radio Doktor” verlişində “Plastik cərrahiyə ilə gözəlliyə doğru” mövzusunda məsləhətlər vermişdir. Eləcə də cavabdehin iş yerindən məhkəmə sorğusuna verilmiş yuxarıda qeyd olunan cavab məktubunda Cavabdeh ailə məsələləri, onun əleyhinə sosial mediada yayımlanan məlumatlar həkimin işinə mənfi təsir göstərməsi, həmçinin ailə vəziyyəti, səhhəti və s. ilə bağlı İşdə olmadığı günlər ödənişsiz məzuniyyətdə olması qeyd olunsa da, sosial şəbəkələr (instagram), habelə ayrı-ayrı xəbər portallarında yayımlanmış fotoşəkillərində Cavabdeh sosial durumunun heç də aldığı aylıq məvacibi ilə mütənasiblik təşkil etmədiyi görünür (fotoşəkillər əlavə olunur). Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 17 iyul 2012-ci il təvəllüdlü X6 və 10 mart 2016-cı il təvəllüdlü X4 yaşlarını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər bir valideyinin uşağı saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qismən təmin edilməklə, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 275 manat sabit pul məbləğində müəyyən edilməli, iddia qalan hissədə rədd olunmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 17 iyul 2012-ci il təvəllüdlü X6 və 10 mart 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 275 manat olmaqla, cəmi 550 (beş yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq iddiaçı X7 verilsin. Cavabdeh mediasiya ödədiyi 50 manat pulun alınıb iddiaçı X7 verilsin. İddia qalan hissədə təmin edilməsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Ödənilməli olan dövlət rüsumunun əvəzi – 30 (otuz) manat Cavabdeh oğlundan dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-597/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-597/2023
12.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver