Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-625/2022 05.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1,700 manat borcun, “ASAN Xidmət” Mərkəzində ödədiyi 92 manat və 38.4 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. Oğuz Rayon Polis X2 Baş müstəntiqi vəzifəsində işləyir. Cavabdehla işlədiyi müddət ərzində tanış olmuşdur. Cavabdeh ilə tanışlıq münasibəti onun Oğuz Rayon Polis Şöbəsində işlədiyi vaxtlara təsadüf edir. Olan məlumata görə Cavabdeh hazırda Mingəçevir şəhər X4 Sahə rəisi vəzifəsində işləyir. Cavabdeh borc pul istəmiş, aradakı olan tanışlıq münasibətinə güvənərək ona 1,700 manat borc pul vermişdir. Həmin borc müqaviləsi Mingəçevir Regional “ASAN” Mərkəzində notariat ofisinin xüsusi notariusu Elxan Hüseynov tərəfindən təsdiq edilmişdir. Borc müqaviləsinə əsasən Cavabdeh borc aldığı pul məbləğini 17 yanvar 2022-ci il tarixədək qaytarmalı idi. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Dəfələrlə onunla telefon əlaqəsi yaratmağa çalışsa da bəzi hallarda telefona cavab verməmiş, bəzi hallarda isə borc aldığı pulu yaxın zamanda qaytaracağını vəd etmişdir. Odur ki, mən məcburiyyət qarşısında qalaraq bu işlə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 38 manat 40 qəpik dövlət rüsumu ödəmiş, Mingəçevir Regional “ASAN xidmət” mərkəzində müqavilə üçün 92 manat pul ödəmişdir. Tərəflərin izahatları: İddiaçı ərizə təqdim edərək iclasın iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, iclasa gəlməmişdir. Lakin, teleqramla məhkəməyə müraciət edərək səhhətinə görə gələ məhkəməyə bilmədiyini, İddiaçı ona qarşı irəli sürdüyü tələbi qəbul edərək işə onun iştirakı olmadan baxılmağını xahiş etmişdir. Sübutlar: İddiaçı və Cavabdeh arasında bağlanmış 17 iyul 2021-ci il tarixli kredit müqaviləsinin surəti ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh 1,700 manat borc vermiş, sonuncu isə həmin borcu 17 yanvar 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, 17 iyul 2021-ci il tarixli kredit müqaviləsi əsasında İddiaçı Cavabdeh 1.700 manat borc vermiş, sonuncu isə borcu 17 yanvar 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də bunu icra etməmişdir. Cavabdeh iddianı tam olaraq etiraf etdiyindən iddia təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1,700 manat borc, habelə “ASAN Xidmət” Mərkəzində ödənilmiş 92 manat xidmət haqqının və 38.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 1,830 (bir min səkkiz yüz otuz) manat 40 (qırx) qəpik İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev:
Məhkəmə qərarları › İş №e-2(039)-625/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-625/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver