Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-681/2023 30.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dаir mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiаçı İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək aralarında bağlanmış xx.xx.2021-ci il tarixli 335245-1-28834 №-li “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən 01 dekabr 2022-ci il tarixə Banka borclu olduğu 6,587.29 AZN məbləğində əsas borc, 754.58 AZN məbləğində faiz borcu və 525.35 AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 7,867.22 AZN pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 98.67 AZN məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0.40 AZN məbləğində xidmət haqqının əvəzinin cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 335245-1-28834 №-li “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən sonuncuya istehlak məqsədləri üçün illik 25.9 % hesablanması şərti ilə 60 ay müddətinə 7,000.00 AZN məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən verilmiş kredit vəsaiti tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.11-ci və 3.8-ci bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 335245- 1-28834 №-li “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nin 2.11-ci bəndinə əsasən Kredit, bu Müqavilə ilə müəyyən olunan şərtlər “Kredit alan” tərəfindən icra edildikdən sonra “Bank” tərəfindən “Kredit alan”ın Müqavilədə göstərilmiş “Cari hesab”ından “Kart hesabı”na köçürmə yolu ilə verilir 3.8-ci bəndinə əsasən “Kredit alan” bu Müqavilə üzrə ayrılmış kredit vəsaitlərin “Cari hesabı”ndan “Kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 01 dekabr 2022-ci il tarixə 6,587.29 AZN məbləğində əsas borc, 754.58 AZN məbləğində faiz borcu və 525.35 AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumi 7,867.22 AZN məbləğində borcu qalmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: xx.xx.2021-ci il tarixli 335245-1-28834 №-li “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”-nə əsasən Cavabdeh 60 ay müddətinə, illik 25.9 % ödəmək şərti ilə 7,000.00 manat kredit məbləği ayrılmışdır. Həmin müqaviləyə əlavə edilmiş ödəniş qrafikində hər ay ödənilməli məbləğ müəyyən edilmişdir. Maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli 335245-1-28834 №-li saylı, kredit müqaviləsi üzrə 01 dekabr 2022-ci il tarixə 6,587.29 manat məbləğində əsas borc, 754.58 manat məbləğində faiz borcu yaranmış və 525,35 manat hesablanmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, 335245-1-28834 saylı, xx.xx.2021ci il tarixli kredit müqaviləsi əsasında cavabdehə 60 ay müddətinə, illik 25.9 % ödəmək şərti ilə 7,000.00 manat kredit verilmişdir. Müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə borc yaranmışdır. Əsas və faiz borcunun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilməmişdir. Lakin, məhkəmə hesab edir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılaraq 200 manat müəyyən edilməlidir. Bu səbəbdən iddia qismən təmin edilməlidir. İddia qismən təmin edildiyindən təmin edilmiş məbləğə münasibətdə ödənilməli olan dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 335245-1-28834 №-li “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi” üzrə 01 dekabr 2022-ci il tarixə olan 6,587.29 manat əsas, 754.58 manat faiz borcu və 200 manat cərimə, habelə 95.52 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi, ümumi 7,637 (yeddi min altı yüz otuz yeddi) manat 69 (altmış doqquz) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-681/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-681/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver