Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-69/2023 18.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçı QSC-nin nümayəndəsi X11 Cavabdeh Etibarlı Sərvan Şirin oğlunun iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Etibarlı Sərvan Şirin oğluna, X7, Cavabdeh1 Sərvan oğluna, Etibarlı Şirin Sərvan oğluna və Cavabdeh2 Sərvan qızına qarşı «kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Etibarlı Sərvan Şirin oğluna, Cavabdeh4, X7, Cavabdeh1 Sərvan oğluna, Etibarlı Şirin Sərvan oğluna və Cavabdeh2 Sərvan qızına qarşı «kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(039)-96/2020 saylı qətnaməsi ilə Cavabdeh5 28 noyabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən, 19461.60 ABŞ dolları əsas, 11266.30 ABŞ dolları faiz, 2897 ABŞ dolları cərimə olmaqla, cəmi 33624.9 ABŞ dolları olmaqla, 06 mart 2014-cü il tarixli kredit razılaşması üzrə 1178,29 manat əsas, 73.10 manat faiz, 224 manat cərimə və 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı olmaqla, cəmi 1536.39 manatın hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının Hacıqabul rayonu, Meyniman kəndində xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 2 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi; Yevlax rayonu, Salahlı kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması, 28 noyabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən, 19461.60 ABŞ dolları əsas, 11266.30 ABŞ dolları faiz, 2897 ABŞ dolları cərimə olmaqla, cəmi 33624.9 ABŞ dolları olmaqla, 06 mart 2014-cü il tarixli kredit razılaşması üzrə 1178.29 manat əsas, 73.10 manat faiz, 224 manat cərimə və 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı olmaqla, cəmi 1536.39 manatın hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh5 ümumi qaydada tutulması; Yevlax rayonu, Salahlı kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Sərvan oğlunun, X2 və X1 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(039)-96/2020 saylı qətnaməsi ilə cavabdeh X3 28 noyabr 2014-cii il tarixli kredit razılaşmasına asasan, 19461.60 ABS dollari əsas, 11266.30 ABS dolları faiz, 2897 ABS dolları carima olmaqla, cami 33624.9 ABS dolları olmaqla, 06 mart 2014-cu il tarixli kredit razılaşmasi üzrə 1178.29 manat əsas, 73.10 manat faiz, 224 manat carima və 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanin yönəldilməsi haqqinda bildirişin qeydə alınmasi üçün ödənilmis 10 manat dövlət rusumu və 21 manat xidmət haqqi olmaqla, cami 1536.39 manatin hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanin yönəldilməsi barədə bildirişin qeydə alinmasi üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqinin Yevlax rayonu, Salahli kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və hamin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 2 otaqli, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi; Yevlax rayonu, Salahlı kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayiş evinin açıq hərracda satilmasi, 28 noyabr 2014-cü il tarixli kredit razılaşmasına asasan, 19461.60 ABS dollari əsas, 11266.30 ABS dolları faiz, 2897 ABS dolları carima olmaqla, cami 33624.9 ABS dolları olmaqla, 06 mart 2014-cü il tarixli kredit razılaşmasi üzrə 1178.29 manat əsas, 73.10 manat faiz, 224 manat cərima və 30 manat dövlət rusumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqinda bildirişin qeydə alinmasi üçün ödənilmiş 10 manat dövlət rusumu və 21 manat xidmət haqqi olmaqla, cəmi 1536.39 manatın hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanin yönəldilməsi barədə bildirişin qeydə alinmasi üşün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqinin ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına AccessBank QSC-nə ödənilməsi hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X3 ümumi qaydada tutulmasi; Yevlax rayonu, Salahlı kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 2 otaqli, 1 mərtəbəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin evə X8, X4, X5, X6 və Cavabdeh2 Sərvan qızının istifadə hüququnun itirilməsi, onların hamin evdən çıxardılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Etibarlı Sərvan Şirin oğlu məhkəməyə teleqram ünvanlayaraq birdirmişdir ki, iddianı qəbul etmir. Qeyd olunan iddiaya bir dəfə baxılıb. Bu barədə məhkəmə qərarı mövcuddur və əmək haqqından tutulmalar aparılır. Cavabdeh Etibarlı Sərvan Şirin oğlu məhkəməyə ərizə ünvanlayaraq, ona köməklik edilməsini xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(039)-96/2020 saylı qətnaməsi ilə İddiaçı QSC-nin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh5 28 noyabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən, 19461.60 ABŞ dolları əsas, 11266.30 ABŞ dolları faiz, 2897 ABŞ dolları cərimə olmaqla, cəmi 33624.9 ABŞ dolları olmaqla, 06 mart 2014-cü il tarixli kredit razılaşması üzrə 1178.29 manat əsas, 73.10 manat faiz, 224 manat cərimə və 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı olmaqla, cəmi 1536.39 manatın İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən apelyasiya şikayəti verilmiş, lakin Şəki Apelyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(107)- 331/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. 07 fevral 2013-cü il tarixli 15M00001860 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh – ipoteka verən və zamin Cavabdeh4 ilə Bank arasında bağlanılmış 08 fevral 2013-cü iltarixli 15M000000485 saylı ipoteka müqaviləsi əsasında Yevlax rayonu, Salahlı kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 7 №-li reyestr kitabının 160 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla Yevlax rayonu, Salahlı kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh5 kredit öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka haqqında ”Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq 15 aprel 2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 21 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. İddiaçı QSC-nin nümayəndəsi X17 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Etibarlı Sərvan Şirin oğlu məhkəmə iclasında izah etdi ki, həmin ev ona anasından qalmışdır. Onun bir evi var. Qətnamə ilə tutulmalı olan borc onun əmək haqqının əlli faizinə yönəlmişdir. İl ərzində əlavə olaraq da ödəniş edəcək. Bununla bağlı məhkəmə qərarı çıxarılmışdır. Apellyasiya məhkəməsi tərəfindən də qüvvədə qalmışdır. Razılıq üçün bir neçə dəfə banka müraciət etmişdir. Lakin razılıq olmamışdır. Əmək haqqından pul tutulsa da az olduğunu bilir. Əlavə ödənişlər edəcəkdir. Cavabdehlər X7, Cavabdeh1 Sərvan oğluna, Etibarlı Şirin Sərvan oğluna və Cavabdeh2 Sərvan qızına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər X4, Cavabdeh1 Sərvan oğlunun, Etibarlı Şirin Sərvan oğlunun və Cavabdeh2 Sərvan qızının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Salahlı kənd İ.Ə.D. üzrə nümayəndəliyinin arayışından məlum olur ki, Cavabdeh4 Yevlax rayonu, Salahlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən bildirişin qeydə alınması haqqında bildirişdən məlum olur ki, İddiaçı QSC bildirişin qeydə alınması üçün 15 manat rüsum ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən arayışdan məlum olur ki, Etibarlı Sərvan Şirin oğlu 12 avqust 1973-cü il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində anadan olmuş, Yevlax rayonu, Salahlı kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən arayışdan məlum olur ki, Cavabdeh1 Sərvan oğlu xx xxxxxxxx 1997-ci il tarixdə Yevlax rayonu, Salahlı kəndində anadan olmuş, Yevlax rayonu, Salahlı kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən arayışdan məlum olur ki, X10 14 aprel 1999-cu il tarixdə Yevlax rayonu, Salahlı kəndində anadan olmuş, Yevlax rayonu, Salahlı kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən arayışdan məlum olur ki, X9 xx xxxx 2004-cü il tarixdə Yevlax rayonu, Salahlı kəndində anadan olmuş, Yevlax rayonu, Salahlı kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışından məlum olur ki, Cavabdeh4 məxsus Yevlax rayonu, Salahlı kəndində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 160 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ipoteka müqaviləsindən məlum olur ki, bank tərəfindən Etibarlı Sərvan Şirin oğluna verilən kreditin təminatı kimi Cavabdeh4 mülkiyyətində olmuş, hazırda onun hüquqi varisi Etibarlı Sərvan Şirin oğlunun sahibliyində və idarəçiliyində olan Cavabdeh4 məxsus Yevlax rayonu, Salahlı kəndində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzlərdən məlum olur ki, İddiaçı QSC 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(107)-331/2021 saylı qətnaməsinin surətindən məlum olur ki, iş üzrə Yevlax Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(039)- 96/2020 nömrəli qətnaməsi qətnamənin mübahisələndirilən iddianın cavabdeh X12 münasibətdə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmış, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(039)-96/2020 saylı qətnamsinin surətindən məlum olur ki, Cavabdeh5 28 noyabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən 19461.60 ABŞ dolları əsas, 11266.30 ABŞ dolları faiz, 2897 ABŞ dolları cərimə olmaqla, cəmi 33624.9 ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə), 06 mart 2014-cü il tarixli kredit razılaşması üzrə 1178.29 manat əsas, 73.10 manat faiz, 224 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı olmaqla, cəmi 1536.39 manat iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması və iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materialları ilə müəyyən edilir ki, Yevlax Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2(039)-2187/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İşdə olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli 9/9455 saylı ekspert rəyindən görünür ki, Cavabdeh5 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 28 noyabr 2014-cü il tarixli 015R********** nömrəli kredit razılaşması şərtləri əsas götürülməklə Cavabdeh5 25 noyabr 2022-ci il tarixədək olan dövrün faiz borcu illik 5 faizlə hesablanmaqla banka olan borcu 33348.77 ABŞ dolları məbləğində müəyyən olunur: o cümlədən 19452.83 ABŞ dooları əsas borc üzrə, 13895.94 ABŞ dolları faiz borcu üzrə. İş materialları ilə müəyyən edilir ki, Yevlax Rayon Məhkəməsinin 25 aprel 2022-cü il tarixli e-2(039)-69/2023 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(107)-902/2021 saylı qərardadının surətindən məlum olur ki, Yevlax Rayon Məhkəməsinin 25 aprel 2022-cü il tarixli e-2(039)-69/2023 saylı qərardadı ləğv edilmiş və mülki işin materialları baxılmasının davam etdirilməsi üçün Yevlax Rayon Məhkəməsinə qaytarılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon 1 saylı Notariat ofisinin 17 noyabr 2023-cü il tarixli, 746 saylı məktubundan məlum olur ki mərhum Cavabdeh4 qalmış miras əmlaka dair vərəsəlik işi açılmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Salahlı kənd İ.Ə.D. üzrə nümayəndəliyinin20 noyabr 2023-cü il tarixli 5-9-14/2-97/2023 saylı arayışından məlum olur ki, mərhum Cavabdeh4 qalmış mirası onun oğlu Etibarlı Sərvan Şirin oğlu qəbul etmiş və həmin təsərrüfatı hal-hazırda idarə edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin 15 dekabr 2023-cü il tarixli ƏQ-270/2023 saylı rəyindən məlum olur ki, Yevlax rayonu, Salahli kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və hamin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 2 otaqli, 1 mərtəbəli fərdi yaşayış evinin real bazar dəyəri 23400 manat, likvid dəyəri 20655 manat təşkil edir. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Etibarlı Sərvan Şirin oğlu arasında bağlanmış 28 noyabr 2013-cü il tarixli kredit razılaşmasına əsasən, Etibarlı Sərvan Şirin oğluna kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh4 ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan, Yevlax rayonu, Salahlı kəndində yerləşən fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı QSC cavabdehlər Cavabdeh5, Cavabdeh4, X15 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(039)-96/2020 saylı qətnamsi ilə Cavabdeh5 28 noyabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən 19461.60 ABŞ dolları əsas, 11266.30 ABŞ dolları faiz, 2897 ABŞ dolları cərimə olmaqla, cəmi 33624.9 ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə), 06 mart 2014-cü il tarixli kredit razılaşması üzrə 1178.29 manat əsas, 73.10 manat faiz, 224 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı olmaqla, cəmi 1536.39 manat iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması və iddia qalan hissədə təmin edilməsi xeyrinə ödənilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(039)-96/2020 saylı qərardadı ilə iddianın tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus Yevlax rayonu, Salahlı kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi; yuxarıda qeyd olunan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışından əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi hissəsinə xitam verilmişdir. İddiaçı QSC Yevlax Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(039)-96/2020 saylı qətnaməsi ilə cavabdeh X3 28 noyabr 2014cii il tarixli kredit razılaşmasına asasan, 19461.60 ABS dollari əsas, 11266.30 ABS dolları faiz, 2897 ABS dolları carima olmaqla, cami 33624.9 ABS dolları olmaqla, 06 mart 2014cu il tarixli kredit razılaşmasi üzrə 1178.29 manat əsas, 73.10 manat faiz, 224 manat carima və 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanin yönəldilməsi haqqinda bildirişin qeydə alınmasi üçün ödənilmis 10 manat dövlət rusumu və 21 manat xidmət haqqi olmaqla, cami 1536.39 manatin hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanin yönəldilməsi barədə bildirişin qeydə alinmasi üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqinin Yevlax rayonu, Salahli kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və hamin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 2 otaqli, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi; Yevlax rayonu, Salahlı kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və hamin torpaq sahəsində yerləşən fərdi yaşayiş evinin açıq hərracdan satilmasi, 28 noyabr 2014-cü il tarixli kredit razılaşmasına asasan, 19461.60 ABS dollari əsas, 11266.30 ABS dolları faiz, 2897 ABS dolları carima olmaqla, cami 33624.9 ABS dolları olmaqla, 06 mart 2014-cü il tarixli kredit razılaşmasi üzrə 1178.29 manat əsas, 73.10 manat faiz, 224 manat carima və 30 manat dövlət rusumu, ipoteka predmetinə tutmanin yönəldilməsi haqqinda bildirişin qeydə alinmasi üçün ödənilmiş 10 manat dövlət rusumu və 21 manat xidmət haqqi olmaqla, cami 1536.39 manatin hazirda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanin yönəldilməsi barədə bildirişin qeydə alinmasi üşün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqinin ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabina AccessBank QSC-nə ödənilməsi hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X3 ümumi qaydada tutulmasi; Yevlax rayonu, Salahli kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 2 otaqli, 1 mərtəbəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra hamin evə X8, X4, X5, X6 və Cavabdeh2 Sərvan qızının istifadə hüququnun itirilməsi, onların hamin evdən çıxardılması, əmlakın boşaldılması və aliciya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 vəfat etmişdir. Mərhum Cavabdeh4 qalmış mirası onun oğlu Etibarlı Sərvan Şirin oğlu qəbul etmiş və həmin təsərrüfatı hal-hazırda idarə edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Yevlax Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(039)-96/2020 saylı qətnaməsində qeyd edilən tutmanın Yevlax rayonu, Salahli kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və hamin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 2 otaqli, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməli; ipoteka predmeti açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilməli; İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin Etibarlı Sərvan Şirin oğlundan tutulması hissəsi icra haqqında Azərbaycan Respublikası qanunu ilə tənzimləndiyindən təmin edilməməli; İpoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq Ləğv prosesində olan İddiaçı QSC-yə təhvil verilməsi tələbi evə tutma yönəldikdikdən və o satıldıqdan sonra mümkün olduğundan təmin edilməməli; ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 20655 (iyirmi doqquz min) manat məbləğində müəyyən edilməlidir. Cavabdeh Etibarlı Sərvan Şirin oğlundan 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməli. Cavabdeh Etibarlı Sərvan Şirin oğlundan 250 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.2-ci maddəsinə əsasən Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26.1.3-cü maddəsinin tələbinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 59.3-cü maddəsinin tələbinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd edilir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(039)-96/2020 saylı qətnaməsində qeyd edilən tutmanın və 100 manat ödənilmiş dövlət rüsumu Yevlax rayonu, Salahlı kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 2 otaqli, 1 mərtəbəli fərdi yaşayış evinə yönəlsin. İpoteka predmeti açıq hərracda satılsın və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilsin. İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 20655 manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Etibarlı Sərvan Şirin oğlundan 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Cavabdeh Etibarlı Sərvan Şirin oğlundan 250 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №e-2(039)-69/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-69/2023
18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver