Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-739/2022 21.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bank Olmayan Kredit Təşkilatının (BOKT) nümayəndəsi X1, Cavabdeh3 iştirakları ilə, İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC BOKT Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 2,696.87 manat əsas borc, 6.77 manat faiz borcu, ödənilmiş 47.03 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi belə əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cıı il tarixli 551 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayan Cavabdeh3 arasında 28 fevral 2020-ci il tarixli 82/20-mk saylı Güzəştli Kredit müqaviləsi bağlanmışdır. Həmin kredit, müqaviləsinə əsasən Cavabdeh3 "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə ağlanmış 19.10.2015-ci il tarixli 55/15-ki saylı kredit müqaviləsi üzrə qalıq borcu restrukrizasiya olunaraq, 2,898,0 manat vaxtı keçmiş əsas borcunun illik 1 faiz ödəmək şərti ilə 5 il müddətinə (1 il güzəşt müddəti tətbiq edilməklə) ödənilməsinə dair razılaşma əldə olunmuşdur. Cavabdeh həmin güzəştli kredit müqaviləsi üzrə borcun 5 il müddətinə müqavilədə müəyyən olunmuş qaydada ödənilməsini öz öhdəinə götürmüşdür. Həmin müqavilənin təminatı olaraq İddiaçı QSC BOKT Bərdə filialı ilə Cavabdeh2 arasında 28 fevral 2020-ci il tarixli 1-82/20-mk saylı zaminlik müqaviləsi və Cavabdeh1la 28 fevral 2020-ci il tarixli 2-82/20-mk saylı zaminlik müqaviləsi bağlanmış və zaminlər borclu ilə birlikdə həmin borcun ödənilməsinə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin Cavabdeh3 müqavilə şərtlərinə əməl etməmişdir. Cavabdeh3 ödənilməmiş borcu 2,696.87 manat əsas, 6.77 manat faiz borcu təşkil edir. Tərəflərin izahatları: İddiaçı ASC BOKT-nin nümayəndəsi Pərviz İsrəfilov iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 iddianı etiraf dərək bildirmişdir ki, həqiqətən iddiaçı ilə bağlanmış müqavilə əsasında borcu ödəməyi öhdəsinə götürmüşdür. Lakin, maddi çətinliklərlə üzləşdiyindən öhdəliyini lazımınca icra edə bilməmişdir. Həmin borcu gələcəkdə hissəhissə ödəyəcəkdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, onlar iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəlllənin 185.5 maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: 28 fevral 2020-ci il tarixli 82/20-mk nömrəli güzəştli kredit müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı QSC BOKT tərəfindən Cavabdeh3 5 il müddətinə, illik 1% ödəmək şərti ilə 2,898 manat kredit verilmişdir. 28 fevral 2020-ci il tarixli 1-82/20-mk nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, Cavabdeh2 zamin olaraq həmin müqavilə üzrə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. 28 fevral 2020-ci il tarixli 2-82/20-mk nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 zamin olaraq həmin müqavilə üzrə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə 10 fevral 2022-ci il tarixə 2,696.87 manat əsas borc, 6.77 manat faiz borcu yaranmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər Elgün edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı QSC BOKT tərəfindən 28 fevral 2020-ci il tarixli 82/20-mk nömrəli güzəştli kredit müqaviləsi əsasında, Cavabdeh3 5 il müddətinə, illik 1% ödəmək şərti ilə 2,898 manat məbləğində kredit verilmiş, Cavabdeh2 və Cavabdeh1 zaminlik müqavilələri əsasında kredit müqaviləsi üzrə birgə məsuliyyət daşmağı üzərilərinə götürmüşlər. Lakin, Cavabdeh3 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bunun nəticəsində borc yaranmışdır. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə öhdəliklər Cavabdeh3 lazımınca icra edilmədiyindən yaranmış borca görə cavabdehlər iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilən kredit müqavilələri üzrə əsas və faiz borcunun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilməmişdir. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, yaranmış borc, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 28 fevral 2020-ci il tarixli 82/20-mk nömrəli güzəştli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2,696.87 manat əsas, 6.77 manat faiz borcu, habelə ödənilmiş 47,03 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2,750 (iki min yeddi yüz əlli) manat 67 (altmış yeddi) qəpik İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-739/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-739/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver