Məhkəmə qərarları › İş №e-2(039)-742/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-742/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-742/2022 06.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 3,184.78 AZN əsas, 64.46 AZN faiz, həmçinin 52.50 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı "FİNCA Azerbaijan" MM QBKT ilə Cavabdeh arasında bağlanmış 07.08.2019-cu il tarixli, **********0080 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu İİ tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında" Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 3,184.78 AZN qalıq məbləği illik 1% faiz dərəcəsi oimaqla və 1 (bir) il güzəşt müddəti müəyyən, edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən, ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 2.74 AZN. dörd il müddətində İsə hər ay 67.75 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0080-788350 saylı Zaminlik müqaviləsi ilə Zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdur. Lakin, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh və Zamin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, cavabdehlər iddiaçının tələbinə etiraz etməmişlər. Məhkəmə iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiа təmin еdilməlidir. Bеlə ki, “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış 07.08.2019-cu il tarixli, **********0080 saylı kredit (restrukturizasiya) müqaviləsinin surəti ilə müəyyən edilir ki, Cavabdeh əvvəlki kredit müqaviləsi üzrə qalıq məbləğ olan 3,184.78 manatı 60 ay müddətinə, illik 1 % ödəmək şərti ilə qaytarmağı üzərinə götürmüşdür. “FİNCA Azerbaijan” MM QBKT ilə Zamin arasında bağlanmış 07.08.2019-cu il tarixli, **********0080-788350 saylı zaminlik müqaviləsi ilə müəyyən olunur ki, sonuncu, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat vermişdir. Maliyyə arayışından müəyyən olunur ki, kredit müqaviləsi üzrə 3,184.78 AZN əsas, 64.46 AZN faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mövcud sübutlarla cavabdehlər Cavabdeh və Zamin tərəfindən kredit müqaviləsi üzrə üzərilərinə götürdükləri öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması təsdiq olunur və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehlər yaranmış borca görə birgə məsuliyyət daşıyırlar, iddiaçının tələbi əsaslıdır. Əsas və faiz borcunun düzgün hesablanmaması müəyyən edilməmiş, cavabdehlər buna etiraz etməmişlər. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, yaranmış borc, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 07.08.2019-cu il tarixli, **********0080 nömrəli kredit müqaviləsi üzrə 3,184.78 manat əsas, 64.46 manat faiz borcu, habelə 52.50 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 3,301 (üç min üç yüz bir) manat 74 (yetmiş dörd) qəpik iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar