Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-747/2022 11.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi, İddiaçı BOKT İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı BOKT İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 576.68 manat əsas borc, 1.27 manat faiz borcu olmaqla, cəmi 577.95 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq BOKT İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC-nin Səhmdarının 14 iyul 2020-ci il tarixli (Protokol № 02) İddiaçı QSC-yə problemli borcu olan fiziki şəxslərin 2012-ci ilin yanvar ayının 1-dən 2019-cu ilin fevral ayının 28-dək aldıqları kreditlər üzrə yaranmış və ödənilməmiş vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə” Qərarının icrası ilə əlaqədar olaraq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə Yevlax rayonu Aşağı Qarxun kəndində yaşayan Cavabdeh1 arasında 21 sentyabr 2020- ci il tarixli 154/20-mk saylı «Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiyası» müqaviləsi bağlanmışdır. 21 sentyabr 2020-ci il tarixli 154/20-mk saylı «Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiyası müqaviləsi»nə əsasən Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə bağlanmış 25.08.2014- cü il tarixli 233/14mk saylı kredit müqaviləsi üzrə qalıq borcu restrukrurizasiya olunaraq, 682,07 manat vaxtı keçmiş əsas borcunun illik 1 faiz ödəmək şərti ilə 5 il müddətinə ödənilməsinə dair razılaşma əldə olunmuşdur. Cavabdeh həmin güzştli kredit müqaviləsi üzrə borcun 5 il müddətinə müqavilədə müəyyən olunmuş qaydada ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh1 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə bağlanmış 21 sentyabr 2020- ci il tarixli 154/20mk saylı müqavilənin təminatı olaraq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə Cavabdeh2 arasında 21 sentyabr 2020-ci il tarixli 154/20-mk saylı zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 zamin olaraq borclunun birlikdə həmin borcun ödənilməsinə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2020- ci il tarixli 154/20-mk saylı müqaviləsinə əlavə olunmuş ödəniş qrafikinə əsasən Cavabdeh1 2021-ci ilin mart ayından başlayaraq hər ay faiz borcu ilə birlikdə əsas borcdan ödəniş etməli idi. Lakin Cavabdeh1 müqavilənin həmin şərtlərinə əməl etməmişdir. Cavabdeh1 iddiaçıya olan ödənilməmiş 576,68 manat əsas borc, 1,27 manat faiz borcu olmaqla cəmi borcu 577,95 manat təşkil edir. İddiaçı BOKT İddiaçı QSC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək izah etdi ki, 21 sentyabr 2020ci il tarixdə onunla BOKT İddiaçı QSC arasında kredit müqaviləsi bağlanmış və ona 682.07 manat kredit verilmişdir. Krediti vaxtı-vaxtında ödəsə də, maddi imkanı pisləşdiyindən bir müddət ödəməmişdir. Borcunu hər ay hissə-hissə ödəyəcəkdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul edərək izah etdi ki, o iş üzrə zamindir. Borcu Cavabdeh1 götürüb və o da ödəyəcək. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, BOKT İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış İddiaçı QSC-nin Səhmdarının 14 iyul 2020-ci il tarixli (Protokol № 02) İddiaçı QSC-yə problemli borcu olan fiziki şəxslərin 2012-ci ilin yanvar ayının 1-dən 2019-cu ilin fevral ayının 28-dək aldıqları kreditlər üzrə yaranmış və ödənilməmiş vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə” Qərarının icrası ilə əlaqədar olaraq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə Yevlax rayonu Aşağı Qarxun kəndində yaşayan Cavabdeh1 arasında 21 sentyabr 2020- ci il tarixli 154/20-mk saylı «Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiyası» müqaviləsi bağlanmışdır. 21 sentyabr 2020-ci il tarixli 154/20-mk saylı «Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiyası müqaviləsi»nə əsasən Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə bağlanmış 25.08.2014- cü il tarixli 233/14mk saylı kredit müqaviləsi üzrə qalıq borcu restrukrurizasiya olunaraq, 682,07 manat vaxtı keçmiş əsas borcunun illik 1 faiz ödəmək şərti ilə 5 il müddətinə ödənilməsinə dair razılaşma əldə olunmuşdur. Cavabdeh həmin güzştli kredit müqaviləsi üzrə borcun 5 il müddətinə müqavilədə müəyyən olunmuş qaydada ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh1 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə bağlanmış 21 sentyabr 2020- ci il tarixli 154/20-mk saylı müqavilənin təminatı olaraq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə Cavabdeh2 arasında 21 sentyabr 2020-ci il tarixli 154/20-mk saylı zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 zamin olaraq borclunun birlikdə həmin borcun ödənilməsinə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2020- ci il tarixli 154/20-mk saylı müqaviləsinə əlavə olunmuş ödəniş qrafikinə əsasən Cavabdeh1 2021-ci ilin mart ayından başlayaraq hər ay faiz borcu ilə birlikdə əsas borcdan ödəniş etməli idi. Lakin Cavabdeh1 müqavilənin həmin şərtlərinə əməl etməmişdir. Cavabdeh1 iddiaçıya olan ödənilməmiş 576,68 manat əsas borc, 1,27 manat faiz borcu olmaqla cəmi borcu 577,95 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, BOKT İddiaçı QSC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehlərdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. 576.68 manat əsas borc, 1.27 manat faiz borcu olmaqla, cəmi 577.95 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, müştərək qaydada xx.xx.1981-ci il tarixdə Yevlax rayonu, Aş.Qarxun kəndində doğulmuş, Yevlax rayonu, Aş.Qarxun kəndində qeydiyyatda olan Cavabdeh1 və xx.xx.1974-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Yevlax rayonu, Aş.Qarxun kəndində qeydiyyatda olan Cavabdeh2 alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №e-2(039)-747/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-747/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver