Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-768/2024 02.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" MMM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********2790 saylı kredit müqaviləsi üzrə borcun məbləği 4263.60 manat əsas, faiz borcu üzrə 132.20 manat olmaqla cəmi 4395.80 manat təşkil edir. Həmçinin, **********2801 saylı kredit müqaviləsi üzrə borcun məbləği 2508 manat əsas, faiz borcu üzrə 77.75 manat olmaqla, cəmi 2585.75 manat və ödənilmiş 89.82 manat məbləğində dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********2790 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 4263.60 manat; Həmçinin eyni tarixli, **********2801 saylı GU6ZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 2508 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********2790 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 3.67 manat dörd il müddətində isə hər ay 90.68 manat olmaqla və **********2801 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 2.16 manat dörd il müddətində isə hər ay 53.34 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********2790 – ******* saylı və **********2801 – ******* saylı zaminlik müqavilələri ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqavilələrinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 oğlunun **********2790 saylı kredit müqaviləsi üzrə borcun məbləği 4263.60 manat əsas, faiz borcu üzrə 132.20 manat olmaqla cəmi 4395.80 manat təşkil edir. Həmçinin, **********2801 saylı kredit müqaviləsi üzrə borcun məbləği 2508 manat əsas, faiz borcu üzrə 77.75 manat olmaqla cəmi 2585.75 manat təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə teleqram göndərərək, işə nümayəndənin iştirakı olmadan baxıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiki barədə məhkəməyə heç bir məlumat vermədikindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında Cavabdeh1 kredit borcu olduğunu, lakin banka olan borcunu hissə-hissə ödəyəcəyini bildirmiş, məhkəmədən qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi (müvafiq ərizə təqdim edir). Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Belə ki, "xxxx" MMM QBKT-nin ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli **********2790 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, sonuncunun vaxtı keçmiş əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə, kredit verən kredit alana 4263.60 manat məbləğində güzəştli kredit verməyi, kredit alan isə verilmiş krediti ödəniş cədvəlinə uyğun 1 il müddətində tam şəkildə yerinə yetirməyi öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli **********2801 saylı güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 2508 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********2790 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 3.67 manat dörd il müddətində isə hər ay 90.68 manat olmaqla və **********2801 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 2.16 manat dörd il müddətində isə hər ay 53.34 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixli **********2790– 221770 və **********2801–1221770 №-li kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə "xxxx" MMM QBKT-nin ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə bağlanmış **********2790–221770 və **********2801–1221770 №-li zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" MMM QBKT-nin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borcu 4263.60 manat məbləğində əsas borc, 132.20 manat faiz borcu olmaqla, cəmi 4395.80 manat borcu təşkil etmiş, həmçinin **********2801 saylı kredit müqaviləsi üzrə 2508.00 manat məbləğində əsas borcu, 77.75 manat faiz borcu olmaqla, cəmi 2585.75 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsili pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.2) Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, "xxxx" MMM QBKT pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" MMM QBKT-nin xeyrinə əsas borc üzrə 4263.60 manat məbləğində əsas borc, 132.20 manat faiz borcu olmaqla, cəmi 4395.80 manat borcu təşkil etmiş, həmçinin **********2801 saylı kredit müqaviləsi üzrə 2508.00 manat məbləğində əsas borc, 77.75 manat faiz borcu olmaqla, cəmi 2585.75 manat məbləğində borcun tutulması barədə tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 89.82 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli **********2790 saylı kredit müqaviləsi üzrə borcun məbləği 4263.60 manat əsas, faiz borcu üzrə 132.20 manat, cəmi 4395.80 manat, həmçinin **********2801 saylı kredit müqaviləsi üzrə borcun məbləği 2508 manat əsas, faiz borcu üzrə 77.75 manat olmaqla, cəmi 2585.75 manat borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 89.82 manat məbləğində pul iddiaçı "xxxx" MMM QBKT-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-768/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-768/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver