Məhkəmə qərarları › İş №e-2(039)-823/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-823/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-823/2022 06.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcun tutulması barədə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Yevlax Rаyоn Məhkəməsinin inzibati binаsındа bахаrаq, müəyyən etdi: İddiaçı ASC Cavabdeha qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 06.05.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 2,091.88 AZN əsas, 227.05 AZN faiz borcunun və ödənilmiş 43.18 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 06.05.2021-ci il tarixli, RGTK3640620A208 saylı Kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə 2,138.42 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin 28.02.2022-ci il tarixə İddiaçı ASC-yə 06.05.2021-ci il tarixli, RGTK3640620A208 saylı kredit müqaviləsinə əsasən 2,091.88 AZN əsas, 227.05 AZN faiz, cəmi 2318.93 AZN borcu yaranmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, cavabdeh iddiaçının tələbinə etiraz etməmişdir. Məhkəmə iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiа təmin еdilməlidir. Təqdim edilmiş iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06.05.2021-ci il tarixli, RGTK3640620A208 saylı kredit müqaviləsinin surəti ilə müəyyən edilir ki, sonuncuya 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 2,138.42 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından müəyyən olunur ki, həmin kredit müqaviləsi üzrə 2,091.88 AZN əsas, 227.05 AZN faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh, qeyd edilən kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləğdə krediti götürsə də, ödənişlər həyata keçirməməklə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və onun Bank qarşısında borcu yaranmışdır. Kredit müqaviləsi üzrə tələb edilən əsas və faiz borcunun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilməmiş, cavabdeh həmin məbləğləri mübahisələndirməmişdir. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, yaranmış borc, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 06.05.2021-ci il tarixli, RGTK3640620A208 saylı kredit müqaviləsi üzrə 2,091.88 manat əsas, 227.05 manat faiz borcu, habelə 43.18 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2,362 (iki min üç yüz altmış iki) manat 11 (on bir) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar