Məhkəmə qərarları › İş №e-2(039)-863/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-863/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-863/2024 03.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Hakim köməkçisi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 noyabr 2022-ci il tarixli 2022/4005 saylı kredit müqaviləsi üzrə ümumilikdə 18666.59 manat, əsas borcu 10703.83 manat, faiz borcu 3529.76 manat, dəbbə 4433 manat məbləğinin tutularaq "xxxx" MMC-yə ödənilməsi; tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş - Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə (daşınmaz əmlakın ümumi sahəsi - 79.20 kv.m) yönəldilməsi; göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" MMC-yə 18666.59 manat məbləğində borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 690 manat xidmət haqqı, bildirişin qeydə alınması ilə əlaqədar 51 manat və 149 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında 28 noyabr 2022-ci il tarixində 2022/4005 saylı kredit müqaviləsi bağlanmışdır. 28 noyabr 2022-ci il tarixli 2022/4005 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 32% (otuz iki) faiz hesablanmaq şərti ilə, 36 (otuz altı) ay müddətinə 11000 manat məbləğində kredit verilmişdir. 28 noyabr 2022-ci il tarixli 2022/4005 saylı kredit müqaviləsinin təminatı kimi 28 noaybr 2022-ci il tarixində 2022/4005-İP saylı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evi (daşınmaz əmlakın ümumi sahəsi-79.20 kv.m) ipoteka ilə yüklü edilmişdir (yüklü edilən əmlakın reyestr nömrəsi-**********80-10301, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2022-ci il). "xxxx" MMC-nin 12 yanavr 2024-cü il tarixli arayışına əsasən, 28 noaybr 2022-ci il tarixli 2022/4005 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borcu 10703.83 manat, faiz borcu 3529.76 manat, dəbbə 4433 manat, ümumilikdə 18666.59 manat təşkil edir. Qeyd etmək istəyirik ki, 28 noyabr 2022-ci il tarixli 2022/4005 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izah etdi ki, kredit götürmüşdür. Aylıq 500 manat ödəniş etməlidir. Hazırda 100-150 manat ödəniş edə bilir. Ona köməklik edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 28 noyabr 2022-ci il tarixində 2022/4005 saylı kredit müqaviləsi bağlanmışdır. 28 noyabr 2022-ci il tarixli 2022/4005 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 32% (otuz iki) faiz hesablanmaq şərti ilə, 36 (otuz altı) ay müddətinə 11000 manat məbləğində kredit verilmişdir. 28 noyabr 2022-ci il tarixli 2022/4005 saylı kredit müqaviləsinin təminatı kimi 28 noaybr 2022-ci il tarixində 2022/4005-İP saylı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evi (daşınmaz əmlakın ümumi sahəsi-79.20 kv.m) ipoteka ilə yüklü edilmişdir (yüklü edilən əmlakın reyestr nömrəsi-**********80-10301, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixixx.xx.2022-ci il). "xxxx" MMC-nin 12 yanavr 2024-cü il tarixli arayışına əsasən, 28 noaybr 2022-ci il tarixli 2022/4005 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borcu 10703.83 manat, faiz borcu 3529.76 manat, dəbbə 4433 manat, ümumilikdə 18666.59 manat təşkil edir. Qeyd etmək istəyirik ki, 28 noyabr 2022-ci il tarixli 2022/4005 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 4433 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26.1.3-cü maddəsinin tələbinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 59.3-cü maddəsinin tələbinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd edilir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadının 20-ci bəndinə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mübahisəli məsələ ilə bağlı təqdimat vermiş məhkəmə tərkibi ilə razılaşaraq hesab edir ki, “İpoteka haqqında” Qanunun tələbi baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 18666.59 manat əsas borc, 3529.76 manat faiz borcu, 430 mant cərimə, cəmi 22626.35 manat məbləğində borc, 160.1 manat ödənilmiş dövlət rüsumu, 51 manat bildirişin qeydə alınması ilə əlaqədar və 690 manat vəkilin hüquqi yardım göstərilməsi üçün xidmət haqqı tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməli; Tutma Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə (daşınmaz əmlakın ümumi sahəsi - 79.20 kv.m) yönləndirilməli; ipoteka predmeti açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilməli; Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin (daşınmaz əmlakın ümumi sahəsi - 79.20 kv.m) ilkin satış qiyməti 42360 manat müəyyən edilməli; ipoteka predmeti olan əmlaka satıldıqdan sonra ən geci 1 ay müddətində boşaldılması hissəsi Yevlax Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli e-2(039)-863/2024 saylı qərardadı ilə xitam verildiyindən təmin edilməməlidir. Cavabdeh 400 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 18666.59 manat əsas borc, 3529.76 manat faiz borcu, 430 mant cərimə, cəmi 22626.35 manat məbləğində borc, 160.1 manat ödənilmiş dövlət rüsumu, 51 manat bildirişin qeydə alınması ilə əlaqədar və 690 manat vəkilin hüquqi yardım göstərilməsi üçün xidmət haqqı tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh məxsus olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə (daşınmaz əmlakın ümumi sahəsi - 79.20 kv.m) yönləndirilsin. İpoteka predmeti açıq hərracda satılsın və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilsin. İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 42360 manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 400 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektorn Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar