Məhkəmə qərarları › İş №e-2(039)-873/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-873/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-873/2023 04.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin v cərimənin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 0084075AZN17426 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,363.04 manat əsas borc, 849.6 manat faiz borcu, 2,888.98 manat cərimə olmaqla, cəmi 6,101.62 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 82 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2020-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-26431İB/2021 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında X6 çərçivəsində 0084075AZN17426 saylı xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 26 %, illik cərimə faizi 180 % olmaqla, 2,500 manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 0084075AZN17426 saylı müştərinin maliyyələşdirilməsi üçün ərizə üzrə 596 gün təşkil edir. Qeyd olunanlara əsasən Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdədiyi 2,363.04 manat əsas borc, 849.6 manat faiz borcu, 2,888.98 manat cərimə borcu olmaqla, cəmi 6,101.62 manat təşkil edir. X3 4-cü bölməsinin 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda X4 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. Tərəflərin izahatları: İddiaçı ASC-nin nümayəndəsi X1 ərizə təqdim edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələblərinin tam təmin edilməsini xahiş etmişlər. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, kredit müqaviləsində qeyd edilən məbləği götürsə də, maddi çətinliklərlə bağlı ödəniş edə bilməmiş və borc yaranmışdır. Hazırda borcu ödəməyə maddi imkanı yoxdur. Həmin borcu gələcəkdə ödəyəcəkdir. İddianın qismən, yalnız əsas borc hissəsində təmin edilməsini xahiş etmişdir. Sübutlar: İddiaçı ASC ilə cavabdeh Ramil Mustafayev arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0084075AZN17426 nömrəli şərtlərin qəbul edilməsi barədə razılıq ərizəsinin surəti ilə müəyyən olunur ki, borcluya illik faiz dərəcəsi 26 %, illik cərimə faizi 180 % olmaqla, 2,500 manat məbləğində işçi krediti verilmişdir. Maliyyə arayışında qeyd edilir ki, xx.xx.2021-ci il tarixli 0084075AZN17426 nömrəli maliyyələşdirimə ərizəsi üzrə 29 noyabr 2022-ci il tarixə borcalanın Banka 2,363.04 manat əsas borc, 849.6 manat faiz borcu, 2,888.98 manat cərimə borcu olmaqla, cəmi 6,101.62 manat borcu vardır. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, 0084075AZN17426 saylı xx.xx.2021-ci il tarixli şərtlərin qəbul edilməsi barədə razılıq ərizəsi əsasında cavabdehə illik 26 % ödəmək şərti ilə 2,500 manat kredit verilmişdir. Müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə borc yaranmışdır. Əsas və faiz borcunun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilməmişdir. Lakin, məhkəmə hesab edir ki, cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılaraq 200 manat müəyyən edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi təmin edilən tələbə mütənasib olaraq Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 0084075AZN17426 saylı şərtlərin qəbul edilməsi barədə razılıq ərizəsi üzrə 2,363.04 manat əsas borc, 849.6 manat faiz borcu, 200 manat cərimə, habelə 54.12 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 3,466 (üç min dörd yüz altmış altı) manat 76 (yetmiş altı) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar