Məhkəmə qərarları › İş №e-2(039)-88/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-88/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-88/2024 13.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh1 iştirakları ilə, İddiaçı MMQBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMQBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 5,787.07 AZN, faiz borcuna görə 1,060.00 AZN, carimə borcuna görə 544.27 AZN və 93.92 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMQBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********4041 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 27.00 % dərəcəsi olmaqla 24 ay müddətinə 8,000 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 437 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********4***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3, **********4***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh4 və **********4***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfləri olmuşdurlar. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 5,787.07 AZN, faiz borcuna görə 1,060.00 AZN, cərimə borcuna görə 544.27 AZN təşkil edir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək iclasın iştirakları olmadan keçirib qərar qəbul etməyi xahiş etmişdir. Cavabdeh1 iddanı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı ilə bağlanmış kredit müqaviləsi əsasında illik 27.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 8,000 AZN məbləğində kredit götürmüşdir. Bu zaman Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zamin olaraq birgə öhdəlik daşımaqları barədə üzərilərinə öhdəlik götürmüşlər. Bir müddət aylıq ödəməli olduğu ödənişləri vaxtında ödəsə də, sonradan maddi çətinliklərlə üzləşmiş və buna görə borc yaranmışdır. Həmin borca görə özü məsuliyyət daşıyır. Lakin, borc iddiaçı tərəfindən düzgün hesablanmamış onun tərəfindən aparılmış tam olaraq nəzərə alınmamışdır. Digər cavabdehlərin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatları vardır, lakin üzrlü səbəblərdən iclasda iştirak edə bilmirlər. İddianın qismən təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən, işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: 03 iyun 2022-ci il tarixli, **********4041 saylı kredit müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 27.00% faiz dərəcəsi olmaqla, 24 ay müddətinə, 8,000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********4***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3, **********4***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh4 və **********4***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 kredit üzrə birgə məsuliyyət barədə üzərilərinə öhdəlik götürmüşlər. 07 avqust 2023-cü il tarixli Maliyyə arayışına əsasən 03 iyun 2022-ci il tarixli **********4041 saylı kredit müqaviləsi üzrə əsas borc 5,787.07 AZN, faiz borcu 1,060.00 AZN, cərimə 544.27 AZN təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/8362 saylı 08 dekabr 2023-cü il tarixli rəyində qeyd edilir ki, 03 iyun 2022-ci il tarixli **********4041 saylı kredit müqaviləsi üzrə 07 avqust 2023-cü il tarixə əsas borc 5,296.57 AZN, faiz borcu 611.75 AZN təşkil edir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMQBKT tərəfindən 03 iyun 2022-ci il tarixli **********4041 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 27.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 8,000 manat məbləğində kredit verilmişdir. Həmçinin, kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmış və sonuncular, kredit üzrə birgə məsuliyyət barədə üzərilərinə öhdəlik götürmüşlər. Kredit müqavilələrin şərtləri Cavabdeh1 tərəfindən lazımınca icra edilməmiş, bunun əsasında borc yaranmış və iddiaçı əsaslı olaraq yaranmış borcu tələb edir. İş üzrə cavabdehlər zaminlik müqavilələri əsasında həmin borca görə birgə məsuliyyət daşıyırlar. Lakin, müəyyən olunur ki, iddiaçı tərəfindən borc düz hesablanmamışdır, belə ki, ekspert rəyi ilə 07 avqust 2023-cü il tarixə həmin kredit müqaviləsi üzrə 5,296.57 manat əsas borcun, 611.75 manat faiz borcunun yarandığı təsdiq olunur. İddiaçı, habelə cavabdehlər həmin rəyin əsassızlığına dair hər hansı sübut təqdim etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, əsas və faiz borcu həmin məbləğdə müəyyən olunmalıdır. Bundan başqa tənasübsüz surətdə hesablanmış cərimə azaldılaraq 200 manat müəyyən olunmalıdır. Ödənilmiş dövlət rüsumunun əvəzi təmin ediləcək məbləğə mütənasib hesablanaraq cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyərinin yarısı iddiaçıya, digər yarısı isə müştərək qaydada cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 03 iyun 2022-ci il tarixli **********4041 saylı kredit müqaviləsinə əsasən 5,296.57 manat əsas borc, 611.75 manat faiz borcu, 200 manat cərimə, habelə 81.08 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 6,189 (altı min bir yüz səksən doqquz) manat 40 (qırx) qəpik İddiaçı MMQBKT-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı MMQBKT-dən, 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar