Məhkəmə qərarları › İş №e-2(039)-895/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-895/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-895/2022 31.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə , İddiаçı İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcun tutulması barədə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 4,860.37 AZN əsas, 646.86 AZN faiz borcunun, ödənilmiş 75.07 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-cı il tarixli RGTK3713306A117 saylı kredit müqaviləsinə əsasən ona 72 ay müddətinə illik 20 % faiz dərəcəsi ilə 4,860.37 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 11 art 2022-ci l tarixə “Kapital Bank ASC-nə 4860.37 AZN əsas, 646.86 AZN faiz, cəmi 5507.23 AZN borcu yaranmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin, habelə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Təqdim edilmiş iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-cı il tarixli RGTK3713306A117 saylı kredit müqaviləsinin surəti ilə müəyyən edilir ki, sonuncuya 72 ay müddətinə illik 20% faiz dərəcəsi ilə 4,860.37 manat məbləğində kredit verilmişdir. Bu barədə ödəniş cədvəli tərtib edilmişdir. Maliyyə arayışından müəyyən olunur ki, 11 mart 2022-ci il tarixə Cavabdeh banka xx.xx.2021-cı il tarixli RGTK3713306A117 saylı kredit müqaviləsi üzrə 4860.37 AZN əsas, 646.86 AZN faiz; cəmi 5,507.23 AZN borcu vardır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləğdə krediti götürsə də, ödənişlər həyata keçirməməklə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və onun Bank qarşısında borcu yaranmışdır. Kredit müqaviləsi üzrə tələb edilən əsas və faiz borcunun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilməmişdir. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə xərcləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-cı il tarixli RGTK3713306A117 nömrəli kredit müqaviləsi üzrə 4,860.37 manat əsas, 646.86 manat faiz borcu, habelə 75.07 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5,582 (beş min beş yüz səksən iki) manat 30 (otuz) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar