Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-946/2025 04.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu İddiaçı Hacızadə İddiaçı Elbrus oğlunun Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM : İddiaçı Hacızadə İddiaçı Elbrus oğlu Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. İddia ərizəsindən məlum olur ki, Cavabdeh Xocalı rayonunun Kosalar kənd inzibati ərazi dairəsi üzrə Kosalar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı Hacızadə İddiaçı Elbrus oğlunun hazırki iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etməsi yol verilən deyil. İddiaçı Hacızadə İddiaçı Elbrus oğlunun Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçı Hacızadə İddiaçı Elbrus oğluna qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əməl etdikdən sonra, təkrar ərazi aidiyyətı üzrə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.3, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Hacızadə İddiaçı Elbrus oğlunun Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. 13 fevral 2025-ci il tarixli ********** saylı qəbzlə ödənilmiş 39 manat məbləğində dövlət rüsumu Hacızadə İddiaçı Elbrus oğluna qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əməl etdikdən sonra, təkrar ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №e-2(039)-946/2025
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-946/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver