Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Yevlax Rayou İş № e-2(039)-988/2020 07.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlu, Kreditor MMC-nin Borclu qarşı borcun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinə baxaraq, müəyyən e t d i: Kreditor MMC qeyd olunan ərizəni təqdim edərək Borclu 912 manat məbləğində əsas borcun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Borclu kredit müqaviləsinə əsasən Kreditor MMCdən dəyəri 971 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən onra kreditora 912 manat borcu qalmaqdadır. Borcluya dəfələrlə müraciət edilməsinə baxmayaraq onlar müqavilələrdən irəli gələn öhdəliklərini icra etməmişlər. Ərizəyə əlavə edilmiş sənədlərlə təsdiq olunur ki, kreditor üzərinə düşən öhdəliyi icra etmiş, borclular isə öhdəliyi lazımınca icra etməmiş və bunun nəticəsində 912 manat məbləğində əsas borc yaranmışdır. Ərizəçi tərəfindən və 20 manat dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 275.1. Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Maddə 275.2. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Maddə 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Maddə 278. Məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Beləliklə, nisyə alqı-satqı müqavilələri üzrə yaranmış borc, habelə ödənilmiş 20 manat məbləğində pul vəsaiti Borclu kreditorun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275-282-ci maddələrini rəhbər tutaraq, hakim ƏMR EDİR: Borclu, xx.xx.1977-cı ildə Yevlax rayonu, Aşağı Qarxun kəndində doğulmuş və Yevlax rayonu, Aşağı Qarxun kəndində qeydiyyatda olan və yaşayan Borclu 912 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 932 (doqquz yüz otuz iki) manat Kreditor MMC-nin xeyrinə tutulsun. Borclu, məhkəmə əmrini aldıqdan 10 (on) gün müddətində, verilmiş tələbə və ya onun hissəsinə qarşı, əmri vermiş Məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilərlər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-988/2020
Yevlax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(039)-988/2020
07.05.2020 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver