Məhkəmə qərarları › İş №e-2(040)-1056/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1056/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1056/2025 05.11.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair iş üzrə iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1) **********0546 saylı kredit müqaviləsi üzrə 923,92 AZN (doqquz yüz iyirmi üç manat-92 qəpik) əsas borc və 18,68 AZN (on səkkiz manat-68 qəpik) faiz borcu olmaqla həmin müqavilə üzrə cəmi 942,60 AZN (doqquz yüz qırx iki manat-60 qəpik) kredit borcu, 2) **********0559 saylı kredit müqaviləsi üzrə 1620,43 AZN (bir min altı yüz iyirmi manat-43 qəpik) əsas borc və 47,28 AZN (qırx yeddi manat-28 qəpik) faiz borcu olmaqla həmin müqavilə üzrə cəmi 1667,71 AZN (min altı yüz altmış yeddi manat-71 qəpik) kredit borcu, həmçinin ödənilmiş 46,11 AZN (qırx altı manat-11 qəpik) dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli **********0546 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 934,65 AZN (doqquz yüz otuz dörd manat-65 qəpik); həmçinin eyni tarixli **********0559 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsi ilə bu müqavilə imzalanan tarixə 1620,43 AZN (min altı yüz iyirmi manat-43 qəpik); qalıq məbləği illik 1 faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0546 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 80 qəpik, dörd il müddətində isə hər ay 19,88 AZN (on doqquz manat-88 qəpik) olmaqla və **********0559 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 1,40 AZN (bir mnaat-40 qəpik), dörd il müddətində isə hər ay 34,46 AZN (otuz dörd manat-46 qəpik) bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli **********0546-995919 saylı və **********0559-995919 saylı zaminlik müqavilələri ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqavilələrinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, kredit alan müqaviləni imzalamaqla kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqaviləni imzalanan tarixə bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki Müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, kredit verən bu müqaviləni imzalamaqla kredit alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və borc alanın bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 10 iyun 2025-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 **********0546 saylı kredit müqaviləsi üzrə borcun məbləği 923,92 AZN (doqquz yüz iyirmi üç manat-92 qəpik) əsas, faiz borcu üzrə 18,68 AZN (on səkkiz manat- 68 qəpik), cərimə borcuna görə 0 AZN (sıfır manat) olmaqla, cəmi 942,60 AZN (doqquz yüz qırx iki manat-60 qəpik) təşkil edir. Həmçinin, **********0559 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1620,43 AZN (bir min altı yüz iyirmi manat-43 qəpik) əsas, faiz borcu üzrə 47,28 AZN (qırx yeddi manat-28 qəpik), cərimə borcuna görə 0 AZN (sıfır manat) olmaqla, cəmi 1667,71 AZN (min altı yüz altmış yeddi manat-71 qəpik) təşkil edir. Kredit müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Cavabdeh1 06 avqust 2025-ci il tarixli etiraz ərizəsini məhkəmənin dəftərxanasına təqdim edərək Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatının ona qarşı “iddiasını qəbul etmədiyini, həmçinin zamini restruktruzasiya olunan vaxtda çıxarıldığını bildirmiş, bunun araşdırılmasını və işə onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli e-2(040)-1056/2025 saylı qərardadı ilə iddiaçı “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi barədə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı “Finca- Azerbaijan” X1-bank Kredit Təşkilatının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, cəmi 2610,31 AZN (iki min altı yüz on manat-31 qəpik) kredit borcunu imkanı olduqca hissə-hissə ödəyəcəkdir (Bu barədə qısa məzmunlu ərizəsini də məhkəməyə təqdim etmişdir). Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul edərək Cavabdeh1 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan: “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatı ilə borclu Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli **********0559 saylı güzəştli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən Kredit verən Kredit alana 60 ay müddətinə, illik 01 faiz dərəcəsi ilə 1620,43 AZN (bir min altı yüz iyirmi manat-43 qəpik) məbləğində güzəştli kredit verilməsini öhdəsinə götürür; Kredit alan isə ona verilmiş krediti, həmçinin kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyi tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. İş materiallarında olan: “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli **********0559-995919 saylı zaminlik müqaviləsindən görünür ki, zamin (Cavabdeh2) 02 oktyabr 2019-cu il tarixli **********0559 saylı kredit müqaviləsinə əsasən, həmin müqavilə üzrə kredit alan olan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan: “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatı ilə borclu Cavabdeh1 arasında bağlanmış 02 oktaybr 2019-cu il tarixli **********0546 saylı güzəştli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən Kredit verən Kredit alana 60 ay müddətinə, illik 01 faiz dərəcəsi ilə 934,65 AZN (doqquz yüz otuz dörd manat-65 qəpik) məbləğində güzəştli kredit verilməsini öhdəsinə götürür; Kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyi tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. İş materiallarında olan: “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli **********0546-995919 saylı zaminlik müqaviləsindən görünür ki, zamin (Cavabdeh2) 02 oktyabr 2019-cu il tarixli **********0546 saylı kredit müqaviləsinə əsasən, həmin müqavilə üzrə kredit alan olan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan: “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatı tərəfindən tərtib olunmuş 10 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 “Finca- Azerbaijan” X1-bank Kredit Təşkilatına 02 oktyabr 2019-cu il tarixli **********0546 saylı kredit müqaviləsinə əsasən, 923,92 AZN əsas, 18,68 AZN faiz, cəmi 942,60 AZN kredit borcu vardır. İş materiallarında olan: “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatı tərəfindən tərtib olunmuş 10 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 “Finca- Azerbaijan” X1-bank Kredit Təşkilatına 02 oktyabr 2019-cu il tarixli **********0559 saylı kredit müqaviləsinə əsasən, 1620,43 AZN əsas, 47,28 AZN faiz, cəmi 1667,71 AZN kredit borcu vardır. İş materiallarında olan: “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatı tərəfindən borcalana göndərilmiş 11 iyun 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 02 oktyabr 2019-cu il tarixli **********0559 saylı müqavilə üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində tədbir görüləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan: “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatı tərəfindən borcalana göndərilmiş 11 iyun 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 02 oktyabr 2019-cu il tarixli **********0546 saylı müqavilə üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində tədbir görüləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan: 11 iyul 2025-ci il tarixli “ASAN ödəniş” sistemindən çıxarışdan görünür ki, Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 46,11 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə, borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -331.3-cü maddəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir; -106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir; “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslıdır. Belə ki, Cavabdeh1 kredit müqavilələri əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqavilələri əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə iddia tələbinin digər cavabdeh (zamin) Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki işin hallarından göründüyü kimi, iş üzrə zamin də Bank qarşısında Borcalanın “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən, onların da kreditor qarşısında mülki məsuliyyəti yaranır. Bundan başqa, hər iki cavabdeh məhkəmə iclasında iddianı qəbul etmişlər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 46,11 AZN (qırx altı manat-11 qəpik) dövlət rüsumunun pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatının xeyrinə: 1) **********0546 saylı kredit müqaviləsi üzrə 923,92 AZN (doqquz yüz iyirmi üç manat-92 qəpik) əsas borc və 18,68 AZN (on səkkiz manat-68 qəpik) faiz borcu olmaqla, həmin müqavilə üzrə cəmi 942,60 AZN (doqquz yüz qırx iki manat-60 qəpik) kredit borcu, 2) **********0559 saylı kredit müqaviləsi üzrə 1620,43 AZN (bir min altı yüz iyirmi manat-43 qəpik) əsas borc və 47,28 AZN (qırx yeddi manat-28 qəpik) faiz borcu olmaqla, həmin müqavilə üzrə cəmi 1667,71 AZN (min altı yüz altmış yeddi manat-71 qəpik) kredit borcu, iki müqavilə üzrə cəmi 2610,31 AZN (iki min altı yüz on manat-31 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 46,11 AZN (qırx altı manat-11 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 2656,31 AZN (iki minaltı yüz əlli altı manat-31 qəpik) məbləğdə pul vəsaiti tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı “Finca-Azerbaijan” X1-bank Kredit Təşkilatının xeyrinə: 1) **********0546 saylı kredit müqaviləsi üzrə 923,92 AZN (doqquz yüz iyirmi üç manat-92 qəpik) əsas borc və 18,68 AZN (on səkkiz manat-68 qəpik) faiz borcu olmaqla, həmin müqavilə üzrə cəmi 942,60 AZN (doqquz yüz qırx iki manat-60 qəpik) kredit borcu, 2) **********0559 saylı kredit müqaviləsi üzrə 1620,43 AZN (bir min altı yüz iyirmi manat-43 qəpik) əsas borc və 47,28 AZN (qırx yeddi manat-28 qəpik) faiz borcu olmaqla, həmin müqavilə üzrə cəmi 1667,71 AZN (min altı yüz altmış yeddi manat-71 qəpik) kredit borcu, iki müqavilə üzrə cəmi 2610,31 AZN (iki min altı yüz on manat-31 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 46,11 AZN (qırx altı manat-11 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 2656,31 AZN (iki minaltı yüz əlli altı manat-31 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar