Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1079/2025 28.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “10000 manat borcun, vəkil xərcinin və dövlət rüsumunun əvəzinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi (vəkil) Vəkil vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10000 (on min) manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumunun, eyni zamanda vəkil xidməti olaraq ödənilmiş 325 (üç yüz iyirmi beş) manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xeyli müddətdir ki, tanışdırlar. İddiaçı cavabdehin heyvan ticarəti ilə məşğul olduğunu bilmiş və ondan bu ticarətdə qazancının olub-olmamasını soruşmuşdur. Cavadeh ona yaxşı qazancın olmasının bildirəndə iddiaçı ona şərikli iş görməyi təklif etmiş və tərəflər bununla bağlı razılığa gəlmişlər. İddiaçı razılaşma əldə edilən ticarətin görülməsi ilə bağlı cavabdehə 10000 (on min) manat pul vermişdir. İlk üç-dörd ay işdən gəlir olsa da, sonradan cavabdeh iddiaçıya gəlirdən pul verməmişdir. İddiaçı cavabdehdən bunun səbəbini soruşduqda işlərin zəifləməsini bildirmişdir. İddiaçı cavabdehdən pulunu istədikdə Cavabdeh pulu verəcəyini bildirsə də, bunu verməmişdir. Bundan sonra İddiaçı cavabdehlə bağlı Pirallahı Rayon Polis İdarəsinə şikayət etmiş və araşdırma zamanı izahatı alınmış Vüsal iddiaçının dediklərini təsdiq edərək əlavə olaraq bildirmişdir ki, banka borcunun olduğu üçün əlindəki bütün heyvanları sataraq banka olan borcunu bağlamışdır. Rövşənə olan borcunu da qaytaracağını bildirsə də, qaytarmamışdır. Pirallahı Rayon Polis İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X1 HK-1/209 saylı material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 22 iyun 2025-ci il tarixli qərarı ilə İddiaçı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edilir. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil məhkəmə baxışı iclasına gəlməmişlər. İddiaçının Nümayəndəsi (vəkil) Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək işə iddiaçının və onun iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, cəmi 10000 (on min) manat pulu, əlavə olaraq 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun və 325 (üç yüz iyirmi beş) manat vəkil xərcinin əvəzi olaraq cəmi 445 (dörd yüz qırx beş) manat xərci hissə-hissə ödəyəcəkdir (Bu barədə qısa məzmunlu ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Pirallahı Rayon Polis İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X1 icraatında olan HK-1/209 nömrəli material üzrə qəbul etdiyi 22 iyun 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan Şirinov X2 Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, qoyun-quzu ticarəti etmələri üçün Vüsal adlı şəxsə 10000 (on min) manat pul verməsini, Vüsalın pulu ondan adıqdan sonra vədinə əməl etməyərək onu aldatmasını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında bildirmişdir ki, Vüsal adlı tanışının qoyun-quzu ticarəti ilə məşğul olmasını, Vüsaldan heyvan ticarətində qazancın neçə olmasını soruşmuş, o, qazancın yaxşı olmasını bildirmiş, istəsə birlikdə iş görə biləcəyini demişdir. Həmin ticarətlə məşğul olaraq üçün 10000 (on min) manat pul düzəltmiş, həmin pulu Vüsala verərək rayondan özü üçün heyvan alanda ona da almasını demişdir. Vüsal pulu götürüb rayondan heyvan alarag Bakı şəhərinə gətirib satmış, qazancdan ona pay vermişdir. üç-dörd ay Vüsal onun pul və ət payını vermiş, hissə-hissə olmaqla 1000-1200 (min-min iki yüz) manat pul vermişdir. Sonradan Vüsal pul verməməyə başlamış, səbəbi isə işlərin zəifləməsini demişdir. Vüsaldan pulu geri istəməyə başlamış, lakin Vüsal pulu vereceyini desə də verməmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh Qabil oğlu izahatında bildirmişdir ki, ferdi olaraq qoyun-quzu ticarəti ilə məşğul olmuş, tanışı Rövşən də həmin ticarət ilə məşğul olmaq üçün ona 10000 (on min) manat vermiş, həmin pulu da ticarətə qoymuş, qazancdan Rövşənin payına düşəni ona vermişdir. Banka borclu olduğundan bütün pulunu banka verib borcu bağlamış, buna görə ticarəti davam etdirə bilməmiş, Vüsala (əslində Rövşənə) olan 10000 (on min) manat borcunu Vüsala (əslində Rövşənə) qaytaracağını bildirmişdir. Beləliklə, İddiaçı Pirallahı Rayon Polis İdarəsinə etdiyi müraciətindən görünür ki, tərəflər arasında mülki mübahisə yaranmışdır. Qərarın nəticə hissəsində: qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan: Bakı şəhəri, Pirallahı Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 23 iyun 2025-ci il tarixli 3-13-56/2-3975/25 saylı məktubun surətindən görünür ki, İddiaçı onun Pirallahı Rayon Polis İdarəsinə etmiş olduğu müraciət üzrə qəbul edilmiş 22 iyun 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan qanunla müəyyən edilmiş qaydada yuxarı prokurora və məhkəməyə müraciət edə, habelə mülki hüquqlarının müdafiəsi üçün məhkəmədə iddia qaldıra biləcəyi bildirilmişdir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçıya 10000 (on min) manat borclu olduğu təsdiqini tapmışdır, belə ki, cavabdeh iddiaçıya 10000 (on min) manat borclu olduğunu etiraf etmişdir. Belə olan halda Cavabdeh 10000 (on min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumunun və 325 (üç yüz iyirmi beş) manat vəkil xərcinin pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Cavabdeh İddiaçı xeyrinə 10000 (on min) manat əsas borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumunun və 325 (üç yüz iyirmi beş) manat vəkil xərcinin pul əvəzi, cəmi 10445 (on min dörd yüz qırx beş) manat məbləğdə pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 10000 (on min) manat əsas borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumunun və 325 (üç yüz iyirmi beş) manat vəkil xərcinin pul əvəzi, cəmi 10445 (on min dörd yüz qırx beş) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1079/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1079/2025
28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver