Məhkəmə qərarları › İş №e-2(040)-1080/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1080/2024

20.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1080/2024 20.11.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə 24 may 2011-ci il təvəllüdlü X3 və 04 yanvar 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər uşağa hər ay 300 (üç yüz) manat olmaqla cəmi 600 (altı yüz) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahlarını 31 may 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 24 may 2011-ci il təvəllüdlü X3 və 04 yanvar 2014-cü il təvəllüdlü X4 adlı iki övladları doğulmuşdur. Hazırda övladları Taleh və Cəsur onunla birgə valideyinlərinə məxsus evdə yaşayırlar. Kəlbəcər Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə onun tərəfindən verilmiş iddianın qismən təmin edilməsi, nikahın pozulması, uşaqların onun yanında saxlanılması və Cavabdeh 04 may 2023-cü il tarixdən hesablanmaqla hər ay hər uşağa 150 manat olmaqla cəmi 300 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. Lakin həmin tarixdən indiyə kimi cavabdeh 300 manat alimentdən başqa ona heç bir maddi köməklik göstərməmişdir, uşaqlar isə günü-gündən böyüyür və təbii ki, ehtiyacları və saxlama xərcləri də artır. Hazırki şəraitdə 300 manat pulla uşaqlara nəinki bir ay, hətta 10 gün də baxmaq mümkün deyil. Hazırda maddi cəhətdən imkanı çox aşağıdır, başqa yerdən gəliri və ya qazancı yoxdur və hazırda valideyninin himayəsində yaşayır. Lakin cavabdehin maddi cəhətdən imkanı yaxşı olmasına baxmayaraq alimentdən əlavə uşağın saxlanılması üçün hər hansı bir köməklik etmir. Ona görə də hazırda alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçının hal-hazırda aldığı aliment çox azdır; uşaqlar böyüdükcə maddi ehtiyacları artır, uşağın ehtiyacları artdığından maddi vəziyyətinə görə onun tələbatlarını ödəməkdə çətinlik çəkir; maddi imkanı aşağıdır. Bu səbəbdən alimentin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, hər ay hər uşağa görə 300 manat aliment ödəməyə cavabdehin imkanı çatır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı çatmır. Maddi vəziyyəti aşağıdır. O, “Bazar Store” mağazalar şəbəkəsində işləyir və aylıq 427 manat əmək haqqı alır. Əslində iki uşağın saxlanması üçün gəlirinin üçdə bir hissəsinin tutulmasını istəyir. Alimentin artırılmasına razı deyildir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsini xahiş edir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 31 may 2011-ci il tarixdə verilmiş AZ-İİ № 595253 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 24 may 2011-ci il tarixdə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası-Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat şöbəsi tərəfindən 17 yanvar 2014cü il tarixdə verilmiş AZ-İİİ № 243733 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 04 yanvar 2014-cü il tarixdə Göygöl rayonunda doğulmuş, şəhadətnamədə atası-Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 oktyabr 2023-cü il tarixli 2(040)-654/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 31 may 2011-ci il tarixdə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 125 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 24 may 2011-ci ildə doğulmuş X3 və 04 yanvar 2014-cü ildə doğulmuş X1 anaları (iddiaçı) İddiaçı yanında saxlanılması, 04 may 2023-cü il tarixdən hesablanmaqla, 24 may 2011-ci ildə doğulmuş X3 və 04 yanvar 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər uşağa görə 150 (yüz əlli) manat, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aylıq alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan: Samux 1 saylı Mediasiya Təşkilatının mediatoru X5 tərəfindən verilmiş 11 sentyabr 2024-cü il tarixli MŞS/1//2024-00352 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, 24 may 2011-ci ildə doğulmuş X3 və 04 yanvar 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə ödənilən 150 (yüz əlli) manat sabit pul məbləğində tutulan aylıq aliment hazırki halda uşağın maddi təminatının səviyyəsinin normal saxlanmasına yetərli deyildir. Ona görə də uşaqların mənafeyi nəzərə alınaraq alimentin məbləği artırılmalıdır. Məhkəmə eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də qanunvericilikdə nəzərdə tutulmuş vəzifələridir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 24 may 2011-ci ildə doğulmuş X3 və 04 yanvar 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kəlbəcər Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(040)-654/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə aylıq 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq aylıq alimentin məbləği hər uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə- 170 (yüz yetmiş) manatdan artıq olan 130 (yüz otuz) manat tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. 24 may 2011-ci ildə doğulmuş X2 və 04 yanvar 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(040)- 654/2024 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan alimentin miqdarı artırılsın. 24 may 2011-ci ildə doğulmuş X2 və 04 yanvar 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla iki uşağa görə aylıq cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aylıq aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Hazırki qətnamə əsasında alimentin tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar