Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1301/2025 02.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə İbrahimova Göhər Qara qızı arasında bağlanmış 18 noyabr 2022-ci il tarixli 359680-CNS-40556 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi”nə əsasən 25 avqust 2025-ci il tarixinə Banka borclu olduğu 588,89 AZN (beş yüz səksən səkkiz manat-89 qəpik) məbləğində əsas borc, 193,52 AZN (yüz doxsan üç manat-52 qəpik) faiz borcu, 677,90 AZN (altı yüz yetmiş yeddi manat-90 qəpik) cərimə borcu olmaqla, cəmi 1460,31 AZN (min dörd yüz altmış manat-31 qəpik) pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 34,60 AZN (otuz dörd manat-60 qəpik) dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə İbrahimova Göhər Qara qızı arasında bağlanmış 18 noyabr 2022-ci il tarixli 359680-CNS-40556 saylı kredit müqaviləsinə əsasən, 958 AZN (doqquz yüz əlli səkkiz manat) kredit məbləği illik 26 faiz olmaqla 36 ay müddətinə qaytarılmaq şərtilə İbrahimova Göhər Qara qızına verilmişdir. Lakin borclu şəxs İbrahimova Göhər Qara qızı üzərinə götürdüyü kredit öhdəliyini 20 may 2025-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 1460,31 AZN (min dörd yüz altmış manat-31 qəpik) məbləğində borcu yaranmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İbrahimova Göhər Qara qızı 20 noyabr 2023-cü il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinin 07 may 2025ci il tarixli 3-16-5/2-27024/2025 saylı məktubundan görünür ki, İbrahimova Göhər Qara qızının adına 24 noyabr 2023-cü il tarixdə 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin notariat ofisində vərəsəlik işi açılmışdır. 22 aprel 2024-cü il tarixdə adı çəkilən notariat ofisində Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Odur ki, kredit borcunun tələb edilməsi ilə bağlı vərəsə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbələri barədə məlumat veməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi 28 oktyabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, 588,89 AZN (beş yüz səksən səkkiz manat- 89 qəpik) məbləğində əsas və 193,52 AZN (yüz doxsan üç manat-52 qəpik) məbləğində faiz borcunu ödəməyə razıdır, lakin cərimə borcunu ödəməyə imkanı yoxdur; əsas borcla faiz borcunu işlədikcə hissə-hissə ödəyəcəkdir, cərimə borcundan azad edilməsini xahiş edir (bu barədə yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: cavabdehin 359680-CNS-40556 saylı “Nağd pul kreditinin şərtlərinə dair” 18 noyabr 2022-ci il tarixli ərizəsi əsasında bağlanılmış “Kredit müqaviləsi”ndən görünür ki, İddiaçı ASC ilə İbrahimova Göhər Qara qızı arasında kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı (Bank) tərəfindən cavabdehə (Borc alana) illik 26 faiz ödəmək şərt ilə 36 ay müddətinə 958 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan: İddiaçı ASC tərəfindən verilmiş 25 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18 noyabr 2022-ci il tarixli 359680-CNS-40556 saylı kredit müqaviləsi üzrə 588,89 manat əsas, 193,52 manat faiz, 677,90 manat cərimə olmaqla, cəmi 1460,31 manat borcu yaranmışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 25 avqust 2025-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 iş günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən VTB bankın pərakəndə biznesin problemli aktivləri ilə iş idarəsinə ünvanlanmış 07 may 2025-ci il tarixli 3-16-5/2-27024/2025 saylı məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən, İbrahimova Göhər Qara qızının adına 24 noyabr 2023-cü il tarixdə 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin notariat ofisində vərəsəlik işi açılmış, 22 aprel 2024-cü il tarixdə adıçəkilən notariat ofisində Cavabdeh (qanun üzrə vərəsə) vərəsəlik hüququ haqqında şəhadətnamə verimişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 19 mart 2025-ci il tarixli 3-16-5/2-15251/2025 saylı məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən, İbrahimova Göhər Qara qızının adına 24 noyabr 2023-cü il tarixdə 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin notariat ofisində vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) -739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.avə ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludanvəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir; “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir; faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qanuni və əsaslıdır. Belə ki, mərhum borcalan İbrahimova Göhər Qara qızı kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin borcalan öldüyündən, mərhum borcalanın kreditor qarşısındakı öhdəlikləri Cavabdeh keçmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla belə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, 359680-CNS-40556 saylı “Nağd pul kreditinin şərtlərinə dair” 18 noyabr 2022-ci il tarixli ərizəsi əsasında bağlanılmış “Kredit müqaviləsi” üzrə hesablanmış 677,90 AZN (altı yüz yetmiş yeddi manat-90 qəpik) dəbbə pulu azaldılaraq 29,44 AZN (iyirmi doqquz manat-44 qəpik) müəyyən edilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 AZN (otuz manat) hissəsinin pul əvəzi də Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 588,89 AZN (beş yüz səksən səkkiz manat-89 qəpik) əsas borc, 193,52 AZN (yüz doxsan üç manat-52 qəpik) faiz borcu və 29,44 AZN (iyirmi doqquz manat-44 qəpik) cərimə borcu olmaqla, cəmi 811,85 AZN (səkkiz yüz on bir manat-85 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 AZN (otuz manat) hissəsinin pul əvəzi, ümumilikdə 841,85 AZN (səkkiz yüz qırx bir manat-85 qəpik) məbləğdə pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia qalan hissədə-648,46 AZN cərimə borcunun tələbinə dair hissədə Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən (yəni cərimə borcu əsas borca mütənasib olaraq məhkəmə tərəfindən azaldığından) həmin hissədə, həmçinin 4,60 AZN (dörd manat-60 qəpik) dövlət rüsumunun tələbinə dair hissədə əsassız olduğundan, həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 588,89 AZN (beş yüz səksən səkkiz manat-89 qəpik) əsas borc, 193,52 AZN (yüz doxsan üç manat-52 qəpik) faiz borcu və 29,44 AZN (iyirmi doqquz manat-44 qəpik) cərimə borcu olmaqla, cəmi 811,85 AZN (səkkiz yüz on bir manat-85 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 AZN (otuz manat) hissəsinin pul əvəzi, ümumilikdə 841,85 AZN (səkkiz yüz qırx bir manat-85 qəpik) məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1301/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1301/2025
02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver