Məhkəmə qərarları › İş №e-2(040)-1355/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №e-2(040)-1355/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(040)-1355/2025 05.11.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlu, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “X1” ASC-nin xeyrinə 3964,50 AZN (üç min doqquz altmış dörd manat- 50 qəpik) əsas borc, 547,20 AZN (beş yüz qırx yeddi manat-20 qəpik) faiz borcu, 51,17 AZN (əlli bir manat-17 qəpik) cərimə borcu olmaqla, cəmi 4562,87 AZN (dörd min beş yüz altmış iki manat-87 qəpik) məbləğində kredit borcunun, 40 qəpik xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 65,63 AZN (altmış beş manat-63 qəpik) məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə 16 oktyabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, Cavabdeh 1310nklNSHb/24 saylı müqaviləsi üzrə bankla razılaşma əldə etdiyi üçün işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamış və cavabdeh işin baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınmalı, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” kiçik iddialara dair işlər üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmadan iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 65,63 AZN (altmış beş manat-63 qəpik) dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” kiçik iddialara dair işlər üzrə ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 65,63 AZN (altmış beş manat-63 qəpik) dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar