Məhkəmə qərarları › İş №e-2(040)-1357/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1357/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1357/2025 21.01.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “X1” ASC-nin xeyrinə 589,01 AZN (beş yüz səksən doqquz manat-01 qəpik) əsas borc, 33,12 AZN (otuz üç manat-12 qəpik) faiz borcu olmaqla, cəmi 622,13 AZN (altı yüz iyirmi iki manat-13 qəpik) məbləğində kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN (otuz manat) məbləğində vəsaitin və 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC-nin 29 dekabr 2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün 09 fevral 2022-ci il tarixində 35 ay müddətinə illik 27,6 faiz ödəmək şərtilə 600 AZN (altı yüz manat) məbləğində kredit xətti açılmışdır. Cavabdeh 24 dekabr 2021-ci il tarixində ərizə-anket imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 29 dekabr 2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Ümumi oferta müqaviləsinin 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin buşərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsiüzrə 16 sentyabr 2025 tarixinə "xxxx" KB ASC-yə 589,01 AZN (beş yüz səksən doqquz manat-01 qəpik) əsas, 33,12 AZN (otuz üç manat-12 qəpik) faiz, 0 AZN (sıfır manat) cərimə, 0 AZN (sıfır manat) komisyon haqqı borcu olmaqla, cəmi 622,13 AZN (altı yüz iyirmi iki manat-13 qəpik) borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, Cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Cavabdeh 28 sentyabr 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya siteminə “Qarşılıqlı iddia ərizəsi” başlıqlı ərizə yükləmişdir. Həmin ərizə mahiyyətcə qarşılıqlı iddia deyil, iddiaya qarşı yazılı etiraz olduğundan, qarşılıqlı iddia olaraq icraata qəbul edilməmişdir. Cavabdeh 28 sentyabr 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sitemi vasitəsilə məhkəməyə göndərdiyi “qarşılıqlı iddia ərizəsi” başlıqlı ərizədə iddianın təmin edilməməsini xahiş etmişdir. “Qarşılıqlı iddia ərizəsi” başlıqlı etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş həqiqəti əks etdirməyən, əsası olmayan, kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair qeyri-qanuni iddia ərizəsinə etiraz edir. "xxxx" KB ASC-nin nümayəndəsi tərəfindən tərtib edilmiş kredit müqaviləsi üzrə mübahisələrə dair 25 iyul 2025-ci il tarixli bildiriş guya ünvan 1 ünvanında yerləşən sürətli poçt xidməti üzrə fəaliyyət göstərən “Garant Post” vasitəsi ilə LB ******* nömrəli yol qaiməsi əsasında, 25 iyul 2025-ci il tarixində Cavabdeh qeydiyyatda olduğu Kəlbəcər rayonunun Çorman kəndinə göndərilib və qeyd edilən ünvanda yaşayışın olmaması səbəbindən ona çatdırılmayıb. Çorman kəndində isə 33 ildir yaşayış yoxdur. O, xx xxxx 1992-ci il tarixində Bakı şəhərində doğulmuşdur. 31 mart 1993-cü il tarixinədək-8 ay valideynləri ilə birgə Kəlbəcər rayonunun Çorman kəndində yaşamışdır. 1993-cü ildən Bakı şəhərində yaşayır. Kəlbəcər rayonu işğaldan azad edilsə də, rayon mərkəzi istisna olmaqla, bu günə qədər kəndlərində məskunlaşma aparılmayıb. 1993-cü ildən bugünə qədər Kəlbəcər rayonunda olmamışdır. Ailəlidir, iki övladı var, Birinci Qarabağ müharibəsi zamanı ağır travma almışdır, üçüncü qrup gözdən əlildir, rəsmi iş yeri yoxdur və olmayıb. İddiaçı "xxxx" KB ASC-də özünün və yaxın qohumlarının əlaqə nömrəsinin olmasına baxmayaraq, iddiaçı tərəfindən mübahisənin həlli üçün məhkəməyəqədər nizamlama (pretenziya) qaydasında Mediasiya Təşkilatına müraciət edilməmiş, sürətli poçt xidməti üzrə fəaliyyət göstərən “Garant Post” vasitəsi ilə yalnız qeydiyyatda olduğu, 33 ildir yaşamadığı Kəlbəcər rayonunun Çorman kəndinə guya bildiriş göndərib. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2021-ci il tarixli, bank xidmətlərinin təqdim edilməsinə dair 26 oktyabr 2021-ci il tarixli ümumi oferta qaydasında ARGİD********** nömrəli kredit xətti açılmış və cavabdehə 35 ay müddətinə (29 noyabr 2024-cü il tarixinədək) illik 27,6 faizlə 600 manat dəyərində kredit kartı verilmişdir. Bank xidmətlərinin təqdim edilməsinə dair 17 səhifədən ibarət 26 oktyabr 2021-ci il tarixli ümumi oferta qaydaları bank tərəfindən vətəndaşları aldatmaq və daim təzyiq altında saxlamaq üçün bir vasitədir. Orta təhsilli bir şəxsin qeyd edilən qaydaları bankda qısa müddət ərzində oxuması və başa düşməsi nə dərəcədə inandırıcıdır? Unibank” KB ASC tərəfindən məhkəməyə təqdim edilmiş 09 fevral 2022-ci il tarixdən-11 avqust 2025-ci il tarixədək olan dövrü əhatə edən 27 səhifədən ibarət Bank çıxarışına əsasən cəmi dövriyyə: kredit 12016,30 manat; debet-12016,31 manat; qalıq: 0 manat təşkil edir və bank qarşısında heç bir öhdəliyi yoxdur. Sözügedən kredit kartı üzrə öhdəliyini 10 aprel 2025-ci il tarixinə qədər icra etmişdir. Kredit kartları və kredit müqaviləsi üzrə hesabları bank tərəfindən qeyri-aktiv edildiyindən heç bir əməliyyat apara bilmir. Kəlbəcər Rayon Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli e-2(040)-1357/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə baxışı iclasına gəlməmişlər. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, 21 yanvar 2026-cı il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir; Cavabdeh məhkəməyə ərizə göndərərək qarşılıqlı iddia ərizəsini müdafiə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan: Cavabdeh tərəfindən 24 dekabr 2021-ci il tarixdə imzalanmış ərizə və imza nümunəsindən görünür ki, Cavabdeh bu ərizə-anket və imza nümunəsini imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 26 oktyabr 2021ci il tarixli ümumi ofertası ilə, barəsində məlumatların Asan-Finans portalından və Kredit Bürosundan əldə olunamsı və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olmuş, elektron formada analoq imza ilə təsdiq etdiyini və razı olduğunu və onun bütün şərtlərini qəbul etdiyini, bütün öhdəliklərini vaxtı-vaxtında, düzgün, qeyd-şərtsiz yerinə yetirəcəyini təsdiqləmişdir. İş materiallarında olan: Cavabdeh istifadəsində olan mobil nömrəyə göndərilmiş “SMS bildiriş”dən görünür ki, Cavabdeh "xxxx" KB ASC-nin 05 sentyabr 2028-ci il tarixədək illik 28 faiz ilə 11700 manat kredit təklifini elektron qaydada qəbul etmiş, vəsait cavabdehin kart hesabına köçürülmüşdür. İş materiallarında olan: "xxxx" KB ASC tərəfindən verilmiş 16 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ARGİD********** saylı kredit müqaviləsi üzrə 589,01 AZN əsas, 33,12 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 622,13 AZN borcu yaranmışdır. İş materiallarında olan: İddiaçı tərəfindən cavabdehə göndərilmiş 25 iyul 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 iş günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Mərkəzi X2 Portalının 16 sentyabr 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 AZN dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) -331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -331.3-cü maddəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı "xxxx" KB ASC cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin yazılı etirazda qeyd etdikləri əsassızdır. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən, tərəflər arasındakı hazırki mübahisə üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb edilmir. Həmçinin, iddiaçı mülki qanunvericilikdə nəzərdə tutulmuş müqavilə tələbləri üzrə iddia müddətini (üç il) ötürməmişdir- belə ki, tərəflər arasında 09 fevral 2022-ci il tarixdə 35 (otuz beş) ay müddətinə bağlanmış hazırki kredit müqaviləsi üzrə iddia müddətinin axımı müqavilənin müdətinin başa çatdığı tarixdən- 09 yanvar 2025-ci il tarixdən başlanır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun və 40 qəpik bank xidmət xərcinin pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, cavabdehdən 09 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə 589,01 AZN (beş yüz səksən doqquz manat-01 qəpik) əsas borc və 33,12 AZN (otuz üç manat-12 qəpik) faiz borcu olmaqla, cəmi 622,13 AZN (altı yüz iyirmi iki manat-13 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun və 40 qəpik bank xərcinin pul əvəzi, ümumilikdə cəmi 652,53 AZN (altı yüz əlli iki manat-53 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh, 09 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 589,01 AZN (beş yüz səksən doqquz manat-01 qəpik) əsas borc və 33,12 AZN (otuz üç manat-12 qəpik) faiz borcu olmaqla, cəmi 622,13 AZN (altı yüz iyirmi iki manat-13 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun və 40 qəpik bank xərcinin pul əvəzi, ümumilikdə cəmi 652,53 AZN (altı yüz əlli iki manat-53 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar