Məhkəmə qərarları › İş №e-2(040)-1403/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1403/2025

15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1403/2025 15.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı- Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 2405,83 ABŞ dolları (iki min dörd yüz beş dollar-83 sent) əsas, 957,87 ABŞ dolları (doqquz yüz əlli yeddi dollar- 87 sent) faiz borcu, 2482,25 ABŞ dolları (iki min dörd yüz səksən iki dollar- 25 sent) cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 348,48 ABŞ doları (üç yüz qırx səkkiz dollar- 48 sent) olmaqla, cəmi 6194,43 ABŞ dolları (altı min yüz doxsan dörd dollar-43 sent) məbləğində kredit borcu və ödənilmiş 121,59 AZN (bir yüz iyirmi bir manat-59 qəpik) dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı 18 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 6400 ABŞ dolları (altı min dörd yüz dollar) məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə 16 iyun 2015-ci il tarixdə əlavə saziş bağlanmışdır. Müqaviləyə əsasən kreditorun borcalana (birgə borcalana) verdiyi kreditin qalıq məbləği 4124,14 ABŞ dolları (dörd min bir yüz iyirmi dörd dollar-14 sent) təşkil edir. Kreditin müddəti 16 iyun 2017-ci il tarixədək təyin olunur. Daha sonra həmin kredit müqaviləsinə 19 oktyabr 2017-ci il tarixdə 02 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4526,33 ABŞ dolları (dörd min beş yüz iyirmi altı dolları-33 sent) təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 19 oktyabr 2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) faiz ödənilir. Əlavə sazişə əsasən, Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-M-41-15683/2025 saylı 10 sentyabr 2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh1 09 sentyabr 2025-ci il tarixə kredit üzrə cəmi borcu 6194,43 ABŞ dolları (altı min yüz doxsan dörd dollar-43 sent) təşkil edir. Bundan 2405,83 ABŞ dolları (iki min dörd yüz beş dollar-83 sent) əsas, 957,87 ABŞ dolları (doqquz yüz əlli yeddi dollar- 87 sent) faiz, 2482,25 ABŞ dolları (iki min dörd yüz səksən iki dollar- 25 sent) cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 348,48 ABŞ doları (üç yüz qırx səkkiz dollar- 48 sent) faiz borcu təşkil edir Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və Cavabdeh2 məhkəmə baxışı iclasına gəlməmişlər. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi 15 dekabr 2025-ci il tarixdə məhkəməyə elektron ərizə göndərərək, məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh (zamin) Cavabdeh2 məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə gəlməyən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, 2405,83 ABŞ dolları (iki min dörd yüz beş dollar-83 sent) əsas borcu və 957,87 ABŞ dolları (doqquz yüz əlli yeddi dollar- 87 sent) faiz borcunu imkanı olduqca hissə-hissə ödəyəcək. Cərimə borcunun silinməsində ona köməklik göstərilməsini xahiş edir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 18 iyun 2014-cü il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, kreditor (iddiaçı) borcalana (cavabdehə) 24 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 6400 ABŞ dolları məbləğində kredit verir. Borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödəməyi öhdəsinə götürür. İş materiallarında olan: 19 oktyabr 2017-ci il tarixli ********* saylı zaminlik müqaviləsindən görünür ki, 18 iyun 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə (1 saylı 12 aprel 2017-ci il tarixli əlavə sazişə) əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Cavabdeh2 öz üzərinə götürmüşdür. İş materiallarında olan: 16 iyun 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əlavə sazişdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 4124,14 ABŞ dolları (dörd min yüz iyirmi dörd dollar-14 sent) təşkil edir. Kreditin müddəti 16 iyun 2017-ci il tarixinədək uzadılmışdır. İş materiallarında olan: 18 iyun 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə 19 02 nömrəli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2486,15 ABŞ dolları (iki min dörd yüz səksən altı dollar-15 sent) təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən (1 USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Restrukturizasiya edilmiş kreditin müddəti 19 oktyabr 2022-ci il tarixinədək uzadılmışdır. İş materiallarında olan: Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 10 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 18 iyun 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən 09 sentyabr 2025-ci il tarixə 2405,83 ABŞ dolları əsas, 957,87 ABŞ dolları faiz, 2482,25 ABŞ dolları cərimə, 348,48 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, cəmi 6194,43 ABŞ dolları borcu vardır. İş materiallarında olan: cavabdehə göndərilmiş 10 sentyabr 2025-ci il tarixli bildirişdən (poçt qəbzi var) görünür ki, Cavabdeh1 və Cavabdeh2 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: 09 oktyabr 2025-ci il tarixli “ASAN ödəniş” sistemindən çıxarışdan görünür ki, LPO İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 121,59 AZN dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 27 dekabr 2017-ci il tarixli 2-1(103)-3194/2017 saylı qərarından görünür ki, İddiaçı ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Dəmirbank ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): -739.1-ci maddəsinə (həmin maddənin borc münasibətlərinin yarandığı zaman qüvvədə olmuş mətninə-hakimin qeydi) əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan qanunvericilik normalarına əsasən və müqavilə şərtlərinə istinad edərək məhkəmə hesab edir ki, iddia qanuni və əsaslıdır. Belə ki, Cavabdeh1 kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddia tələbinin digər cavabdeh (zamin) Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki işin hallarından göründüyü kimi, iş üzrə zamin də Bank qarşısında Borcalanın “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən, onun da kreditor qarşısında mülki məsuliyyəti yaranır. Bununla belə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, 18 iyun 2014-cü il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə 2482,25 ABŞ dolları (iki min dörd yüz səksən iki dollar- 25 sent) dəbbə pulu azaldılaraq əsas borc məbləğinin 5 (beş) faizi həddində- 120,29 ABŞ dolları (bir yüz iyirmi dollar- 29 sent) məbləğində müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 85,15 AZN (səksən beş manat-15 qəpik) hissəsinin əvəzi olaraq 85,15 AZN (səksən beş manat-15 qəpik) məbləğdə pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə birgə qaydada tutulmalıdır. Beləliklə, hakim hesab edir ki, iddia qismən təmin edilməli cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2405,83 ABŞ dolları (iki min dörd yüz beş dollar-83 sent) əsas borc, 957,87 ABŞ dolları (doqquz yüz əlli yeddi dollar- 87 sent) müqavilə üzrə faiz borcu, 120,29 ABŞ dolları (bir yüz iyirmi dollar- 29 sent) cərimə, kredit müqaviləsinin bitmə tarixindən sonrakı müddət üçün hesablanmış 348,48 ABŞ doları (üç yüz qırx səkkiz dollar- 48 sent), cəmi 3832,47 ABŞ dolları (üç min səkkiz yüz otuz iki dollar- 47 sent) kredit borcu ödəniş gününə olan valyuta məzənnəsi üzrə Azərbaycan manatı ilə, həmçinin iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 85,15 AZN (səksən beş manat-15 qəpik) hissəsinin əvəzi olaraq 85,15 AZN (səksən beş manat-15 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hissədə- 2361,96 ABŞ dolları (iki min üç yüz altmış bir dollar-96 sent) cərimə borcunun tələbinə dair hissədə Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən (yəni cərimə borcu məhkəmə tərəfindən azaldığından), iddia həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2405,83 ABŞ dolları (iki min dörd yüz beş dollar-83 sent) əsas borc, 957,87 ABŞ dolları (doqquz yüz əlli yeddi dollar- 87 sent) müqavilə üzrə faiz borcu, 120,29 ABŞ dolları (bir yüz iyirmi dollar- 29 sent) cərimə, kredit müqaviləsinin bitmə tarixindən sonrakı müddət üçün hesablanmış 348,48 ABŞ doları (üç yüz qırx səkkiz dollar- 48 sent), cəmi 3832,47 ABŞ dolları (üç min səkkiz yüz otuz iki dollar- 47 sent) kredit borcu ödəniş gününə olan valyuta məzənnəsi üzrə Azərbaycan manatı ilə birgə qaydada tutulsun. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 85,15 AZN (səksən beş manat-15 qəpik) hissəsinin əvəzi olaraq 85,15 AZN (səksən beş manat-15 qəpik) məbləğdə pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı- Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə birgə qaydada tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar