Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1444/2025 12.01.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı “Bank olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı BOKT İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə Bank olmayan Kredit Təşkilatı İddiaçı arasında bağlanılmış 17 sentyabr 2019-cu il tarixli, 193 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə 23 oktyabr 2025-ci il tarixinə günün əvvəlinə əsas borc üzrə üzrə 4265,53 AZN (dörd min iki yüz altmış beş manat-53 qəpik), faiz borcu üzrə üzrə 230,28 AZN (iki yüz otuz manat-28 qəpik) olmaqla, ümumilikdə 4495,81 AZN (dörd min dörd yüz doxsan beş manat-81 qəpik) tam kredit borcu və ödənilmiş 64,96 AZN (altmış dörd manat-96 qəpik) dövlət rüsumu tutularaq Bank olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2013-cü il tarixli 15-13/Fİ saylı qrup kredit müqaviləsinə əsasən, təşkilat tərəfindən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 24 (iyirmi dörd) faiz ödəmək şərti ilə 5000 AZN (beş min manat) aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Bank olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında 17 sentyabr 2019-cu il tarixli 193 nömrəli Restrukturizasiya kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 17 sentyabr 2019-cu il tarixinə olan 4265,53 AZN (dörd min iki yüz altmış beş manat-53 qəpik) məbləğində mövcud kredit borcu illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə restrukturizasiya edilmişdir. Bank olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanılmılş 17 sentyabr 2019-cu il tarixli 193 nömrəli restrukturizasiya müqaviləsi üzrə ödəniş olunmamışdır. Cavabdeh ilə Bank olmayan Kredit Təşkilatı İddiaçı arasında bağlanılmış 17 sentyabr 2019-cu il tarixli 193 nömrəli restrukturizasiya müqaviləsi ilə onun üzərinə düşən öhdəliklərini kobud surətdə pozaraq aylıq kredit ödənişlərini etməmişdir. Bank olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 17 sentyabr 2019-cu il tarixli 193 nömrəli kredit (restrukturizasiya) müqaviləsinin 2.2-ci bəndinə əsasən, Restrukturizasiya muqaviləsi üzrə aylıq kredit ödənişləri “Borclu” ilə razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, “Kreditor” bu Müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini Borcludan tələb etmək hüququna malikdir. Hal hazırda Cavabdeh Bank olmayan Kredit Təşkilatı İddiaçı ilə arasında bağlanılmış 17 sentyabr 2019-cu il tarixli 193 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə 23 oktyabr 2025-ci il tarixinə günün əvvəlinə əsas borc üzrə 4265,53 AZN (dörd min iki yüz altmış beş manat-53 qəpik), faiz borcu üzrə üzrə 230,28 AZN (iki yüz otuz manat-28 qəpik) olmaqla, ümumilikdə 4495,81 AZN (dörd min dörd yüz doxsan beş manat-81 qəpik) məbləğində kredit borcu mövcuddur Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə baxışı iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 17 sentyabr 2019-cu il tarixli 193 saylı kredit (restrukturizasiya) müqaviləsindən və görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı (Bank) tərəfindən cavabdehə (Borc alana) illik 1 faiz ödəmək şərtilə 5 il (1 il güzəşt) müddətinə 4265,53 manat məbləğində güzəştli kredit verilmişdir, borcalan isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: BOKT "xxxx" MMC tərəfindən verilmiş 23 oktyabr 2025-ci il tarixli maliyyə arayışı və ödənişlər üzrə çıxarışdan görünür ki, Cavabdeh 17 sentyabr 2019-cu il tarixli 193 saylı restrukturizasiya kredit müqaviləsi üzrə borcu 4265,53 manat əsas, 230,28 manat faiz olmaqla, cəmi 4495,81 manat təşkil edir. İş materiallarında olan: 13 iyun 2025-ci il tarixli (poçt qəbzi var) xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh BOKT "xxxx" MMC-yə olan kredit borcunu 5 (beş) iş günü müddətində bağlamağı tələb olunmuşdur. Əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Mərkəzi X1 Portalının 24 oktyabr 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, BOKT "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 64,96 AZN (altmış dörd manat-96 qəpik) dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən ödənilmiş 64,96 AZN (altmış dörd manat-96 qəpik) dövlət rüsumunun pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Cavabdeh 4265,53 AZN (dörd min iki yüz altmış beş manat-53 qəpik) əsas borc və 230,28 AZN (iki yüz otuz manat-28 qəpik) faiz borcu olmaqla, cəmi 4495,81 AZN (dörd min dörd yüz doxsan beş manat-81 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 64,96 AZN (altmış dörd manat-96 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə cəmi 4560,77 AZN (dörd min beş yüz altmış manat-77 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə 17 sentyabr 2019cu il tarixli 193 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə 4265,53 AZN (dörd min iki yüz altmış beş manat-53 qəpik) əsas borc və 230,28 AZN (iki yüz otuz manat-28 qəpik) faiz borcu olmaqla, cəmi 4495,81 AZN (dörd min dörd yüz doxsan beş manat-81 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 64,96 AZN (altmış dörd manat-96 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə cəmi 4560,77 AZN (dörd min beş yüz altmış manat-77 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1444/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1444/2025
12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver