Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1451/2025 12.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı X1 Bank Kredit Təşkilatının Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı X1 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən birgə qaydada 1) **********1949 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1239,65 (bir min iki yüz otuz doqquz manat 65 qəpik) manat, faiz borcuna görə 38,43 (otuz səkkiz manat 43 qəpik) manat, cərimə borcuna görə 0 (sıfır) manat, cəmi 1278,08 (bir min iki yüz yetmiş səkkiz manat 08 qəpik) manat, 2) **********1952 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 579,11 (beş yüz yetmiş doqquz manat 11 qəpik) manat, faiz borcuna görə 17,91 (on yeddi manat 91 qəpik) manat, cərimə borcuna görə 0 (sıfır) manat, cəmi 597,02 (beş yüz doxsan yeddi manat 02 qəpik) manat məbləğində borcun və ödənilmiş 38,76 (otuz səkkiz manat 76 qəpik) manat dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 06 noyabr 2019-cu il tarixli, **********1949 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1239,65 (bir min iki yüz otuz doqquz manat altmış beş qəpik) AZN; Həmçinin eyni tarixli, **********1952 saylı Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 579,11(beş yüz yetmiş doqquz manat on bir qəpik) AZN; qalıq məbləği illik 1 faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********1949 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 1,07 AZN, dörd il müddətində isə hər ay 26,36 AZN olmaqla və **********1952 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0,50 AZN, dörd il müddətində isə hər ay 12,32 AZN bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1949-531894 saylı və **********1952–531894 saylı Zaminlik müqavilələri ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqavilələrinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, Kredit Alan Müqaviləni imzalamaqla Kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqaviləni imzalanan tarixə bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki Müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, Kredit Verən bu müqaviləni imzalamaqla Kredit Alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və Borc Alanın bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 06 oktyabr 2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 **********1949 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1239,65 AZN əsas, faiz borcu üzrə 38,43 AZN, cərimə borcuna görə 0 AZN olmaqla cəmi 1278,08 (bir min iki yüz yetmiş səkkiz manat səkkiz qəpik) AZN təşkil edir. Həmçinin, **********1952 saylı kredit müqaviləsi üzrə borcun məbləği 579,11 AZN əsas, faiz borcu üzrə 17.91 AZN, cərimə borcuna görə 0 AZN olmaqla cəmi 597,02 (beş yüz doxsan yeddi manat iki qəpik) AZN təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): -284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. -284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. -284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh1 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MM QBKT (Kreditverən) ilə Cavabdeh1 (Kreditalan) arasında 06 noyabr 2019-cu il il tarixli, **********1949 saylı güzəştli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, kredit verən kredit alana 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi olmaqla 1239,65 (bir min iki yüz otuz doqquz manat 65 qəpik) manat məbləğində kredit verir, kreditalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MM QBKT (Kreditverən) ilə Cavabdeh1 (Kreditalan) arasında 06 noyabr 2019-cu il il tarixli, **********1952 saylı güzəştli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, kredit verən kredit alana 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi olmaqla 579,11 (beş yüz yetmiş doqquz manat 11 qəpik) manat məbləğində kredit verir, kreditalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş: İddiaçı MM QBKT ilə Cavabdeh2 (zamin) arasında bağlanmış 06 noyabr 2019-cu il il tarixli, **********1949-531894 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kreditverən ilə kreditalan arasında bağlanmış 06 noyabr 2019-cu il il tarixli, **********1949 saylı kredit müqaviləsi üzrə kreditalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş: İddiaçı MM QBKT ilə Cavabdeh2 (zamin) arasında bağlanmış 06 noyabr 2019-cu il il tarixli, **********1952-531894 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kreditverən ilə kreditalan arasında bağlanmış 06 noyabr 2019-cu il il tarixli, **********1952 saylı kredit müqaviləsi üzrə kreditalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan: 06 oktyabr 2025-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 06 noyabr 2019-cu il il tarixli, **********1949 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1239,65 (bir min iki yüz otuz doqquz manat 65 qəpik) manat, faiz borcuna görə 38,43 (otuz səkkiz manat 43 qəpik) manat, cərimə borcuna görə 0 (sıfır) manat, cəmi 1278,08 (bir min iki yüz yetmiş səkkiz manat 08 qəpik) manat məbləğində borc təşkil edir. İş materiallarında olan: 06 oktyabr 2025-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 06 noyabr 2019-cu il il tarixli, **********1952 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 579,11 (beş yüz yetmiş doqquz manat 11 qəpik) manat, faiz borcuna görə 17,91 (on yeddi manat 91 qəpik) manat, cərimə borcuna görə 0 (sıfır) manat, cəmi 597,02 (beş yüz doxsan yeddi manat 02 qəpik) manat məbləğində borc təşkil edir. İş materiallarında olan: 16 sentyabr 2025-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iki müqavilə üzrə olan borcların ödənilməsi ilə bağlı rəsmi qaydada xəbərdarlıqlar edilmişdir. İş materiallarında olan: “ASAN ödəniş” sisteminin 27 oktyabr 2025-ci il tarixli **********21 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MM QBKT iddianın verilməsi üçün 38,76 (otuz səkkiz manat 76 qəpik) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan: “Elektron Məhkəmə Sistemi”ndən əldə edilmiş çıxarışdan görünür ki, digər cavabdeh (zamin) Cavabdeh2 27 noyabr 2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh1 kredit müqavilələri əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqavilələri əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı Cavabdeh1 hər iki kredit müqaviləsi üzrə yaranmış borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, hesab edirəm ki, iddia tələbinin digər cavabdeh (zamin) Cavabdeh2 qarşı olan hissəsi digər cavabdeh (zamin) Cavabdeh2 öldüyündən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 38,76 (otuz səkkiz manat 76 qəpik) manat dövlət rüsumunun Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh1 1) **********1949 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1239,65 (bir min iki yüz otuz doqquz manat 65 qəpik) manat, faiz borcuna görə 38,43 (otuz səkkiz manat 43 qəpik) manat, cəmi 1278,08 (bir min iki yüz yetmiş səkkiz manat 08 qəpik) manat, 2) **********1952 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 579,11 (beş yüz yetmiş doqquz manat 11 qəpik) manat, faiz borcuna görə 17,91 (on yeddi manat 91 qəpik) manat, cəmi 597,02 (beş yüz doxsan yeddi manat 02 qəpik) manat, iki müqavilə üzrə cəmi 1875,10 (bir min səkkiz yüz yetmiş beş manat 10 qəpik) manat borcun və ödənilmiş 38,76 (otuz səkkiz manat 76 qəpik) manat dövlət rüsumunun pul əvəzi olmaqla, ümumilikdə 1913,86 (bir min doqquz yüz on üç manat 86 qəpik) manat tutularaq İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia qismən təmin edilsin. Cavabdeh1 1) **********1949 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1239,65 (bir min iki yüz otuz doqquz manat 65 qəpik) manat, faiz borcuna görə 38,43 (otuz səkkiz manat 43 qəpik) manat, cəmi 1278,08 (bir min iki yüz yetmiş səkkiz manat 08 qəpik) manat, 2) **********1952 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 579,11 (beş yüz yetmiş doqquz manat 11 qəpik) manat, faiz borcuna görə 17,91 (on yeddi manat 91 qəpik) manat, cəmi 597,02 (beş yüz doxsan yeddi manat 02 qəpik) manat, iki müqavilə üzrə cəmi 1875,10 (bir min səkkiz yüz yetmiş beş manat 10 qəpik) manat borcun və ödənilmiş 38,76 (otuz səkkiz manat 76 qəpik) manat dövlət rüsumunun pul əvəzi olmaqla, ümumilikdə 1913,86 (bir min doqquz yüz on üç manat 86 qəpik) manat tutularaq İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1451/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1451/2025
12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver