Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1516/2025 16.01.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 11 sentyabr 2024-cü il tarixli 00141 saylı Kredit və girov müqaviləsi üzrə 13817,53 AZN (on üç min səkkiz yüz on yeddi manat-53 qəpik) əsas borc və 4805,41 AZN (dörd min səkkiz yüz beş manat- 41 qəpik) faiz borcu olmaqla, cəmi 18622,94 AZN (on səkkiz min altı yüz iyirmi iki manat-94 qəpik) məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanılmış 11 sentyabr 2024-cü il tarixli 00141 saylı Kredit və girov müqaviləsinə və həmin müqaviləyə əlavə olan 1 saylı ödəniş qrafikinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətində, aylıq faiz dərəcəsi 4,17 faiz olmaqla, 11 sentyabr 2024-cü il tarixli ödəniş qrafiki üzrə hissə-hissə qaytarmaq şərti ilə 14820 AZN (on dörd min səkkiz yüz iyirmi manat) məbləğində istehlak krediti verilmişdir. Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımı şəkildə icra etməmiş və kredit borcunun vaxtında icrasını gecikdirmişdir. Beləliklə,Cavabdeh həmin müqavilə üzrə 22 oktyabr 2025-ci il tarixinə kredit borcu-13817,53 AZN (on üç min səkkiz yüz on yeddi manat-53 qəpik) əsas borc və 4805,41 AZN (dörd min səkkiz yüz beş manat- 41 qəpik) faiz borcu təşkil edir. Müqavilə üzrə gecikmə günlərinin sayı 251 gündür. 11 sentyabr 2024-cü il tarixli 00141 saylı Kredit və girov müqaviləsinin 6.2.2-ci bəndinin b) yarımbəndinə görə, borclan bu müqaviləyə əsasən öhdəliyini vaxtında və ya lazımı şəkildə icra etmədikdə, borcverən verilmiş krediti və ona hesablanmış faiz məbləğini tam olaraq kredit müqaviləsinin müddəti bitmədən borcalandan vaxtından əvvəl tələb edə bilər. Bundan başqa, bildirir ki, müqavilənin 2.7-ci bəndinə əsasən, əgər borclu qrafik üzrə qeyd edilmiş tarixdə ödənişi icra etməzsə, gecikdirilmiş hər günə aylıq ödəniş məbləğinin 1 faizi məbləğində dəbbə pulu ödəməlidir. 23 oktyabr 2025-ci il tarixində müqavilə üzrə 22 oktyabr 2025-ci il tarixinə 13817,53 AZN (on üç min səkkiz yüz on yeddi manat-53 qəpik) əsas borc və 4805,41 AZN (dörd min səkkiz yüz beş manat- 41 qəpik) faiz borcu olmaqla kredit borcunu 5 (beş) gün müddətində ödənilməsi üçün Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş və borc ödənilmədiyi təqdirdə, müqavilə üzrə əsas kredit borcu, faiz borcu və dəbbə pulunun cavabdehdən tutularaq ödənilməsi üçün tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmin məktub cavabdeh tərəfindən əldə edilmişdir. Göründüyü kimi, cavabdeh öz üzərinə götürüldüyü öhdəliyi icra etməmişdir. İşin hallarından və qanunveciliyin qeyd edilən normalarından göründüyü kimi, Cavabdeh həmin müqavilə üzrə 22 oktyabr 2025-ci il tarixinə 13817,53 AZN (on üç min səkkiz yüz on yeddi manat-53 qəpik) əsas borc və 4805,41 AZN (dörd min səkkiz yüz beş manat- 41 qəpik) faiz borcu olmaqla, cəmi 18622,94 AZN (on səkkiz min altı yüz iyirmi iki manat-94 qəpik) məbləğində kredit borcunu geri qaytarmamışdır. Əlavə olaraq bildirir ki, məcburi köçkün olduğu üçün dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməslərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı iştirak etdiyi 18 dekabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddiasını müdafiə etdiyini bildirmişdir. Cavabdeh iştirak etdiyi 18 dekabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, cəmi 18622,94 AZN (on səkkiz min altı yüz iyirmi iki manat-94 qəpik) pulu hissə-hissə ödəyəcəkdir (bu barədə qısa məzmunlu ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: 11 sentyabr 2024-cü il tarixli 00141 saylı kredit borcu və girov müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, borcverən (iddiaçı) borcalana (cavabdehə) 36 ay müddətinə aylıq 4,17 faiz dərəcəsi ilə 14820 AZN (on dörd min səkkiz yüz iyirmi manat) məbləğində kredit vermişdir. Borcalan isə istifadə etdiyi kredit məbləğini bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan: 11 sentyabr 2024-cü il tarixli “Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim Aktı”ndan görünür ki, 1 ədəd çəkisi 13,70 qram olan 585 əyarlı komplektin likvid qiyməti 287,70 manat, 1 ədəd çəkisi 37,60 qram olan 585 əyarlı qarniturun likvid qiyməti 789,60 manat, 1 ədəd çəkisi 9,90 qram olan 583 əyarlı qolbağın likvid qiyməti 198 manat təşkil edir. Həmin qiymətlilər Cavabdeh (müştəri) tərəfindən X1 (nümayəndə) təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh kredit və girov müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit və girov müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit və girov müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh iddianı qəbul etmişdir. Beləliklə, Cavabdeh İddiaçı xeyrinə 13817,53 AZN (on üç min səkkiz yüz on yeddi manat-53 qəpik) əsas borc, 4805,41 AZN (dörd min səkkiz yüz beş manat- 41 qəpik) faiz borcu olmaqla, cəmi 18622,94 AZN (on səkkiz min altı yüz iyirmi iki manat-94 qəpik) məbləğdə pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 13817,53 AZN (on üç min səkkiz yüz on yeddi manat-53 qəpik) əsas borc, 4805,41 AZN (dörd min səkkiz yüz beş manat- 41 qəpik) faiz borcu olmaqla, cəmi 18622,94 AZN (on səkkiz min altı yüz iyirmi iki manat-94 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1516/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1516/2025
16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver