Məhkəmə qərarları › İş №e-2(040)-1530/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1530/2025

30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1530/2025 30.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (QSC) (VÖEN: **********) Cavabdeh əsas borcu 498,76 (dörd yüz doxsan səkkiz manat- 76 qəpik), faiz borcu 125,83 (bir yüz iyirmi beş manat- 83 qəpik), cərimə borcu 74,81 (yetmiş dörd manat- 81 qəpik), həmçinin ərizəyə görə ödənilmiş 41,23 (qırx bir manat- 23 qəpik) dövlət rüsumunun pul əvəzi olmaqla, ümumilikdə 740,63 (yeddi yüz qırx manat- 63 qəpik) borcun tutularaq Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərti ilə 650 AZN (altı yüz əlli) məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdаr Cəmiyyəti ilə Cavabdeh arasında 31 avqust 2024-cü il tarixli 1010-SEG-1571-24 saylı Əlaqəli Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Hal-hazırda Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 30 oktyabr 2025-ci il tarixə əsas borcu 498,76 AZN (dörd yüz doxsan səkkiz manat- 76 qəpik), faiz borcu 125,83 AZN (yüz iyirmi beş manat- 83 qəpik), cərimə borcu 74,81 AZN (yetmiş dörd manat- 81 qəpik) olmaqla ümumi borcu 699,40 AZN (altı yüz doxsan doqquz manat- 40 qəpik) təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 13 iyun 2025-ci il tarixli pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): -284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. -284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. -284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarından görünür ki, BOKT "xxxx" QSC (borcverən) ilə Cavabdeh (borcalan) arasında 31 avqust 2024-cü il tarixli 1010-SEG-1571-24 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə və müqaviləyə 1 saylı əlavədən görünür ki, cavabdehə (borcalana) 18 (on səkkiz) ay müddətinə 650 (altı yüz əlli) manat məbləğində kredit verilmiş, borcalan isə istifadə etdiyi kredit məbləğini müəyyən olunmuş müddətdə faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: 30 oktyabr 2025-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh 31 avqust 2024-cü il tarixli 1010-SEG-1571-24 saylı kredit müqaviləsi üzrə 30 oktyabr 2025-ci il tarixə borcu – əsas məbləğ üzrə 498,76 (dörd yüz doxsan səkkiz manat- 76 qəpik), faiz borcu 125,83 (bir yüz iyirmi beş manat- 83 qəpik), cərimə borcu 74,81 (yetmiş dörd manat- 81 qəpik) olmaqla, ümumilikdə 699,40 (altı yüz doxsan doqquz manat 40 qəpik) manat təşkil edir. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 25 iyun 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Mərkəzi X1 Portalının 05 noyabr 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, BOKT "xxxx" QSC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 40,83 (qırx manat - 83 qəpik) dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hakim sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı hakim hesab edir ki, cavabdehə hesablanmış 74,81 (yetmiş dörd manat-81 qəpik) məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 14,94 (on dörd manat- 94 qəpik) məbləğində dəbbə pulu borcu saxlanmalıdır. İddia tələbinin cəriməyə aid qalan hissəsində - 59,87 (əlli doqquz manat-87 qəpik) cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 40,83 (qırx manat- 83 qəpik) dövlət rüsumunun 30 (otuz) manat hissəsinin və 40 (qırx) qəpik bank xidməti haqqının pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddia ərizəsində göstərilən iddianın qiyməti 1000 manatadək olduqda 30 (otuz) manat dövlət rüsumu ödənilməlidir. İddia ərizəsində iddiaçı tərəfindən cavabdehdən tələb edilən məbləğin cəmi 699,40 (altı yüz doxsan doqquz manat-40 qəpik) göstərilsə də, Azərbaycan Respublikası Mərkəzi X1 Portalının 05 noyabr 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzində 40,83 (qırx manat-83 qəpik) dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı ödənildiyi əks olunmuşdur; mədaxil qəbzində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsində nəzərdə tutulandan 10,83 (on manat-83 qəpik) artıq məbləğ ödənilmişdir. Beləliklə, hakim hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən əsas borc üzrə 498,76 (dörd yüz doxsan səkkiz manat - 76 qəpik), faiz borcu üzrə 125,83 (bir yüz iyirmi beş manat - 83 qəpik), cərimə borcu üzrə 14,94 (on dörd manat - 94 qəpik) manat olmaqla, cəmi 639,53 (altı yüz otuz doqquz manat - 53 qəpik) borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən əvvəlcədən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsinin və 40 (qırx) qəpik xidmət haqqının pul əvəzi olmaqla, ümumilikdə 669,93 (altı yüz altmış doqquz manat - 93 qəpik) manat tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdim: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 498,76 (dörd yüz doxsan səkkiz manat - 76 qəpik), faiz borcu üzrə 125,83 (bir yüz iyirmi beş manat - 83 qəpik), cərimə borcu üzrə 14,94 (on dörd manat - 94 qəpik) olmaqla, cəmi 639,53 (altı yüz otuz doqquz manat - 53 qəpik) borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 40 (qırx) qəpik xidmət haqqının pul əvəzi olmaqla, ümumilikdə 669,93 (altı yüz altmış doqquz manat - 93 qəpik) məbləğdə pul vəsaiti iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar