Məhkəmə qərarları › İş №e-2(040)-1540/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1540/2025

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1540/2025 25.02.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1211 (min iki yüz on bir) manat pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 1993-cü ildən şifahi olaraq tanıyır. Cavabdeh onun etimadını qazanaraq, özünü nüfuzlu əlaqələri olan şəxs kimi təqdim etmiş və oğlu Rəşad Bayramovu Azərbaycan X3 işə düzəldə biləcəyini bildirmişdir. Cavabdeh bu məqsədlə ona qarşı bilərəkdən yalan vədlər vermiş, guya dövlət qurumlarında tanışlarının olduğunu və bu vasitə ilə oğlunu işə düzəldəcəyini demişdir. Bu yalan vədlərlə ona təsir göstərərək etibarını qazanmış və həmin etibardan sui-istifadə edərək, heç bir hüquqi və ya faktiki səlahiyyəti olmadığı halda, müxtəlif tarixlərdə-01 avqust 2021-ci il, 2021-ci ilin dekabr ayının sonları və 2022-ci ilin fevral ayının ortalarında-faktiki yaşadığı Bərdə rayon Qarağacı kəndinə gələrək, onu aldadaraq ümumilikdə 4400 (dörd min dörd yüz) manat məbləğində pul almışdır. Daha sonra Bərdə Rayon Polis Şöbəsinə müraciət etmiş, onlar isə aidiyyatı üzrə işi Bərdə Rayon Məhkəməsinə göndərmişdir. Bərdə Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 1(021)-69/2023 saylı hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Cavabdeh оğlunun Bərdə Rayon Polis Şöbəsində 04 sentyabr 2022-ci ildən 06 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həmçinin 23 may 2023-cü il tarixdən 10 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 48 gün olmaqla, cəmi 50 gün həbsdə qaldığı müddət, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, X6 оğlunun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, təqsirləndirilən şəxs Cavabdeh оğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsdən azad olunması, təqsirləndirilən şəxs Cavabdeh üzərinə ünvan 1 ünvanında yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasına nəzarətin Cavabdeh yaşayış yeri üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, zərərçəkmiş şəxslər X2 vurulmuş 2650 (iki min altı yüz əlli) manat və zərərçəkmiş şəxs İddiaçı vurulmuş 4400 (dörd min dörd yüz) manat maddi ziyanın tam şəkildə ödənilməsinin nəzərə alınması hökm edilmişdir. Əlavə olaraq bildirir ki, məhkəmədə həbs olunmaması üçün pulun ödənildiyini desə də, cavabdeh hazırda da onun pulunu ödəmir. Hökm üzrə almalı olan məbləğdən cavabdeh tərəfindən bu günədək ona cəmi 3189 (üç min yüz səksən doqquz) manat pul ödənilmiş, yerdə qalan 1211 (min iki yüz on bir) manat isə bu günədək ödənilməmişdir. Bu səbəbdən də məhkəmədə iddia qaldırmalı olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, iddianı müdafiə etdiyini, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, İddiaçı pul alsa da, istintaq dövründə həmin pulu ödəmişdir; hazırda iddiaçıya borcu yoxdur. Törətdiyi əmələ görə cəzasını çəkib, İddiaçı heç bir borcunun olmaması müstəntiq tərəfindən verilmiş arayışda və Bərdə Rayon Məhkəməsinin hökmündə öz təsdiqini tapır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 1(021)- 69/2023 saylı hökmünün surətindən görünür ki, İddiaçı ifadəsinə əlavə olaraq bildirmişdir ki, Cavabdeh oğlu Rəşad Babayevi AQTA-ya işə düzəldəcəyini vəd verərək, 4400 manat pulunu ələ keçirmişdir. O, 4400 manat pulu hissə-hissə olmaqla, 01 avqust 2021-ci il tarixdə, 2021-ci ilin dekabr ayının sonlarında və 2022-ci ilin fevral ayının ortalarında yaşadığı Bərdə rayonu Qarağacı kəndində oğlu Rəşadın iştirakı ilə Vüqara vermişdir. Halhazırda təqsirləndirilən şəxs dəymiş ziyanı tam şəkildə ödəmişdir. X4 ilə barışmışdır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Hökmün nəticə hissəsində: təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Cavabdeh оğlunun Bərdə Rayon Polis Şöbəsində 04 sentyabr 2022-ci ildən 06 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həmçinin 23 may 2023-cü il tarixdən 10 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 48 gün olmaqla, cəmi 50 gün həbsdə qaldığı müddət, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, X6 оğlunun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, təqsirləndirilən şəxs Cavabdeh оğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsdən azad olunması, təqsirləndirilən şəxs Cavabdeh üzərinə ünvan 1 ünvanında yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasına nəzarətin Cavabdeh yaşayış yeri üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, zərərçəkmiş şəxslər X2 vurulmuş 2650 (iki min altı yüz əlli) manat və zərərçəkmiş şəxs İddiaçı vurulmuş 4400 (dörd min dörd yüz) manat maddi ziyanın tam şəkildə ödənilməsinin nəzərə alınması hökm edilmişdir. İş materiallarında olan: Notarial qaydada təsdiq edilmiş 20 iyun 2023-cü il tarixli **********420 nömrəli ərizənin surətindən görünür ki, Mamedova X1 Vüqar Aslan oğlu ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan: Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Mətin Qənbərov tərəfindən verilmiş arayışın surətindən görünür ki, təsirləndirilən şəxs Cavabdeh 04 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tərəfindən tutulmuş, 06 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Cavabdeh barəsində tərəfindən başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə zərərçəkmiş şəxs İddiaçı vurulmuş 4400 (dörd min dörd yüz) manat maddi ziyan tamamilə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.4-cü maddəsində qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. -106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Bərdə Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 1(021)-69/2023 saylı hökmündən görünür ki, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı (hazırki mülki iş üzrə iddiaçı) cinayət işi üzrə məhkəmə icraatı zamanı ona dəymiş ziyanın təqsirləndirilən şəxs Cavabdeh (hazırki mülki iş üzrə cavabdeh) tərəfindən tamamilə ödənildiyini bildirmiş, Cavabdeh (hazırki mülki iş üzrə cavabdeh) cəza təyin edilərkən zərərçəkmiş şəxs İddiaçı (hazırki mülki iş üzrə iddiaçı) vurulmuş 4400 (dörd min dörd yüz) manat maddi ziyanın tam şəkildə ödənilməsi nəzərə alınmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar