Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-155/2024 19.02.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən birgə qaydada 02 iyun 2023-cü il tarixli, BRCB1756490B206 saylı kredit müqaviləsinə əsasən 1800 manat əsas, 370,74 manat faiz, cəmi 2170,74 manat məbləğində borcun, Cavabdeh2 22 sentyabr 2020-ci il tarixli, GTGK2572014A206 saylı kredit müqaviləsinə əsasən 5090,05 manat əsas, 1110,58 manat faiz olmaqla cəmi 6200,63 manat borcun və ödənilmiş 103,71 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borclu Cavabdeh2 arasında bağlanmış 02 iyun 2023-cü il tarixli BRCB1756490B206 saylı kredit müqaviləsinə əsasən cavabdehə kredit xətti açılmışdır. Kreditin təminatı kimi Cavabdeh1 ilə 02 iyun 2023-cü il tarixli BRCB1756490B206 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin İddiaçı ASC ilə borclu Cavabdeh2 arasında bağlanmış 22 sentyabr 2020-ci il tarixli, GTGK2572014A206 saylı Kredit müqaviləsinə əsasən cavabdehə kredit verilmişdir. Kredit müqavilələrinin şərtinə əsasən, Borclu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və Banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 23 noyabr 2023-cü il tarixə İddiaçı ASC-yə 02 iyun 2023-cü il tarixli kredit xətti müqaviləsinə əsasən 1800 manat əsas, 370,74 manat faiz, cəmi 2170,74 manat, Cavabdeh2 22 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 5090,05 manat əsas, 1110,58 manat faiz olmaqla cəmi 6200,63 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma), borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul edərək iki müqavilə üzrə cəmi 8371,37 manat borcu və 103,71 manat dövlət rüsumunu imkanı olduqca İddiaçı ASC-yə ödəməyə razı olduğunu bildirmişdir (bu barədə ərizəsini təqdim etmişdir). İş materiallarında olan: 02 iyun 2023-cü il tarixli BRCB1756490B206 saylı Kredit xətti müqaviləsindən görünür ki, Bank müştəriyə Birkart ödəniş kartı verir, həmin Kartla bağlı bu Müqavilədə qeyd edilən şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır və xəttin istifadasilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kredit xəttindən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. Müqavilənin şərtlərinə əsasən, cavabdehə 58 ay müddətinə 27 faiz dərəcəsi ilə ilkin olaraq 1800 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 7-ci bəndindən görünür ki, müqaviləni imzalamış zamin Cavabdeh1 kredit xətti müqaviləsi üzrə irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıyır. İş materiallarında olan: 22 sentyabr 2020-ci il tarixli, GTGK2572014A206 saylı kredit müqaviləsinə əsasən isə Bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 27,84 faiz dərəcəsi ilə 12000 manat məbləğində kredit verilmişdir. Borcalan isə hər iki müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit borcları və hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 23 noyabr 2023-cü il tarixə 22 sentyabr 2020-ci il tarixli, GTGK2572014A206 saylı Kredit müqaviləsinə əsasən 5090,05 manat əsas, 1110,58 manat faiz olmaqla cəmi 6200,63 manat, 02 iyun 2023-cü il tarixli, BRCB1756490B206 saylı kredit müqaviləsinə əsasən 1800 manat əsas, 370,74 manat faiz, cəmi 2170,74 manat borcu vardır. İş materiallarında olan: 17 noyabr 2023-cü il tarixli bildirişdən (poçt qəbzi var) görünür ki, Cavabdeh2 və Cavabdeh1 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Sadalanan qanunvericilik normalarına əsasən və müqavilə şərtlərinə istinad edərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh2 kredit müqavilələri əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqavilələri əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən iki kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə iddia tələbinin digər cavabdeh (zamin) Cavabdeh1 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki işin hallarından göründüyü kimi, iş üzrə zamin də Bank qarşısında Borcalanın 02 iyun 2023-cü il tarixli, BRCB1756490B206 saylı “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən, onun da kreditor qarşısında mülki məsuliyyəti yaranır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 103,71 manat dövlət rüsumunun pul əvəzi də cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 02 iyun 2023-cü il tarixli BRCB1756490B206 saylı kredit xətti müqaviləsi üzrə 1800 (min səkkiz yüz) manat əsas, 370,74 manat (üç yüz yetmiş manat 74 qəpik) faiz olmaqla, cəmi 2170,74 manat (iki min yüz yetmiş manat 74 qəpik) məbləğində kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, Cavabdeh2 22 sentyabr 2020-ci il tarixli, GTGK2572014A206 saylı Kredit müqaviləsi üzrə 5090,05 manat (beş min doxsan manat 05 qəpik) əsas, 1110,58 manat (min yüz on manat 58 qəpik) faiz olmaqla cəmi 6200,63 manat (altı min iki yüz manat 63 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 103,71 manat (yüz üç manat 71 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 02 iyun 2023-cü il tarixli BRCB1756490B206 saylı kredit xətti müqaviləsi üzrə 1800 (min səkkiz yüz) manat əsas, 370,74 manat (üç yüz yetmiş manat 74 qəpik) faiz olmaqla, cəmi 2170,74 manat (iki min yüz yetmiş manat 74 qəpik) məbləğində kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh2 22 sentyabr 2020-ci il tarixli, GTGK2572014A206 saylı kredit müqaviləsi üzrə 5090,05 manat (beş min doxsan manat 05 qəpik) əsas, 1110,58 manat (min yüz on manat 58 qəpik) faiz olmaqla cəmi 6200,63 manat (altı min iki yüz manat 63 qəpik) kredit borcu və ödənilmiş 103,71 manat (yüz üç manat 71 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-155/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-155/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver