Məhkəmə qərarları › İş №e-2(040)-175/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-175/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-175/2025 06.03.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti (VÖEN: **********) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 7103,30 AZN (yeddi min bir yüz üç manat-30 qəpik) əsas borc, 1666,98 AZN (bir min altı yüz altmış altı manat-98 qəpik) faiz borcu, 100,17 AZN (bir yüz manat-17 qəpik) cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 8870,45 AZN (səkkiz min səkkiz yüz yetmiş manat-45 qəpik) kredit borcunun, həmçinin 0,40 AZN (40 qəpik) bank xidmət haqqının və ödənilmiş 108,71 AZN (bir yüz səkkiz manat-71 qəpik) dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC-nin 28 dekabr 2021-ci il tarixli “Bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta”sı əsasında cavabdehə istehlak məqsədləri üçün 05 yanvar 2023-cü il tarixində 29 mart 2028-ci il tarixədək olan müddətə illik 28,75 faiz ödəmək şərtilə 7400 AZN (yeddi min dörd yüz manat) məbləğində kredit verilməsi təklif edilmiş. Cavabdeh 05 yanvar 2023-cü il tarixdə ərizə-anket imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Ümumi Ofertaya əsasən, borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında Ümumi Ofertaya əsasən bağlanmış kredit müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin "xxxx" KB ASCyə 21 noyabr 2024-cü il tarixə 7103,30 AZN (yeddi min bir yüz üç manat-30 qəpik) əsas, 1666,98 AZN (bir min altı yüz altmış altı manat-98 qəpik) faiz, 100,17 AZN (bir yüz manat- 17 qəpik) cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 8870,45 AZN (səkkiz min səkkiz yüz yetmiş manat-45 qəpik) borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, 06 mart 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: cavabdeh tərəfindən ərizə-anket imzalamaqla təsdiq edilmiş və 28 dekabr 2021-ci tarixli ümumi oferta çərçivəsində bağlanılmış 05 yanvar 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borcverən (iddiaçı) borcalana (cavabdehə) 29 mart 2028-ci il tarixdədək olan müddətə, illik 28,75 faiz dərəcəsi ilə 7400 (yeddi min dörd yüz) manat məbləğində kredit verməyi, Borcalan isə istifadə etdiyi kredit məbləğini müəyyən olunmuş müddətdə faizlə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan: "xxxx" KB ASC (mobil nömrə-8117) ilə Cavabdeh arasında olan elektron qaydada mobil telefon vasitəsilə aparılmış SMS razılaşmalarından görünür ki, müştəri Cavabdeh 1) 05 yanvar 2023-cü il tarixdə SMS yolu ilə 04 yanvar 2026-cı il tarixədək olan müddət üçün illik 28,75 faizlə, aylıq 209 AZN ödəmək şərti ilə 5000 AZN (beş min manat) nağd kredit və “Ucard” kartına 600 AZN-lik (altı yüz manatlıq) kredit xətti açılması təklif edilmiş, müvafiq SMS razılığı alındıqdan sonra təklif edilən məbləğ müştərinin həmin tarixdə kartına köçürülmüşdür; 2) 30 mart 2023-cü il tarixdə SMS yolu ilə 29 mart 2026-cı il tarixədək olan müddət üçün illik 28,75 faizlə, aylıq 235 AZN ödəmək şərti ilə 7400 AZN (beş min manat) nağd kredit təklif edilmiş, müvafiq SMS razılığı alındıqdan sonra təklif edilən məbləğ həmin tarixdə müştərinin kartına köçürülmüşdür. İş materiallarında olan: "xxxx" KB ASC tərəfindən verilmiş 21 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05 yanvar 2023-cü il tarixli 20nkNARb/23 nömrəli kredit müqaviləsi üzrə 7103,30 AZN (yeddi min bir yüz üç manat-30 qəpik) əsas, 1666,98 AZN (bir min altı yüz altmış altı manat-98 qəpik) faiz, 100,17 AZN (bir yüz manat- 17 qəpik) cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 8870,45 AZN (səkkiz min səkkiz yüz yetmiş manat-45 qəpik) borcu yaranmışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 27 fevral 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun üç iş günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) -739.1-ci maddəsinə (kredit müqaviləsinin bağlandığı zaman qüvvədə olan mətninə) əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə (kredit müqaviləsinin bağlandığı zaman qüvvədə olan mətninə) əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; müstəqil peşə fəaliyyəti şəklində pul borc verməlkə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında krditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.2-ci maddəsinə (kredit müqaviləsinin bağlandığı zaman qüvvədə olan mətninə) əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və məbləğindən asılı olmayaraq müavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviəsi yazılı formada bağlanmalıdır. -741-ci maddəsinə (kredit müqaviləsinin bağlandığı zaman qüvvədə olan mətninə) əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlərlə verilməsini şərtləşdirərlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başaçatanadək aytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxta ödənilməlidir. -743-cü maddəsinə (kredit müqaviləsinin bağlandığı zaman qüvvədə olan mətninə) əsasən, əgər borcalanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.avə ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludanvəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı "xxxx" KB ASC cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 108,71 AZN dövlət rüsumunun pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 7103,30 AZN (yeddi min bir yüz üç manat-30 qəpik) əsas, 1666,98 AZN (bir min altı yüz altmış altı manat-98 qəpik) faiz, 100,17 AZN (bir yüz manat-17 qəpik) cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 8870,45 AZN (səkkiz min səkkiz yüz yetmiş manat-45 qəpik) kredit borcu, həmçinin, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün əvvəlcədən dövlət büdcəsinə ödənilmiş 108,71 manat (bir yüz səkkiz manat 71 qəpik) dövlət rüsumunun və 0,40 manat xidmət haqqının pul əvəzi, ümumilikdə 8979,56 AZN (səkkiz min doqquz yüz yetmiş doqquz manat-56 qəpik) tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 7103,30 AZN (yeddi min bir yüz üç manat-30 qəpik) əsas borc, 1666,98 AZN (bir min altı yüz altmış altı altı manat- 98 qəpik) faiz borcu və 100,17 AZN (yüz manat-17 qəpik) cərimə borcu olmaqla, cəmi 8870,45 AZN (səkkiz min səkkiz yüz yetmiş manat-45 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 108,71 AZN (yüz səkkiz manat-71 qəpik) dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının pul əvəzi, ümumilikdə 8979,56 AZN (səkkiz min doqquz yüz yetmiş doqquz manat-56 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar