Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-192/2025 24.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13371,21 (on üç min üç yüz yetmiş bir manat-21 qəpik) əsas borc, 507,77 AZN (beş yüz yeddi manat-77 qəpik) faiz borcu və 04,58 AZN (dörd manat-58 qəpik) cərimə, cəmi 13883,56 AZN (on üç min səkkiz yüz səksən üç manat-56 qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 131,66 (bir yüz otuz bir manat-66 qəpik) məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 may 2023-cü il tarixli 3010***-*******02L saylı Əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq 04 iyun 2024-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 14 faiz dərəcəsi ilə olmaqla, hər ay ödəniş cədvəlinə uyğun 478,55 manat ödənilmək şərti ilə 14000 (on dörd min) manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyinə görə ona dəfələrlə şifahi və rəsmi qaydada (pretenziya) xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini Bank qarşısında icra etməyən Cavabdeh 18 noyabr 2024-cü il tarixə İddiaçı ASC-yə 13371,21 (on üç min üç yüz yetmiş bir manat-21 qəpik) əsas borc, 507,77 AZN (beş yüz yeddi manat-77 qəpik) faiz borcu və 04,58 AZN (dörd manat-58 qəpik) cərimə, cəmi 13883,56 AZN (on üç min səkkiz yüz səksən üç manat-56 qəpik) məbləğdə kredit borcu qalmaqdadır. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 21 yanvar 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışıiclası 24 fevral 2025-ci il tarixə təyin edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 may 2023cü il tarixli 3010***-*******02L saylı Əsas kredit limiti razılaşmasından görünür ki, Cavabdeh 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılması razılaşdırılmışdır. İş materiallarında olan: Tərəflər arasında olan 04 iyun 2024-cü il tarixli SMS razılaşmasının kağız daşıyıcıda çap olunan variantından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 14 faiz dərəcəsi ilə olmaqla, hər ay ödəniş cədvəlinə uyğun 478,55 manat ödənilmək şərti ilə 14000 (on dörd min) manat məbləğində kredit verilməsi qarşılıqlı razılaşdırılmışdır. İş materiallarında olan: İddiaçı ASC-nin Yevlax filialı tərəfindən tərtib olunmuş “Cavabdeh 18 noyabr 2024-cü il tarixə İddiaçı ASC-nin Yevlax filialına olan borcunun hesablanmasına dair Arayış”dan görünür ki, Cavabdeh göstərilən tarixə 13371,21 AZN (on üç min üç yüz yetmiş bir manat-21 qəpik) əsas borc, 507,77 AZN (beş yüz yeddi manat-77 qəpik) faiz borcu və 04,58 AZN (dörd manat-58 qəpik) cərimə, cəmi 13883,56 AZN (on üç min səkkiz yüz səksən üç manat-56 qəpik) kredit borcu vardır. İş materiallarında olan: İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi G.Orucova tərəfindən Cavabdeh göndərilmiş 18 noyabr 2024-cü il tarixli Pretenziyadan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə borcalana qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir (göndəriş qəbzi vardır). İş materiallarında olan: “ASAN ödəniş” sisteminin (AsanPay) 04 noyabr 2024-cü il tarixli (45,69 AZN) və 02 dekabr 2024-cü il tarixli (85,97 AZN) mədaxil qəbzlərindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün cəmi 131,66 AZN dövlət rüsumu ödənilmişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -331.3-cü maddəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 131,66 AZN (yüz otuz bir manat-66 qəpik) dövlət rüsumunun pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia təmin edilməli, Cavabdeh 01 may 2023-cü il tarixli 3010***- *******02Lsaylı Əsas kredit limiti razılaşması və 04 iyun 2024-cü il tarixli SMS razılaşmasına əsasən 13371,21 AZN (on üç min üç yüz yetmiş bir manat-21 qəpik) əsas borc, 507,77 AZN (beş yüz yeddi manat-77 qəpik) faiz borcu və 04,58 AZN (dörd manat- 58 qəpik) cərimə, cəmi 13883,56 AZN (on üç min səkkiz yüz səksən üç manat-56 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 131,66 AZN (yüz otuz bir manat-66 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 14015,22 AZN (on dörd min on beş manat- 22 qəpik) məbləğdə pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 13371,21 AZN (on üç min üç yüz yetmiş bir manat-21 qəpik) əsas borc, 507,77 AZN (beş yüz yeddi manat-77 qəpik) faiz borcu və 04,58 AZN (dörd manat-58 qəpik) cərimə, cəmi 13883,56 AZN (on üç min səkkiz yüz səksən üç manat-56 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 131,66 AZN (yüz otuz bir manat-66 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 14015,22 AZN (on dörd min on beş manat- 22 qəpik) məbləğdə pul vəsaiti alınsın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil etməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-192/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-192/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver