Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-229/2025 14.03.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul borcunun və dövlət rüsumunun əvəzinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 35000 (otuz beş min) manat pul vəsaitinin və 196 (yüz doxsan altı) manat dövlət rüsumunun, cəmi 35196 (otuz beş min yüz doxsan altı) manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 2022-ci ildən- cavabdehin hələ Gəncə şəhərində yerləşən “Güvənli lombard”da əməliyatçı vəzifəsində işlədiyi zamandan tanıyır. O atasından miras qalmış, ünvan 1 ünvanda yerləşən mənzili 2022-ci ildə satdığından əlində müəyyən məbləğdə pul vəsaiti olmuş və bu vəsaitini dəyərləndirmək niyyəti ilə müəyyən hissəsini, yəni 35000 (otuz beş min) manat məbləğində hissəsini lombarda depozit olaraq qoyub oradan faiz götürmək qərarına gəlmişdir. Cavabdeh ona bildirmişdir ki, onun özü “Birlik Kredo” adlı lombard açmışdır və təklif etmişdir ki, əlində olan 35000 (otuz beş min) manat məbləğində pulunu onun lombard şirkətinə depozit olaraq qoysun və bunun müqabilində ona yüksək məbləğdə faiz ödəyəcəyini bildirmişdir. O, cavabdehin bu təklifi ilə razılaşandan sonra cavabdehə 35000 (otuz beş min) manat məbləğdən 20000 (iyirmi min) manat məbləğini notarial qaydada, yəni 14 iyun 2023-cü il tarixdə və 12 iyul 2023-cü il tarixdə cavabdehlə notariat qaydada təsdiq olunmuş 3M-179 və 3M-372 reyestr nömrəli iki ədəd kredit müqaviləsi bağlamışdır. 15000 (on beş min) manat məbləğini isə cavabdehə qəbzlə yazılı surətdə imzası ilə təsdiq etdiyi surətdə vermişdir. Hətta bununla bağlı əlində cavabdehin video görüntüsü də vardır (məhkəmə iclasında təqdim edəcəkdir). Sonradan o anlamışdır ki, cavabdeh ümumiyyətlə onu aldadır, çünki hər dəfə cavabdehdən verdiyi pulu özünə qaytarmasını tələb etdikdə cavabdeh müxtəlif bəhanələrlə qaytaracağını bildirmiş, daha sonra isə onun zənglərinə cavab verməməyə başlamışdır. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı 13 mart 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi üzərindən məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə göndərərək, qeyd etmişdir ki, iddia tələbində texniki səhvə yol vermişdir. Səhv isə ondan ibarətdir ki, notariusun icra qeydi əsasında aparılmalı olan sənədi də səhvən iddia ərizəsində göstərmişdir. Belə ki, onun iddia tələbinin mahiyyəti 26 oktyabr 2024-cü il tarixdən sonra yaranan öhdəliklə bağlıdır. 26 oktyabr 2024-cü il tarixdə Cavabdeh əlavə olaraq 35000 (otuz beş min) manat pul vermişdir. Hal-hazırki iddia tələbi də qəbzlə verilmiş pul tələbi ilə bağlıdır. 14 iyun 2023-cü il və 12 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə mübahisə məhkəmədən kənar qaydada həll olunmalıdır. Həmin kredit müqavilələri üzrə notarius tərəfindən icra qeydi verilməmişdir, ona görə də 26 oktyabr 2024-cü il tarixli qəbz əsasında Cavabdeh verilmiş 35000 (otuz beş min) manat məbləğində pul vəsaitinin və məhkəməyə ödənilən 196 (yüz doxsan altı) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul eilməsini xahiş edir. Cavabdeh iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 23 yanvar 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı təxirə salınaraq 19 fevral 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 14 mart 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh 14 mart 2025-ci il tarixli məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək, məhkəməyə işin mahiyyətinə təsir edə biləcək sübutlar təqdim edəcəyini və ona görə də 14 mart 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin bütün məhkəmə iclasları barədə əvvəlcədən rəsmi qaydada məlumatlandırılmasını nəzərə alaraq vəsatəti məhkəmə icraatının lüzumsuz uzadılmasına cəhd kimi qiymətləndirərək vəsatəti təmin etməmiş və işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, o, 26 oktyabr 2024-cü il tarixdə Cavabdeh 35000 (otuz beş min) manat məbləğində pul vermişdir. Cavabdehin özü şəxsən 26 oktyabr 2024-cü il tarixdə əlyazma qəbz yazaraq ondan, yəni, İddiaçı 35000 (otuz beş min) manat pul aldığını, həmin məbləği 26 noyabr 2024-cü il tarixdə tam şəkildə qaytaracağını öhdəsinə götürmüş və qəbzi şəxsən imzalamışdır. Cavabdehə pulu verməsini təsdiq edən qəbzlə yanaşı bu barədə videogörüntü də vardır, həmin videogörüntünü də məhkəməyə təqdim etmişdir. Cavabdeh 26 oktyabr 2024-cü il tarixli əlyazma qəbz əsasında ona olan 35000 (otuz beş min) manat borcundan heç bir ödəniş etməmiş, hazırda cavabdehin ona 35000 (otuz beş min) manat borcu qalmaqdadır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianın qanuni və əsaslı olduğunu bildirərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan (iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş): Cavabdeh adından yazıldığı iddia edilən və mətnində 26 oktyabr 2024-cü il tarixdə yazıldığı göstərilən əlyazma qəbzdə qeyd edilmişdir ki, “Gəncə şəhəri, Yeni qəsəbə, bina 22, mənzil 35-də yaşayan (xx.xx.1984-cü il, qeydiyyat Kəlbəcər rayonu, Dəlidağ küçəsi, ev 3/A) ünvan 1-da yaşayan (Qeydiyyat – Nizami küçəsi, 1 tupik, ev 8) İddiaçı 35000 (otuz beş min) manat pul aldım. Həmin məbləği 26 noyabr 2024-cü il tarixdə qaytarmağı öhdəlik götürürəm və özümə borc bilirəm” (Həmin əlyazma qəbzin mətnində qəbzverənin adı göstərilməmiş, lakin mətninin altında imza və tarix vardır; hakim vizual olaraq həmin əlyazma qəbzdəki imza ilə iş materiallarında olan iki ədəd notarial müqavilələrdə cavabdeh tərəfindən icra edilmiş imza nümumələrini müqayisə etmiş və öz daxili inamı ilə həmin imzaların hər üçünün eyni şəxs tərəfindən imzalanması qənaətinə gəlmişdirhakimin qeydi). Videoyazının tədqiqi: İddiaçı məhkəməyə elektron daşıyıcıda təqdim etdiyi 17 (on yeddi) saniyəlik audiovideoyazının məhkəmə iclasında tədqiqi zamanı 26 oktyabr 2024-cü il tarixdə yazılan qəbzin Cavabdeh tərəfindən şəxsən icra edildiyi əks olunur (Şəxsin videoyazıda əks olunan sifət təsviri ilə cavabdehin “Elektron məhkəmə” informasiya sistemi üzərindən əldə olunmuş fotoşəkli məhkəmədə eyniləşdirilmişdir-hakimin qeydi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehə 35000 (otuz beş min) manat pul verilməsi iş materiallarında olan sübutlarla, o cümlədən iddiaçı tərəfindən əlyazma ilə yazılmış qəbzlə öz təsdiqini tapmışdır. Cavabdeh borcun ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda Cavabdeh 35000 (otuz beş min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. İddia tələbi təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 196 (yüz doxsan altı) manat dövlət rüsumunun pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 35000 (otuz beş min) manat məbləğdə pul borcu və iddiaçı tərəfindən ödənilmiş 196 (yüz doxsan altı) manat dövlət rüsumunun pul əvəzi, cəmi 35196 (otuz beş min yüz doxsan altı) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-229/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-229/2025
14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver