Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-255/2025 05.03.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1) 11 avqust 2023-cü il tarixli BRCB2962767B299 saylı kredit müqaviləsinə əsasən 1050 AZN (bir min əlli manat) əsas borc, 155,82 AZN (bir yüz əlli beş manat-82 qəpik) faiz borcu, həmin müqavilə üzrə cəmi 1205,82 AZN (bir min iki yüz beş manat-82 qəpik) kredit borcunun, 2) 14 may 2024-cü il tarixli BUMM7794377B299 saylı kredit müqaviləsinə əsasən 1449,99 AZN (bir min dörd yüz qırx doqquz manat-99 qəpik) əsas borc, 235,16 AZN (iki yüz otuz beş manat-16 qəpik) faiz borcu, həmin müqavilə üzrə cəmi 1685,12 AZN (bir min altı yüz səksən beş manat-12 qəpik) kredit borcunun və ödənilmiş 48,91 AZN məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 11 avqust 2023-cü il tarixli BRCB2962767B299 saylı müqaviləsinə əsasən cavabdehə debet kart verilmişdir. Daha sonra İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış BRCB2962767B299 saylı kredit xəttinin yenilənməsinə dair 27 oktyabr 2023-cü il tarixli əlavə razılaşmaya əsasən cavabdehin kartına illik 30 faiz olmaqla 1050 AZN (bir min əlli manat) olan kredit vəsaiti mədaxil edilmişdir- kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 14 may 2024-cü il tarixli BUMM7794377B299 saylı Kredit müqaviləsinə əsasən 36 ay, illik 27 faiz dərəcəsi ilə 1450 AZN (bir min dörd yüz əlli manat) cavabdehin kartına mədaxil edilmişdir- kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Nəticədə cavabdehin 16 dekabr 2024-cü il tarixə İddiaçı ASC-yə 1) 11 avqust 2023-cü il tarixli BRCB2962767B299 saylı kredit müqaviləsinə əsasən 1050 AZN (bir min əlli manat) əsas, 155,82 AZN (bir yüz əlli beş manat-82 qəpik) faiz, həmin müqavilə üzrə cəmi 1205,82 AZN (bir min iki yüz beş manat-82 qəpik) kredit borcu, 2) 14 may 2024-cü il tarixli BUMM7794377B299 saylı kredit müqaviləsinə əsasən 1449,99 AZN (bir min dörd yüz qırx doqquz manat-99 qəpik) əsas, 235,16 AZN (iki yüz otuz beş manat-16 qəpik) faiz, həmin müqavilə üzrə cəmi 1685,12 AZN (bir min altı yüz səksən beş manat-12 qəpik) borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma), borcun qaytarılması təmin edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan: İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 11 avqust 2023-cü il tarixli BRCB2962767B299 saylı kredit müqaviləsinə əsasən Bank Müştəriyə “X2” ödəniş kartı verir, müştərinin müraciəti əsasında bu müqailə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədi ilə bərpa olunan kredit xətti ayırır, həmin Karta bağlı və (və ya) xəttin istifadəsi ilə bağlı müvafiq hesablar açır; müştəri isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsəs və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. Əməliyyatların xarakterindən irəli gəldiyi hallarda, habelə Bnkın və ya Müştərinin seçiminə uyğun olaraq əməliyyatlar aparılarkən, Kart,habelə Bank tərəfindən Müştəriyə daha əvvəl təqdim edilmiş digər ödəniş kartları Müştəri tərəfindən bu Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulan və ya Müştərinin artıq Bankda mövcud olan hesab(lar)ından hər hansı birinə bağlanıla bilər. Karta kredit xəttindən kənar mədaxil edilmiş hər cür öhdəliklərdən azad pul vəsaiti qanunvericiliyə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. İş materiallarında olan: İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 11 avqust 2023-cü il tarixli BRCB2962767B299 saylı kredit müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair 27 oktyabr 2023-cü il tarixli əlavə razılaşmadan görünür ki, Bank tərəfindən cavabdehə (borcalana) 55 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 1050 AZN məbləğində kredit verilməsi, Borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit borcları və hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilir. İş materiallarında olan: İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 14 may 2024-cü il tarixli BUMM7794377B299 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdehə (borcalana) 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 1450 AZN məbləğində onun kartına mədaxil edilmişdir. Borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit borcları və hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İş materiallarında olan: İddiaçı ASC tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun 16 dekabr 2024-cü il tarixə Kapital Bank” ASC-yə 11 avqust 2023-cü il tarixli BRCB2962767B299 saylı kredit müqaviləsinə əsasən 1050 AZN əsas, 155,82 AZN faiz, cəmi 1205,82 AZN borcu, 14 may 2024-cü il tarixli BUMM7794377B299 saylı kredit müqaviləsinə əsasən 1449,99 AZN əsas, 235,16 AZN faiz, cəmi 1685,12 AZN kredit borcu vardır. İş materiallarında olan: 05 dekabr 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə borcalana qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Mərkəzi X1 Portalının 17 dekabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 48,91 AZN dövlət rüsumu ödənilmişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -331.3-cü maddəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslıdır. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 48,91 manat dövlət rüsumunun pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia təmin edilməli, Cavabdeh 1) 11 avqust 2023-cü il tarixli BRCB2962767B299 saylı kredit müqaviləsi üzrə 1050 AZN (bir min əlli manat) əsas borc və 155,82 AZN (bir yüz əlli beş manat-82 qəpik) faiz borcu, cəmi 1205,82 AZN (min iki yüz beş manat-82 qəpik) kredit borcu, 2) 14 may 2024-cü il tarixli BUMM7794377B299 sayli kredit müqaviləsi üzrə 1449,99 AZN (min dörd yüz qırx doqquz manat-99 qəpik) əsas borc və 235,16 AZN (iki yüz otuz beş manat-16 qəpik) faiz borcu, cəmi 1685,12 AZN (min altı yüz səksən beş manat-12 qəpik) kredit borcu, iki müqavilə üzrə cəmi 2890,94 AZN (iki min səkkiz yüz doxsan manat-94 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 48,91 AZN (qırx səkkiz manat-91 qəpik dövlət rüsumunun pul əvəzi, ümumilikdə 2939,85 AZN (iki min doqquz yüz otuz doqquz manat- 85 qəpik) məbləğdə pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1) 11 avqust 2023-cü il tarixli BRCB2962767B299 saylı kredit müqaviləsi üzrə 1050 AZN (bir min əlli manat) əsas borc və 155,82 AZN (yüz əlli beş manat-82 qəpik) faiz borcu, cəmi 1205,82 AZN (min iki yüz beş manat-82 qəpik) kredit borcu, 2) 14 may 2024-cü il tarixli BUMM7794377B299 sayli kredit müqaviləsi üzrə 1449,99 AZN (min dörd yüz qırx doqquz manat-99 qəpik) əsas borc və 235,16 AZN (iki yüz otuz beş manat-16 qəpik) faiz borcu, cəmi 1685,12 AZN (min altı yüz səksən beş manat-12 qəpik) kredit borcu, iki müqavilə üzrə cəmi 2890,94 AZN (iki min səkkiz yüz doxsan manat-94 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 48,91 AZN (qırx səkkiz manat-91 qəpik dövlət rüsumunun pul əvəzi, ümumilikdə 2939,85 AZN (iki min doqquz yüz otuz doqquz manat- 85 qəpik) məbləğdə pul vəsaiti alınsın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil etməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-255/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-255/2025
05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver