Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-274/2025 03.03.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin hesablanma üsulunun dəyişdirilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 09 iyun 2023-cü il tarixdə doğulmuş övladı X1 üçün hər ay Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun əvvəllər qeyri-rəsmi nikah münasibətlərində olduğu keçmiş həyat yoldaşıdır, birgə qeyri-rəsmi nikahlarından 09 iyun 2023-cü ildə övladı X5 doğulmuşdur. 2023-cü ilin aprel ayından faktiki olaraq bir yerdə yaşamırlar. Uşaq doğulduğu gündən onun himayəsindədir. Kəlbəcər Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 2(040)-956/2023 nömrəli qətnaməsinə əsasən cavabdeh hər ay uşağa görə 190 (yüz doxsan) manat sabit pul şəklində aliment ödəyir. Hesab edir ki, həmin aliment məbləği cavabdehin gəlirlərinə münasibətdə çox azdır, belə ki, cavabdeh hazırda X4 işləyərək 1231 (bir min iki yüz otuz bir) manat əmək haqqı, 60 (altmış) manat məcburi köçkünlərə verilən müavinət və 80 (səksən) manat müharibə veteranı müavinəti alır ki, həmin gəlirlər birlikdə cəmi 1371 (bir min üç yüz yetmiş bir) manat təşkil edir. Hal-hazırda aldığı aliment çox azdır; uşaq böyüdükcə maddi ehtiyacları artır, uşağın ehtiyacları artdığından maddi vəziyyətinə görə onun tələbatlarını ödəməkdə çətinlik çəkir; maddi imkanı aşağıdır. Bu səbəbdən alimentin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 10 fevral 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 03 mart 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, 19 fevral 2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh onun əvvəllər qeyri-rəsmi nikah münasibətlərində olduğu keçmiş həyat yoldaşıdır, birgə qeyri-rəsmi nikahlarından 09 iyun 2023-cü ildə övladı X5 doğulmuşdur. 2023-cü ilin aprel ayından faktiki olaraq bir yerdə yaşamırlar. Uşaq doğulduğu gündən onun himayəsindədir. Kəlbəcər Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 2(040)- 956/2023 nömrəli qətnaməsinə əsasən cavabdehin ondan 09 iyun 2023-cü ildə doğulmuş X2 atası olması müəyyən edilmiş və uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir; həmin vaxt cavabdeh işləmirdi, ona görə də o, alimenti sabit pul məbləğində tələb etmişdi. Hesab edir ki, həmin aliment məbləği cavabdehin hazırki gəlirlərinə münasibətdə çox azdır, belə ki, cavabdeh hazırda X6 Su Zavodunda işləyərək 1231 (bir min iki yüz otuz bir) manat əmək haqqı, 60 (altmış) manat məcburi köçkünlərə verilən müavinət və 80 (səksən) manat müharibə veteranı müavinəti alır ki, həmin gəlirlər birlikdə cəmi 1371 (bir min üç yüz yetmiş bir) manat edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Alimentin qazanca görə tutulmasına zərurət yaranmışdır, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh 17 fevral 2025-ci il tarixdə məhkəməyə göndərdiyi (19 fevralda daxil olub) teleqramda ehtiyyatda olan zabit və 44 günlük Vətən müharibəsi veteranı olduğu nəzərə alınaraq aliment kimi gəlirlərinin deyil, əmək haqqının dörddəbir hissəsinin tutulmasını xahiş etmişdir. İş materiallarında olan: 1 saylı Gəncə Regional “ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən 01 fevral 2024-cü il tarixdə verilmiş AZ-İV № 874543 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 09 iyun 2023-cü ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası-Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 oktyabr 2023-cü il tarixli 2(040)-956/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı 09 iyun 2023-cü ildə doğulmuş X2 atasının 15 avqust 1992-ci ildə doğulmuş Cavabdeh olmasının müəyyən edilməsi, 09 iyun 2023-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 15 avqust 2023-cü il tarixindən hesablanmaqla Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aylıq alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 tərəfindən verilmiş 27 dekabr 2024-cü il tarixli MŞG/1/MT007/2024-02483 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”dan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də prosesin davam etdirilməsi barədə razılığa gələ bilməmişlər. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi): -75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar; -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, 09 iyun 2023-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 190 (bir yüz doxsan) manat sabit pul məbləğində tutulan aylıq aliment hazırki halda uşağın maddi təminatının səviyyəsinin normal saxlanmasına yetərli deyildir. “Elektron məhkəmə” informasiya sistemi üzərindən əldə olunmuş informasiyadan görünür ki, Cavabdeh “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Maraqlı şəxs1” Məhdud Məsuliyyətli Cəmiyyətinin təhlükəsizlik xidmətində qoruyucu vəzifəsində işləyir və aylıq 1225 (bir min iki yüz iyirmi beş) manat əməkhaqqı alır. Ona görə də uşağın mənafeyi nəzərə alınaraq, cavabdehdən aliment tutulması üsulu dəyişdirilməli, 09 iyun 2023-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən qazancının (gəlirlərinin) dörddəbir hissəsi miqdarında aylıq aliment tutulmalıdır. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, cavabdehin də uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, 09 iyun 2023-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kəlbəcər Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 2(040)- 956/2023 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə hər ay tutulmalı olan alimentin hesablanma şərtləri dəyişdirilməli, 09 iyun 2023-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının (gəlirlərinin) dörddəbir (1/4) hissəsi miqdarında aliment müəyyən edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia təmin edilsin. 09 iyun 2023-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 2(040)-956/2023 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə hər ay tutulmalı olan alimentin hesablanma şərtləri dəyişdirilsin, 09 iyun 2023-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının (gəlirlərinin) dörddəbir (1/4) hissəsi miqdarında aylıq aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-274/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-274/2025
03.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver