Məhkəmə qərarları › İş №e-2(040)-288/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-288/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-288/2025 11.03.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 25 dekabr 2023-cü il tariхli, 800804-751150/2 nömrəli krеdit müqaviləsi üzrə 6384,52 manat məbləğində əsas bоrc və 494,93 manat faiz borcu оlmaqla, cəmi 6879,45 manat məbləğində kredit bоrcun və 25 dekabr 2023-cü il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 309,77 manat əsas borc və 7,25 manat faiz borcu olmaqla, cəmi 317,02 manat məbləğində kredit bоrcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 6694,29 manat əsas və 502,18 manat faiz borcu olmaqla, cəmi 7196,47 manat borcun və 92,42 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 1) 25 dekabr 2023 il tariхli, 800804-751150/2 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 42 ay müddətinə, illik 18,5% dərəcəsi ilə 7300 manat məbləğində, 2) 25 dekabr 2023 il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 25 dekabr 2023 il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsinin 2.11 bəndinə əsasən kredit xətti üzrə aylıq faiz ödənişi 30 gündən artıq gecikdirilərsə və ya kredit xətti üzrə istifadə müddəti bitdikdə kredit xəttinin limiti sıfırlanır, limit sıfırlandığı tarixdən etibarən 10 təqvim günü ərzində qalıq borc məbləği (vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesablanmış faizlər, vaxtı keçmiş və gecikdirilmiş əsas borc, faiz borcu, əsas borc) kapitallaşdırılaraq avtomatik olaraq bank daxili qaydalar ilə tənzimlənən məhsulun şərtinə uyğun olaraq növbəti 12 və ya 24 aylıq annuitet (aylıq bərabər) ödənişi forması ilə olan kreditə çevrilir və 2.3 bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılır. Odur ki, borcalan Cavabdeh 25 dekabr 2023 il tariхli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə şərtləri icra etmədiyindən qalıq borc kapitallaşdırılaraq annuitet ödəmə qrafikinə çevrilmişdir. 25 dekabr 2024-cü il tarixinə cavabdehin 25 dekabr 2023 il tariхli, 800804-751150/2 nömrəli krеdit müqaviləsi üzrə 6384,52 manat məbləğində əsas bоrc və 494,93 manat faiz borcu оlmaqla,cəmi 6879,45 manat məbləğində kredit bоrcu və 25 dekabr 2023 il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 309,77 manat əsas borc və 7,25 manat faiz borcu olmaqla, cəmi 317,02 manat məbləğində kredit bоrcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, 11 mart 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh 05 fevral 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə verərək, iddia tələbini qəbul etdiyini, İddiaçı ASC-yə olan cəmi 7196,47 manat (yeddi min bir yüz doxsan altı manat 47 qəpik) borcunu icra mərhələsində imkanı olduqca hissə-hissə ödəyəcəyini, növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh (borcalan) arasında bağlanmış 25 dekabr 2023-cü il tariхli, 800804-751150/2 saylı kredit müqaviləsinə əsasən cavabdehə 42 ay müddətinə illik 18,5 faiz dərəcəsi ilə 7300 (yeddi min üç yüz) manat kredit verilmiş, borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh (borcalan) arasında bağlanmış 25 dekabr 2023 il tariхli, 800797-PC********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 300 (üç yüz) manat kredit verilmiş, borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: maliyyə arayışından görünür ki, 25 dekabr 2023-cü il tariхli, 800804-751150/2 nömrəli krеdit müqaviləsi üzrə 6384,52 manat məbləğində əsas bоrc və 494,93 manat faiz borcu оlmaqla, cəmi 6879,45 manat məbləğində kredit bоrcu və 25 dekabr 2023-cü il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 309,77 manat əsas borc və 7,25 manat faiz borcu olmaqla, cəmi 317,02 manat təşkil edir. İş materiallarında olan: 25 dekabr 2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 7300 manat məbləğində pul verilmişdir. İş materiallarında olan: İddiaçı ASC tərəfindən cavabdehə göndərilmiş 30 oktyabr 2024-cü il tarixli xəbərdarlıqdan (poçt qəbzi var) görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh (borcalan) kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1) 25 dekabr 2023cü il tarixli 800804-751150/2 nömrəli kredit müqaviləsi üzrə 6384,52 AZN (altı min üç yüz səksən dörd manat-52 qəpik) əsas borc və 494,93 AZN (dörd yüz doxsan dörd manat-93 qəpik) faiz borcu, həmin müqavilə üzrə cəmi 6879,45 AZN (altı min səkkiz yüz yetmiş doqquz manat-45 qəpik) məbləğdə kredit borcu, 2) 25 dekabr 2023-cü il tarixli 800797- PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 309,77 AZN (üç yüz doqquz manat-77 qəpik) əsas borc və 7,25 AZN (yeddi manat-25 qəpik) faiz borcu, həmin müqavilə üzrə cəmi 317,02 AZN (üç yüz on yeddi manat-02 qəpik) məbləğdə kredit borcu, iki müqavilə üzrə birlikdə 6694,29 AZN (altı min altı yüz doxsan dörd manat-29 qəpik) əsas borc və 502,18 AZN (beş yüz iki manat-18 qəpik) faiz borcu olmaqla iki müqavilə üzrə cəmi 7196,47 AZN (yeddi min bir yüz doxsan altı manat-47 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 92,42 manat (doxsan iki manat 42 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1) 25 dekabr 2023-cü il tarixli 800804-751150/2 nömrəli kredit müqaviləsi üzrə 6384,52 AZN (altı min üç yüz səksən dörd manat-52 qəpik) əsas borc və 494,93 AZN (dörd yüz doxsan dörd manat-93 qəpik) faiz borcu, həmin müqavilə üzrə cəmi 6879,45 AZN (altı min səkkiz yüz yetmiş doqquz manat-45 qəpik) məbləğdə kredit borcu, 2) 25 dekabr 2023-cü il tarixli 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 309,77 AZN (üç yüz doqquz manat-77 qəpik) əsas borc və 7,25 AZN (yeddi manat-25 qəpik) faiz borcu, həmin müqavilə üzrə cəmi 317,02 AZN (üç yüz on yeddi manat-02 qəpik) məbləğdə kredit borcu, iki müqavilə üzrə birlikdə 6694,29 AZN (altı min altı yüz doxsan dörd manat-29 qəpik) əsas borc və 502,18 AZN (beş yüz iki manat-18 qəpik) faiz borcu olmaqla iki müqavilə üzrə cəmi 7196,47 AZN (yeddi min bir yüz doxsan altı manat-47 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 92,42 AZN (doxsan iki manat-42 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 7288,89 AZN (yeddi min iki yüz səksən səkkiz manat-89 qəpik) məbləğdə pul vəsaiti ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar