Məhkəmə qərarları › İş №e-2(040)-298/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №e-2(040)-298/2025

17.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(040)-298/2025 17.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin indeksasiyası tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli 2(051)-2448/2023 saylı qətnaməsi ilə Cavabdeh 14 iyul 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin miqdarının indeksasiya edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 17 fevral 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı 14 fevral 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddia tələbinin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığını müəyyən edərək məhkəmə hesab edir ki, iddia tələbinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə) 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, Мülki Prosessual Мəcəllənin 261.0 və 261.0.1-ci maddələrinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilməlidir. Мülki Prosessual Мəcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Мülki Prosessual Мəcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Мülki Prosessual Мəcəllənin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə hesab edir ki, İddiaçı müvafiq ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etməli olduğundan, hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddia tələbinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin indeksasiyası tələbinə dair” iddiası üzrə məhkəmə icraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilsin. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar